Qarabağda yaşayan ermənilər orduda XİDMƏT EDƏCƏK? - AÇIQLAMA
Bu gün Qarabağ iqtisadi rayonunda sayları az olsa da, ermənilər yaşayır. Hər iki xalqın bir-biri yaxınlaşması üçün zamna lazımdır. Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edir və onların konstitusion hüquqları tanınır. Amma hazırda onların məskunlaşması istiqamətində müəyyən işlər görülür. Amma bir sıra məqamlar hələ qaranlıq olaraq qalır. Onlardan biri də həmin ermənilərin orduda iştirakıdır. Azərbaycan vətəndaşlığını qəbul edən Qarabağ erməniləri Azərbaycan Ordusunda hərbi xidmət edəcəklər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, Xankəndi və ətraf ərazilərdə yaşayan bəzi ermənilər var ki, onların Azərbaycanda qalması və orduda xidmət etməsi indiki mərhələdə real görünmür:
"Onların hələ neçəsinin rəsmi olaraq Azərbaycan vətəndaşlığını qəbul etdiyini bilmirik. Bu baxımdan həmin ermənilər ilə bağlı fərqli davranış olacaq. Uzun zaman ermənilər və azərbaycanlılar arasındakı müharibə gərginliyi hələ bitməyib. Onlar hərbi xidmətə göndərilərsə araşdırmalar aparılıb. Belə ki, onların görə biləcəyi işlər və orduda necə xidmət edəcəkləri barədə hamısı hesablanmalıdır. Əsgərlər onların erməni olduğunu bilsə, necə davranacaqları və reaksiya göstərəcəyi məlum deyil. Bu baxımdan indiki məqamda mümkün deyil".
Ekspertin sözlərinə görə, ErmənilərQarabağda yaşaması və problemlərin yaşanmaması başqa bir məsələdir. Amma bu o demək deyil ki, bütün azərbaycanlılar dövlət kimi düşünür:
"Dövlət təbii ki, Xankəndidə yaşayan ermənilərə öz vətəndaşı kimi baxır. Onlar ilə bağlı heç bir problemləri yoxdur. Amma hesab edirəm ki, bu məsələ çox erkəndir. Çünki bunun baş verməsi böyük problemlər yarada bilər. Bu Azərbaycanın özü üçün ciddi ziyanların yaratması ehtimalı var. Bu həqiqətən asan bir məsələ deyil. İndiki məqamda onların orduda iştirak etməsi gündəmə gətirilməyəcək. Uzun illər sonra bəlkə buna baxıla bilər. Amma yaxın tarixdə bu baş verməyəcək".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 657 Tarix: 15 may 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşCOP29-la bağlı tibb müəsisələrində bu qədər çarpayı ayrılıb
Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmət
30 oktyabrFaciəvi şəkildə ölən Günel nazir köməkçisinin bacısı imiş
Xəbər verdiyimiz kimi, Xaçmazda 1977-ci il təvəllüdlü İlahə Bayramova və rəfiqəsi 1985-ci il təvəllüdlü Günel Abdullayeva göbələkdən zəhərlənərək ölüblər. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəfat edən G.Abdullayeva elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədovun bacısıdır. O, rəfiqəs
31 oktyabrHəmin qadağa bu gecədən qüvvəyə minir - Sürücülərin nəzərinə!
Bu gecə saat 00:00-dan etibarən Bakı şəhərinin bir sıra küçə və prospektlərində təşkil edilən COP29 zolaqlarına avtomobillərin daxil olması qadağan ediləcək. "Qafqazinfo" xəbər verir ki, COP29 zolaqlarına daxil olanlar inzibati məsuliyyətə cəlb ediləcəklər və 100 manat+3 bal dəyərində cərimələnəcəklər
31 oktyabrQəzada ölən Nazim 6 uşağına tək baxırmış...
Xəbər verdiyimiz kimi, ötən gün Astarada yük avtomobili tərəfindən vurulan rayon sakini vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 44 yaşlı Nazim Baxşiyev 6 uşaq atası imiş. Fəhləlik edərək ailəsini dolandıran mərhumun həyat yoldaşı 3 il bundan əvvəl xəstəlik səbəbilə ölüb. Məktəbili və azyaşl
31 oktyabrİçərişəhərdəki "Burc Qala" restoranında yoxlama – 10 min cərimə edildi
İçərişəhərdə fəaliyyət göstərən "Burc Qala" restoranı külli miqdarda cərimə edilib. Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən restoranda yoxlama keçirilib. Yoxlama zamanı "Burc" Məhdud Məsuliyyətli Cəmiyətin
31 oktyabrLenovo notebook – hər gün üçün etibarlı və səmərəli həll
Lenovo notebook təkcə iş və təhsil üçün deyil, gündəlik həyatın ayrılmaz bir hissəsinə çevrilib. Lenovo-nun etibarlı, yüksək performanslı və müasir dizaynlı noutbukları milyonlarla istifadəçinin seçimidir. Bu məqalədə Lenovo cihazlarının əsas üstünlüklərindən bəhs edəcək və onların istənilən vəzifən
31 oktyabrNoyabrın ilk günü hava necə olacaq?
Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi günü
31 oktyabr