Xumar Qədimova: "Sevdiyim kişi dünyasını dəyişdi"

Xumar Qədimova: "Sevdiyim kişi dünyasını dəyişdi""Mənim hər addımım puldur".

Bu sözləri Kult.az-a müsahibəsi zamanı müğənni, bəstəkar, Azərbaycanın Əməkdar artisti Xumar Qədimova deyib.

Həmin müsahibəni təqdim edirik:

- Xumar xanım, müsahibələrinizin birində demişdiniz ki, "Ehtirası gizlətmək lazım deyil. Mən həm də çox çılğın bir qadınam". Çılğınlıq deyəndə tam olaraq nəyi nəzərdə tutursunuz?

- İlk baxışdan düşünülən heç nəyi. Mənim çılğınlığım sadəcə yaradıcılığımdır. Demişdim ki, mən sevgidə də, dostluqda da, sənətdə də çılğınam. İndi də bu cür düşünürəm və deyirəm.

- Sizi həm uğurlu, həm də gözəl qadın hesab etmək olar. Adətən, belə qadınlara münasibət də birmənalı olmur. Gah qısqanırlar, gah da başqa məqsədlə yaxınlaşırlar. Narahat olmursunuz ki?

- Əvvəllər aldandığım olub, amma çox sevilən qadın olduğum üçün daha aldadılmıram və bundan da heç bir halda narahat deyiləm.

- "Mənim hər addımım puldur" deyirdiniz. Belə çıxır, sizinlə münasibətdə olan şəxs mütləq imkanlı olmalıdır?

- Bu barədə bir neçə dəfə danışmışam. Demişdim ki, mən heç bir halda şəxsiyyəti heç nəyə dəyişmərəm. Amma maddi durum da önəmli məsələlərdəndir. Mənim hər addımım puldur. Amma bu sözümü də səhv anlaya bilərlər. Əlavə olaraq bu barədə nəsə danışmaq istəmirəm.

- Şou-biznes adamları çox vaxt intriqalarla yadda qalırlar. Amma siz bu məsələdə görünmürsünüz. Niyə qıraqda dayanmısınız?

- Qalmaqala ehtiyac duymuram, çünki sənətim var. Davaya ehtiyac duyanlar unudulmaqdan qorxub ortada olanlardır və ya sənətləri yoxdur. Mənim isə belə bir problemim yoxdur.

- Məsələn, kimlər?

- Ad çəkməyəcəm.
- Məşhur adamların şəxsi həyatı da həmişə maralı olub. Hazırda necə, sevgiliniz varmı?

- Xeyr, hazırda sevgilim yoxdur.

- Müğənnilər çox vaxt savadsızlığa, kitab oxumamağa görə gündəmə gəlirlər. Amma siz bu məsələdə də seçilirsiniz. Kimləri oxuyursunuz xarici yazarlardan?

- Mopassan, Viktor Hüqonun romanlarını, bizdən isə Əbdürrəhim bəy Haqverdiyevin hekayələrini çox sevirəm, lakin hazırda Əziz Nəsin və Oshonu paralel oxuyuram. Çalışıram ki, mütəmadi kitab oxuyum. Düşünürəm ki, bu, hər kəsə vacibdir, xüsusilə də sənət adamlarına.

- Azərbaycan ədəbiyyatından sevdiyiniz yazıçılar kimlərdir? Əvvəllər Seymur Baycanı daha çox oxuduğunuzu demişdiniz.

- Azərbaycan ədəbiyyatından mahnılarımda mahir şəkildə məhz mən istifadə etmişəm. Oxuduğum mahnıların bir çoxu şairlərimizin yaradıcılığındandır ki, bunu da hər kəs bilir. Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Xəlil Rza, Molla Pənah Vaqif, Əliağa Vahid, Almas İldırım və möhtəşəm Nizami, Nəsimi bəhrələndiyim ustadlardır. Hazırda isə Məhəmmədhüseyn Şəhriyar, Cəfər Cabbarlı, Mirzə Ələkbər Sabir, Aşıq Ələsgər, türk ədəbiyyatından Nəcib Fazıl Qısakürək, Nazim Hikmət deyərdim.

- Yaxın vaxtlarda yeni ifa olacaqmı? Məsələn, elə yaradıcılığına müraciət etdiklərinizdən?

- Bəli, qeyd edim ki, artıq Yunus Əmrəyə müraciət etmişəm, o da yaradıcılığından bəhrələnəcəyim şəxslər arasındadır.

- Xumar xanım, tələbə vaxtı özünüzdən çox böyük müəllimi də sevirdiniz. Necə xatırlayırsınız o müəllimi?

- O, hazırda həyatda deyil, vəfat edib. Elə bu yaxınlarda dünyadan köçüb. Xatirələr isə çox kədərlidir. Gəlin, o barədə danışmayaq.

- "Bir də gəlməyəcək mənimtək bir qadın" - Yəni necə bir qadın?

- Bir cümlə ilə: Gördüyünüz kimi qadın, elə görmədiyiniz kimi də.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1540   Tarix: 09 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İstəyən hər kəslə şəkil çəkdirdi - Video

Məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sənətçi paytaxtımızı gəzib. M.Kırmızıgül sakinlərlə səmimi həmsöhbət olub və onlarla şəkil çəkdirib. Həmin görüntüləri təqdim edirik:

16 may
.

"Avroviziya"dan kənarlaşdırılan iştirakçı hakim qarşısına çıxacaq

"Avroviziya" mahnı müsabiqəsində Niderlandı təmsil edən Yost Klyain yarışdan bir ay sonra İsveçdə hakim qarşısına çıxacaq. Müsabiqənin təşkilatçıları operatora qarşı etdiyi hədələyici hərəkət səbəbindən Klyaini yarışda iştirakdan uzaqlaşdırıb. Belə ki, operatorlar səhnəyə çıxmazdan öncə sənətçin

18 may
.

Mətanət İsgəndərliyə ağır itki

Əməkdar artist Mətanət İsgəndərliyə ağır itki üz verib. "d.maqazin"ə istinadən xəbər verir ki, müğənninin qardaşı dünyasını dəyişib. Mərhum bu gün vəfat edib. Qeyd edək ki, sənətçi qardaşının uzun müddətdir dializ xəstəsi olduğunu açıqlamışdı

16 may
.

Oğlu Almaz Orucovanı sevindirdi

Əməkdar artist Almaz Orucovanın oğlu Azər Belçikada magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Övladının uğurundan danışan müğənni kövrəlib:. "Bir aydan çoxdur ki, oğlum Azərin Belçikadakı magistratura imtahanının cavabını gözləyirdik

15 may
.

Xalq artistindən Şuşada canlı ifa - VİDEO

Xalq artisti Tünzalə Ağayeva "Xarı bülbül" festivalında iştirak edir. xəbər verir ki, pop ulduz Şuşanın gəzməli-görməli guşələrindən video paylaşıb. Ağayeva görüntülərdə Xalq şairi Səməd Vurğunun "Şuşa haqqında ballada" və şair Rəsul Rzanın "Şuşam mənim" şeirini sintez edərə

13 may
.

Əməkdar artist: "Ata-anam lal-kar olduğuna görə məni almadılar" (VİDEO)

Əməkdar artist Mehriban Xanlarova Real TV-yə müsahibə verib. O, müsahibəsində sənətilə ilə yanaşı, indiyədək yaşadığı çətin həyat şəraitindən də söz açıb. Valideynlərinin lal-kar olduğunu bildirən Əməkdar artistin 8 nəfərlik ailə üzvü ilə birlikdə 24 kv.m-lik evdə yaşadığı məlum olub. Ətraflı videomüsahibədə

15 may
.

Faciəvi şəkildə ölən Muradın FOTOsu

Gəncəçayın Gəncə şəhəri, Gülüstan yaşayış massivi ərazisindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb. qafqazinfo-ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Allahverdiyev Murad Yasin oğlunun meyiti bu gün səhər saatlarında çayın Gəncə şəhərindən keçən hissəsində aşkarlanıb. Meyit aidiyyət

19 may
.

Pərvinin rejissorla ELƏ GÖRÜNTÜLƏRİ YAYILDI Kİ... - VİDEO

Aktrisa Pərvin Abıyeva sosial şəbəkələrdə yayılan videosuna münasibət bildirib. xəbər verrir ki, aktrisa videonun qışda Şəkidə çəkildiyini deyib. "Bu video "Xənnas" filminin çəkilişləri baş tutan zaman çəkilib. Oynadığım oğlan rejissorumuz Elvin Abdullayevdir. Çəkilişlər gecədən səhər

19 may
.

İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO

Türk sənət musiqisinin imperatoru İbrahim Tatlıses paytaxtdakı restoranlardan birində səhnə alıb. xəbər verir ki, "Xəzər axşamı" proqramına müsahibə verən müğənni Azərbaycanı və azərbaycanlıları çox sevdiyini bildirib. İfaçı əlil arabasında çəkilən görüntülərini isə birmənalı qarşılamadığın

14 may