15.07.2010 13:59
Azərbaycanda ilk dəfə olaraq Quba rayonunun Qalaxudat kəndinə yaxın ərazidə “Qızıl Qaya-2010” beynəlxalq dağ idmanı festivalına start verilib. Festival Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Qərb Unversitetinin dəstəyi ilə təşkil olunur. Proqramda boulderinq yarışlarının keçirilməsi, Şahdağ silsiləsində yerləşən “Heydər zirvəsi”nə sürətli yürüşün təşkili, müxtəlifliyi sevənlər üçün uzunluğu 1 kilometrdən çox, hündürlüyü 200-300 metrə yaxın olan toxunulmayan qaya divarlarına dırmanmaq və digər tədbirlər nəzərdə tutulub. Tədbirdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının 20 klubunun 100-dən çox idmançısı və Azərbaycan Alpinizm Federasiyasının nümayəndələri ilə birgə eyni zamanda Rusiya, Gürcüstan və Macarıstandan da idmançılar iştirak edəcək. Festival iyulun 18-də başa çatacaq.
|