Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb? - Sağalsa da...
Bir müddət əvvəl avtomobil qəzası keçirmiş Xəzər TV-nin aparıcısı Aytən Səfərovanın səhhətində irəliləyiş var. Aparıcı artıq xəstəxanadan evə buraxılıb.
Bu barədə Yenisabah.az-a Aytən Səfərovanı tez-tez ziyarət edən keçmiş iş yoldaşı və rəfiqəsi məlumat verib.
Onun sözlərinə görə artıq teleaparıcının vəziyyəti yaxşıdır.
Səhhətinin yaxşılaşmağına baxmayaraq, Səfərova Xəzər telekanalındakı işinə geri dönməyib. Bunu ona telekanal rəhbərliyinin məsləhət gördüyü bildirilir.
Mənbə deyib ki, istintaq davam etdiyi üçün hələlik aparıcının işə geri dönməsi məqbul sayılmır.
Aparıcı isə baş vermiş qəzada özünün hər hansı məsuliyyətinin olmadığının istintaq nəticəsində aydınlaşacağına əmindir.
Xatırladaq ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.
Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2725 Tarix: 09 may 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSEPAH: Rəisinin helikopterinin dəqiq yeri müəyyən edilib
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı dəqiq yer müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Əsgər Abbas Qalizadə bildirib. "Bir neçə dəqiqə əvvəl hadis
19 mayBakıda itkin düşən qadın və kişi tapılıblar
Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 15-də Qaradağ rayonu ərazisində itkin düşmüş 2003-cü il təvəllüdlü qadın, mayın 16-da isə Yasamal rayonu ərazisində itkin düşmüş 1975-ci il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər. xəbər verir ki
20 mayİraq İran Prezidentinin helikopterinin axtarışına kömək edəcək
İraqın Baş naziri Məhəmməd əl-Sudani ölkənin Daxili İşlər Nazirliyinə İran Prezidenti İbrahim Rəisinin helikopterinin axtarışına kömək etməyi tapşırıb. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Agentlik qeyd edib ki, hazırda İranın bütün təhlükəsizlik qüvvələr
19 mayDİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc
18 may