Milli Məclisin komitə sədri cərimələrin xeyli artırılmasını istəyir
"Karantin dövründə qaydaları pozmağa, fərdi qoruyucu vasitələrdən istifadə etməməyə, o cümlədən, qapalı məkanlarda və təlimatda nəzərdə tutulan digər yerlərdə maska taxmamağa görə cərimələr müəyyən olunub".
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, ötən dövrün təcrübəsi göstərir ki, cərimələrin məbləği təsirli nəticələr üçün yetərli deyil: "Eyni zamanda aşağı məbləğdə cərimələr inzibati xətanın ağırlığına adekvat deyildur. Artıq dünyada koronavirusa görə karantin rejiminin və maskadan istifadənin pozulması həm də, cəmiyyətə hörmətsizlik və qəsd kimi də qiymətləndirilir".
Komitə sədri qeyd edib ki, karantin rejiminin pozulmasına, o cümlədən, qapalı məkanlarda maskadan istifadə olunmamasına görə cərimələrin məbləği xeyli artırılmalıdır: "Əlbəttə, cərimə məbləğinin artırılması vətəndaşı cəzalandırmaq məqsədi daşımır, əksinə, onun sosial məsuliyyətinin yüksəlməsinə, intizamın artmasına xidmət edir.
Analoji qaydalar digər ölkələrdə, o cümlədən, qonşularımız Türkiyədə, Rusiyada və Gürcüstanda da tətbiq edilmiş və müsbət nəticə verib. Türkiyədə karantin rejiminin pozulması, o cümlədən maska taxmamağa görə cərimələrin məbləği 370- 3000 lirə arasında dəyişir, Gürcüstanda karantin rejiminin pozulmasına görə fiziki şəxslər 2 min lari ( 670 dollar) , hüquqi şəxslər 10 min lari (3300 dollar) cərimə olunur, Rusiyada karantin rejiminin pozulmasına görə fiziki şəxslər 15 mindən 40 min rubla qədər (214 və 570 dollar), hüquqi şəxslər 150 min-500 min rubl (2152 və 7150 dollar), maska taxmamağa görə fiziki şəxslər 5000 rubl (120 manat) məbləğində cərimə olunurlar. Heç şübhəsiz ki, koronavirusla mübarizədə təşkilati- institusional tədbirlərlə yanaşı, vətəndaş məsuliyyətini artıran cərimə və nəzarət tədbirlərinin gücləndirilməsinin də əhəmiyyəti böyükdür".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1746 Tarix: 26 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşRamazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 18-ci günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:
27 martArvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi
Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində
28 martAzərbaycanda Araz Ağalarova məxsus olduğu bildirilən şirkət cərimələnir
"Crocus trading" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, müvafiq qurum tərəfindən yazılan protokol İnzibati Xətalar Məcəlləsinin 239-cu (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirini
28 martYeddinci sinif şagirdini bıçaqlayan şəxs SAXLANILDI - RƏSMİ - YENİLƏNİB
Şəmkir rayonunda məktəblini bıçaqlayan şəxs ələ keçib. Bu barədə -in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. "Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkd
28 martAğcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA
Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:. "Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu fot
28 martŞagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı
Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə
28 martAzərbaycanın təhlükəsizlik orqanları 105 yaşında
Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi
28 mart