Ölməzdən əvvəl insanların gözünə nələr görünür? - Bir həkimin karyerasını dəyişdirən an

Ölməzdən əvvəl insanların gözünə nələr görünür? - Bir həkimin karyerasını dəyişdirən anAmerikalı həkim Kristofer Kerr ölmək üzrə olan insanların yaşadıqlarını araşdırıb.

Ölkə.Az "BBC"yə istinadla xəbər verir ki, o, karyerasını dəyişən andan danışıb və diqqətçəkən açıqlamalar verib.

70 yaşındakı xəstəsi Meri ölməzdən əvvəl xəstəxanada yatdığı zaman qəribə davranmağa başlayıb. Sanki iməkləyən uşağa uzanan formada yatağında oturub və Denni adlı uşağın adını sayıqlayaraq onu öpürmüş kimi davranıb. Uşaqları isə analarının bu hərəkətinə məna verə bilməyib, çünki Denni adlı heç kimi tanımırdılar.

Ancaq ertəsi gün bacısı xəstəxanaya gələrək Merinin Denni adlı körpəsisinin ölü doğulduğunu və onun üçün çox ağır olduğuna görə, heç vaxt bu barədə danışmadığını bildirib.

Kardiologiya üzrə ixtisaslaşan və neyrobiologiya üzrə doktorluq dərəcəsinə malik Kerr özünü ölmək üzrə olan insanların təcrübələrini tədqiq etməyə həsr edib.

İndi o, ölməkdə olan insanların gördükləri və yuxuları üzrə dünyanın barmaqla sayılan ekspertlərindən biridir.

Kerr deyir ki, bu təcrübə ölümdən həftələr əvvəl başlayır və ölüm yaxınlaşdıqca tezliyi artır.

Onun sözlərinə görə, xəstələr həyatlarının mühüm anlarını yenidən yaşaya, illər əvvəl ölmüş valideynləri, uşaqları və heyvanları ilə danışa bilərlər.

Mütəxəssis hesab edir ki, bu təsəvvürlər olduqca realdır və dərin hislər yaradır, xəstələrin rahatlıq tapmasına kömək edir:

"Bu münasibətlərin xatirəsi çox mənalı və təsəlliverici bir şəkildə geri qayıdır, yaşadıqları həyatı qiymətli edir və ölüm qorxusunu azaldır".
Kerr deyir ki, xəstələr belə anda çaşqın olmur, onların fiziki sağlamlıqları pisləşsə də, emosional və mənəvi cəhətdən şüurlu olurlar.

Ancaq bəzi həkimlər bu vəziyyəti halüsinasiyalar və ya qarışıqlıq kimi təsvir edir və daha çox elmi araşdırmalara ehtiyac olduğunu bildirirlər.

Kerrin sözlərinə görə, bu təcrübələrin səbəbi çox önəmli deyil, xəstələrin keçdiyi proses önəmlidir.

Amerikalı həkimin apardığı araşdırmaya görə, insanların 88%-i bu təcrübələrdən ən azı birini yaşayıb.

Xəstələrin üçdə biri özlərini səyahətdə görür, itirdikləri insanlarla yenidən əlaqə qururlar.
Yuxularında gördükləri insanlar daha çox həyatları boyu onlara dəstək olmuş, sevmiş insanlardır.

Həyatları boyu aldıqları yaraları da yuxularda görürlər. Məsələn, xəstənin müharibədən sağ çıxdığı üçün peşman olması mümkündür, lakin ölümə yaxınlaşdıqca qarşıdurmalarda həlak olan dostlarını görürlər.

Uşaqlar üçün reallıq və təxəyyül arasında kəskin sərhəd olmadığı üçün onlar bu təcrübələri daha canlı yaşayırlar. Onların gördüklərinin çox daha canlı və rəngarəng olduğu bildirilir.

Kerrin sözlərinə görə, xəstə ölməzdən əvvəl belə bir təcrübə yaşayıbsa, ailəsinin və yaxınlarının yas prosesi daha sağlam şəkildə keçə bilər.
İtirdikləri insanı barədə təsəvvürləri və xatırladıqları bu təcrübə ilə formalaşdığından yas zamanı daha rahat ola bilərlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 821   Tarix: 09 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib

"İran Omanda ABŞ nümayəndələri ilə dolayı danışıqlar aparır, bu, davam edən bir prosesdir". "Report" xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani məlumat verib. "Hazırda danışıqlar aparılır. Bu danışıqlar birinci deyil və sonuncu da olmayacaq"

19 may
.

İran prezidenti Rəisin qəzaya uğrayan helikopterdə çəkilmiş son görüntüləri üzə çıxıb - VİDEO

Helikopteri qəzaya uğrayan İran prezidenti İbrahim Rəisinin qəzadan əvvəl helikopterdə son görüntülərinin çəkildiyi iddia edilib. xarici mətbuata istinadən xəbər verir ki, görüntülərdə helikopterdə Rəisi ilə yanaşı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın da olduğu görülüb. Görüntülərin yen

20 may
.

ABŞ və İranın dolayı məsləhətləşmələri: Omanda nələr danışılıb?

ABŞ və İran Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün bu həftə Omanda "birbaşa olmayan danışıqlar" aparıblar. Məlumata görə, ABŞ tərəfdən məsləhətləşmələrdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzr

18 may
.

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyduğunu açıqlayıb. "Report"un yerli bürosu xəbər verir ki, o, bununla bağlı keçirdiyi brifinqdə deyib. Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşd

18 may
.

Slovakiyanın baş naziri yenidən əməliyyat olundu

Sui-qəsdə məruz qalaraq ağır yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır. Bu barədə Slovakiyanın səhiyyə naziri Zuzana Dolinkova məlumat verib. Nazir əlavə edib ki, bu gün Robert Fitso yenidən əməliyyat olunub. "Əməliyyat iki saat davam edib və cərrahiyyə əməliyyat

19 may
.

"Bild": "Rəisinin olduğu helikopter uçuşa yararsız idi"

"İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı ABŞ-nin "Bell 212" helikopteri uçuş üçün yararsız olub". Belə bir iddia ilə Almaniyanın "Bild" nəşrinin analitiki, özü də həvəskar pilot olan və kiçik təyyarələri idarə edən Yulian Repke çıxış edib. O xatırladıb ki, "Bel

20 may
.

Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsddə şübhəli bilinən yazıçı Yuray Tsintula məhkəmədə günahını etiraf edib. "Report" xəbər verir ki, bu barədə RTVS xəbər portalı məlumat yayıb. Bildirilib ki, prokurorluğun təqsirləndirilən şəxsin həbsi ilə bağlı vəsatətinə baxan məhkəmə iclasınd

18 may
.

Dəhşət! Bağça sahibi və müəllim uşaqları döydü - VİDEO

Türkiyənin Antalya şəhərində özəl uşaq bağçasında sahib və müəllim uşaqları döyüb. xarici mediaya istinadən xəbər verir ki, onların 2 uşağı döydüyü müəyyən edilib. Hadisənin təhlükəsizlik kamerası görüntülərinin sosial şəbəkədə paylaşılmasından sonra araşdırma başladılıb. Başlayan araşdırma nəticəsind

20 may
.

Müəmmalı qətlin üstü 16 ildən sonra açıldı:Təkərin içində yandırıb...

Türkiyədə müəmmalı qətlin üstü 16 ildən sonra açılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Qaziantepdə 16 il əvvəl törədilmiş cinayətin sirri üzə çıxıb. 16 il əvvəl yoxa çıxan və bir daha ondan xəbər alınmayan Erdal Öztürkün öldürüldüyü məlum olub. Həmin şəxsin dini nikahl

20 may