Kifayət qədər yatmamaq hansı problemlərə səbəb olur? - Həkim

Kifayət qədər yatmamaq hansı problemlərə səbəb olur? - HəkimSəhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Nahid Məhərrəmov Səhiyyə Nazirliyinin saytına yuxu, onun əhəmiyyəti, fəsadları və qarşısının alınması yolları barədə müsahibə verib.

Ölkə.Az xəbər verir ki, müsahibədə yuxunun vacibliyi barədə danışan mütəxəssis-ekspert deyib: "Yuxu ətraf mühitə reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Tibbin və neyrobiologiyanın yuxunun tədqiqatına və müalicəsinə baxan sahəsi Somnologiya adlanır. İnsan ömrünün üçdəbir hissəsi yuxuda keçir. Yuxu zamanı orqanizm enerjini bərpa edir və immuniteti artırır. Normal yuxu aldıqdan sonra özümüzü gümrah və enerji dolu hiss edirik. Kifayət qədər yuxu almayanlar isə gün ərzində özlərini yorğun və halsız hiss edir, diqqəti cəmləməkdə çətinlik çəkirlər. Yuxu zamanı immunitet sistemimiz orqanizm üçün çox faydalı olan müəyyən zülallar ifraz edir. Əgər nizamlı və keyfiyyətli yuxu almasaq, həmin zülallar kifayət qədər olmaz.

Gündüz yatmağın faydaları gecə yatmağı əvəz etmir. Gecə vaxtı insan orqanizmi yuxu hormonu deyilən melatonin hormonunu ifraz edir. Melatonin yalnız tam qaranlıqda və çox qısa müddətdə - saat 23.00-dan 01:00-a qədər ifraz olunur. Həmin hormon orqanizmdə hüceyrələrin yenilənməsini, bioloji saatı, yuxu ritminin və bədən istiliyinin tənzimlənməsini, immun sisteminin yüksəlməsini təmin edir".

Həkim-terapevt yuxusuzluğun səbəb olduğu fəsadlar barədə deyib: "Bu zamanı insanlar yuxuya gedə və ya dərin yuxu yata bilmir. Şikayətləri adətən qısa zamanda yuxuya gedə bilməmək, yatanda tez-tez oyanmaq və yuxunu davam edə bilməməklə əlaqədar olur. Bir həftəyə qədər davam edən yuxusuzluq kəskin və ya keçici, bir həftə ilə üç aya qədər - yarımkəskin, üç aydan artıq davam edərsə, xroniki yuxusuzluq adlanır. Yuxusuzluq xəstəliyi olanlar oyandıqdan sonra özlərini yorğun hiss edirlər. Yuxusuzluq təkcə enerji səviyyəsini və əhvalı deyil, həm də həyat keyfiyyətini azalda bilər.

Mütəxəssislər gecə 7-8 saat yatmağı məsləhət görürlər. Əksər insanlar həyatının bir mərhələsində günlərlə davam edən qısamüddətli yuxusuzluqdan əziyyət çəkirlər. Həmin vəziyyət adətən stress, kəskin xəstəlik, yuxu rejiminin dəyişməsi zamanı baş verir. Normal yuxunun bərpasından sonra keçici yuxusuzluq orqanizmdə neqativ izlər qoymur. Davamlı yuxusuzluq orqanizmdə xroniki ağrı, diabet, ürək-damar, astma, qastroezofageal reflüks, hipertiroidizm, depressiya, Parkinson və Altsheymer xəstəliyinin xəbərçisi ola bilərlər".

Yuxusuzluğun səbəbləri barədə mütəxəssis-ekspert bunları bildirib: "Yuxu insan orqanizmində bir çox sistemləri əhatə edən mürəkkəb fizioloji prosesdir. Yuxusuzluğun səbəbləri müxtəlif ola bilər. Yuxuya ən çox psixoloji amillər (narahatlıq, stress), endokrin səbəblər (hipertiroidizm, klimakterik), kofeinli içkilər, narkotik maddələr, alkoqollu içkilər, sosial amillər və sair təsir edir. Yuxunun kifayət qədər olmaması orqanizmin infeksiyalara qarşı həssaslığının nəticəsi ola bilər. Orqanizmi patogenlərdən effektiv və davamlı şəkildə qorumaq üçün immunitet sisteminin düzgün istirahətə ehtiyacı var. İnsan orqanizmini patogenlərdən effektiv və davamlı şəkildə qorumaq üçün immunitet sisteminin də rahat və dolğun yuxuya ehtiyacı var. Yuxusuzluq, həmçinin immun sisteminin əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olur, orqanizmi həssas edir və müxtəlif xəstəliklərin əmələ gəlməsinə şərait yaradır.

Yuxu çatışmazlığı artıq çəki, piylənmə və diabet riskini artırır. İnsulin hormonu qanda şəkərin normada qalmasına xidmət edir. Ancaq yuxusuzluq həmin prosesi pozur. Gecə 4-5 saat yatanların əksəriyyətində insulin müqavimətinin artması müşahidə olunur. Nəticədə isə 2-ci tip diabet əmələ gəlməsi və digər hormonların da ritminin pozulması baş verə bilər.

Hər gecə sadəcə 1-2 saat daha az yatmaq ürək döyüntülərinin sayını və qan təzyiqini artırır. Çünki sinir sisteminin bir qismi yuxu əskikliyinə başqa cür təsir edir. Bu zaman qanda stress hormonu deyilən kortizol artır və bir müddət sonra damar sərtliyi, infarkt və insult riski də arta bilər.

Sürətli olaraq pozulan və ya azalan yuxu, əsasən də dərin yuxu problemləri sinir sisteminin degenerativ xəstəliklərinə aparıb çıxarır. Dərin yuxu yaddaşa, konsentrasiyaya və qərar qəbuletmə proseslərinə birbaşa təsir göstərir, eyni zamanda, gün ərzində alınan məlumatı qismən emal etməyə kömək edir. Bundan əlavə, insan orqanizmi əsasən yuxuda olduğu zaman yaraları bərpa edir, zərərli maddələri kənarlaşdırır və sağalma proseslərinə başlayır.

Sağlam yuxu böyümə hormonu üçün də çox əhəmiyyətlidir. Həmin hormon sayəsində əzələ və sümük kütləsinin böyüməsi baş verir. Yuxu pozğunluqlarında, bütün bu proseslər nəzarətdən çıxır. Yetkinlik yaşına çatan insanlar üçün normal yuxu rejimi əvəzolunmazdır. Yuxu dərinin təravətli görünməsi və dəri hüceyrələrinin yenilənməsində xüsusi rol oynayır".

Həkim-terapevt yuxusuzluğu aradan qaldırmaq yolları barədə bunları məsləhət görüb: "Yuxusuzluğun müalicəsində əvvəlcə onun səbəbini araşdırmaq lazımdır. Əgər səbəb hər hansı bir xəstəlikdirsə, o zaman diqqəti həmin xəstəliyin müalicəsinə yönəltmək lazımdır. Bəzən xəstələr həkim tövsiyəsi olmadan müxtəlif yuxugətirici vasitələr istifadə edirlər. Bu cür yanaşmalar zamanla müxtəlif problemlərə aparıb çıxarır. Yuxusuzluğu aradan qaldırmaq üçün yuxu və oyaqlıq balansının nizamlanması, aktiv həyat tərzi, təmiz havada gəzinti olduqca vacibdir. Həmçinin son qida qəbulunun yatmazdan ən azı 3-4 saat əvvəl edilməsi tövsiyə olunur".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 751   Tarix: 15 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dəri xərçənginə işarə edə biləcək dəyişikliklər hansılardır?

Qeyri-adi xalları həkimə göstərmək lazımdır. Həmçinin xalların formasında, rəngində, ölçüsündə və toxumasında dəyişiklikləri izləmək vacibdir. Hər hansı dəyişiklik dəri xərçənginə işarə edə bilər. -ın məlumatına görə, bu barədə -ya onkoloq, dermatoloq İqor Sinelnikov danışıb. "Melanoma dəri xərçəngini

20 oktyabr
.

Dünyanın ən sağlam qidasıdır

Alimlər deyirlər ki, su tərəsi dünyanın ən sağlam məhsuludur. Araşdırmaya görə, bu xüsusi məhsul orqanizm üçün ən çox aktiv və qiymətli minerallar, iz elementləri və vitaminləri ehtiva edir. -a istinadən bildirir ki, tövsiyə edilən bu məhsul yüksək miqdarda lif, kalium, protein, B, A, D vitaminləri v

29 oktyabr
.

Göz qapaqlarımız niyə səyriyir?

Maqnezium çatışmazlığı göz qapaqlarını qaldıran və bağlayan əzələlərdə kramplara səbəb ola bilər. xəbər verir ki, bu barədə "Daily Mail"ə amerikalı qastroenteroloq və terapevt Saurab Seti məlumat verib. Həkim bildirib ki, maqnezium sağlam sümüklər, sinir sistemi və normal əzələ daralması üçü

23 oktyabr
.

Artıq kişilər də daha çox qadınlarda rast gəlinən bu xəstəliyə yoluxur

Tekirdağ Namık Kamal Universiteti (NKÜ) Tibb Fakültəsinin professoru Sibel Özkan Gürdal kişilərdə süd vəzi xərçənginə tutulma hallarının əvvəlki illərlə müqayisədə artdığını bildirib. Son illərdə kişilərdə döş xərçənginə tutulma hallarının artıb. Həkim qeyd edib ki, qadınlar kişilərə nisbətən süd vəz

20 oktyabr
.

Alimlər ilk dəfə yatan iki insanın şüurları arasında əlaqə qura biliblər

Alimlər ilk dəfə yuxu zamanı insanlar arasında ikitərəfli əlaqə qura biliblər. "Report" xəbər verir ki, bu barədə "Daily Mail" "REMspace" şirkətinə istinadən yazıb. "REMspace" – yuxu keyfiyyətini yaxşılaşdırmaq və şüurlu yuxugörmə texnologiyaları hazırlayan Kaliforniy

12 oktyabr
.

Həkim soyuqdəymə haqqında geniş yayılmış mifi dağıdıb

"Toyuq şorbasının qəbulu soyuqdəymə zamanı kömək etmir". -ya istinadən xəbər verir ki, bu barədə Rusiyalı terapevt Aleksandr Myasnikov bildirib. "Mən 1970-ci illərdə aparılmış köhnə bir araşdırma görmüşdüm, orada toyuq şorbasının təsirini antiviral dərmanlarla müqayisə edirdilər: deyirdilə

6 oktyabr
.

Şirniyyat yeyib kökələnlər bunu etsin

Artıq çəki almağımıza səbəb olan amillərdən biri də şirniyyatdır. Axşam.az-a istinadən xəbər verir ki, bəziləri gün ərzində şirniyyat yemədən dayana bilmirlər. Bu bəzən xəstəlik də ola bilir. Bunun üçün şirniyyat həvəsinin nədən yarandığını öyrənmək üçün əvvəlcə həkimə müraciət etməyiniz məsləhətdir

28 oktyabr
.

Yeni COVID ştammının əsas əlaməti AÇIQLANDI: Hamilə qadınlara TÖVSİYƏ

COVID-in yeni ştammı ildırım sürəti ilə yayılır, lakin onu əvvəlkilərdən daha təhlükəli hesab etmək hələ tezdir. Koronavirusun yeni XEC ştammı Avropada sürətlə yayılır və ekspertlər onun bu qışda dominant variant olacağını proqnozlaşdırırlar. -ın xarici mediaya istinadla xəbərinə görə, həkimlər eni infeksiyanı

20 oktyabr
.

Xərçəngdən qoruyan, metastazın qarşısını alan tərəvəzlər - Kələm, turp, şalğam...

Kələm, brokkoli, turp, şalğam, gül kələmi kimi tərəvəzlərin müntəzəm istifadəsi bir neçə xərçəng növünün inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır. -ın "UK Express" nəşrinə istinadla verdiyi məlumata görə, bu barədə britaniyalı diyetoloq Toral Şah bildirib. O, xaççiçəklilər fəsiləsində

13 oktyabr