Avqustdan toy və yaslara icazə veriləcək?- AÇIQLAMA

Avqustdan toy və yaslara icazə veriləcək?- AÇIQLAMAXəbər verdiyimiz kimi iyunun 22-də 478 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxmasına məhdudiyyətlər qoylub. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu. Əgər yoluxma dinamikası azalmağa doğru gedərsə avqustun 1-dən toy və yas mərasimlərinin keçirilməsinə icazə veriləcəkmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycan ilk gündən pandemiya ilə mübarizə istiqamətində operativ və adekvat qərarlar qəbul etdi:

"Prezident İlham Əliyev bir sıra mühüm sərəncamlar imzaladı. Prezident İlham Əliyev və Birinic vitse-prezident Mehriban xanım Əliyeva xalqa bir neçə dəfə müraciəti etdi. Qeyd etmək lazımdır ki, ilk günlər ölkəmizin nəticələri yüksək idi, virusa yoluxanların sayı az idi. Hətta Azərbaycan təcrübəsi digər ölkələrə nümunəvi model kimi göstərilirdi. Hamı tezliklə virusun yox olacağını düşünürdü. Ancaq təəssüf, belə olmadı. Prosesin nə vaxt başa çatacağı isə məlum deyil. Təəssüf ki, sonrakı dövrdə bəzi vətəndaşlarımızın virusa məsuliyyətsiz yanaşması nəticəsində virusa yoluxanların sayı sürətlə artdı. Hər gün 450-500 arası vətəndaşımız bu amansız xəstəliyin qurbanı olur. Burada ilk günlər xəstəliyin olmaması barədə dövriyyəyə buraxılan yanlış məlumatlar da ciddi rol oynadı. Dəfələrlə deyilməsinə baxmayaraq, bəzi insanlarımız özlərini qorumadılar. Yenidən sərt karantin rejiminin tətbiqində əsas məqsəd insanların ünsiyyətini məhdudlaşdırmaq, xəstəliyin sürətlə yayılmasının qarşısını almaqdır. Əgər insanlar bu qaydalara əməl etsələr, karantin rejimi daha tez başa çata bilər. Hamı bilməlidir ki, qaydalara əməl etməsək, vəziyyət daha da ağır olacaq. Real vəziyyətin təhlili yenidən sərt karantin rejiminin tətbiqini zəruri edir. Əgər bu qaydalara əməl etməsək dünyasını dəyişən insanların sayı sürətlə artacaq. Hər birimizin ətrafında bu virusdan dünyasını dəyişən insanlar olacaq. Məlum olduğu kimi, hər bir ölkənin konkret sayda xəstə qəbul etmək imkanı var. Elə ola bilər ki, artıq xəstəxanalarda yer olmasın. Buna qəti imkan verməməliyik. Bu, hər birimizdən asılıdır. Tez-tez sual verirlər ki, virusun qarşısı nə zaman alınacaq. Cavab belədir: İnsanlarımız qaydalara nə qədər əməl etsələr, bir o qədər tez bu bəla bizim üstümüzdən gedəcək. Yas və toy mərasimlərinin keçirilməsinə icazə verilməsini söyləmək hələlik tezdir. Əgər vəziyyət stabilləşsə, bu məsələyə baxıla bilər. Hələki dünyada növbəti dalğaların baş verməsindən söhbət gedir. Bu daha çox insanların məsələyə nə qədər məsuliyyətli yanaşmasından asılı olacaq. Təəssüf ki, ölkəmizdə virusa yoluxanların sayı sürətlə artır. Bütün vətəndaşlarımız qaydalara tam əməl etmirlər. İnsanlarımızın narahatlığını anlayırıq. Ancaq hər birimiz səbrli və təmkinli olmalıyıq. Tezliklə proses bitəcək və insanlar normal həyat tərzinə qayıdacaq. Hər bir vətəndaş diqqətli olmalı, özünü və yaxınlarını qorumalı, birlik və bərabərlik nümayiş etdirməlidir. Bu həm də vətəndaş borcudur. Hamı bilməlidir ki, müvəqqəti çətinlikdir və müəyyən zamandan sonra həyat öz axarına qayıdacaq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 21316   Tarix: 23 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021