"Ömrümüzün sonunadək onlara yardımçı olacağıq" - Şamil Tağıyevlə MÜSAHİBƏ

"Ömrümüzün sonunadək onlara yardımçı olacağıq" - Şamil Tağıyevlə MÜSAHİBƏMoskva azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev Sonxeber.az saytına müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Ötən gün Şuşada oldunuz. 30 ildən sonra biz, işğaldan azad olunmuş torpaqlara qovuşmuşuq. Bununla bağlı hisslərinizi öyrənmək istəyirik.

- Şuşaya gediş xəbərini biz alanda çox sevindik. Şuşaya getmək böyük arzumuz idi. Əlbəttə ki, biz daha öncə Şuşada heç bir zaman olmamışdıq. Yaş dövründən irəli gələrək, orada ola bilməzdik, amma valideynlərimiz orada olublar. Böyük nəslin nümayəndələri var. Onların danışığından bilirdik ki, Şuşa şəhəri, Cıdır düzü necədir, gözəlliyi, arxitekturası və təbiəti haqqında xəbərimiz var idi. Biz gedib ora çatanda ilk hisslərimiz elə oldu ki, mən onu sözlə ifadə edə bilmərəm. Misal üçün deyə bilərəm ki, uzun müddət görmədiyin və görməyinə ümidini kəsdiyin bir insan bir anda qarşına çıxarsa, necə hiss edərsən? Bax, mən də bu hissləri yaşadım, əsasən də Cıdır düzünə getdikdə. Çünki Cıdır düzündən Xankəndinə və ətraf ərazilərə baxanda, bizim əsgərlərimizin o qayaları qalxması səhnələri gözümdə canlandı. Mən Şuşaya getməmişdən qabaq, bu şəhər, oranın alınması haqqında bir neçə əsgərlərlə də söhbət etmişdim. Onlardan biri belə bir söz demişdi: "Biz Şuşaya hücum planı hazırlayanda, öz aramızda razılaşmışdıq ki, əgər içimizdən kimsə şəhid olarsa, biz onu atmayacağıq. Onun vücudunu Şuşa torpağına qədər çiynimizdə qaldıracağıq".

Mən bunu gözümün qarşısına gətirəndə anladım ki, əsgərlərimiz necə çətinliklərlə bu qayalara qalxırdı, özü də çiyinlərində şəhid qardaşlarının nəşləri ilə bunu etmək necə də çətin olub. Hisslərimi sözlə ifadə etmək mümkün deyil. Artıq orada daxili hissləri saxlamaq çox çətin idi.

Hesab edirəm ki, harada yaşamasından aslı olmayaraq, hər bir azərbaycanlı üçün Şuşa artıq müqəddəs bir şəhərə çevrilib. Xristianlarda Vatikan və yaxud İstanbul, yəhudilərdə Yerüssəlim-Qüds, müsəlmanlarda həm Qüds, həm Məkkə, həm Kərbəla və s. Milli dəyər yeri kimi də biz Şuşanı müqəddəs bir məkan olaraq seçmişik. Mən oraya yenə getmək istəyərdim, amma təəssüf ki, vaxtımız məhdud olduğu üçün çox yerləri görə bilmədik, istədiyimiz yerlərə gedib çata bilmədik, amma lazım olan əsas yerləri gəzdik, gördük. Bizi oraya aparan və o gözəllikləri bizim görməyimizə imkan verən diaspor komitələrinə öz təşəkkürümüzü bildirirəm. Ümidvaram, növbəti dəfə Azərbaycana gələndə öz maşınımızla rahat şəkildə Şuşaya gedib, istədiyimiz kimi gəzə bilərik.

"Ömrümüzün sonunadək onlara yardımçı olacağıq" - Şamil Tağıyevlə MÜSAHİBƏ- Rusiyalı investorların işğaldan azad edilmiş ərazilərə yatırımları gözlənilirmi?

- Siz bilirsiniz ki, investor olan şəxs qazanc əldə etmək üçün hər zaman hansısa bir ölkəyə müəyyən sahədə yatırım etmək istəyir. Biz bilirik ki, hazırda Qarabağda dayanmadan 24 saat işlər gedir. Bu, həm infrastruktur işləri, həm binaların bərpasıdır və s. Ölkə başçısının çıxışlarında da biz görmüşük ki, cənab Prezident müharibə zamanı Azərbaycana dost olan bütün ölkələrin şirkətlərinin Qarabağın yenidən qurulmasında iştirak etmək imkanının olduğunu açıqlamışdı. O, bu yenidənqurmada Rusiyanın da böyük rol oynadığını vurğulamışdı. Əlbəttə, rus şirkətləri də hansısa bir investisiya kampaniyalarında iştirak edəcəklər.

"Ömrümüzün sonunadək onlara yardımçı olacağıq" - Şamil Tağıyevlə MÜSAHİBƏ- Cənab Prezident "CNN"nə müsahibəsi zamanı Rusiya sülhməramlılarına xəbərdarlıq etdi. Bu xəbərdarlıqdan sonra Rusiya sülhməramlı qüvvələri hansı nəticəni çıxara bilər?

- Əlbəttə, bu, cənab Prezidentin sülhməramlılara ilk xəbərdarlığı deyil. Biz bunu dəfələrlə eşitmişik. Həmçinin, biz bilirik ki, sülhməramlıların generalı Rüstəm Muradov da dəyişdi. Yeni gələn rəhbərlikdə də, zənnimcə, iş prossesi dəyişəcək. Ermənilərin oradan bilərəkdən sülhməramlıları provokasiyaya çəkməsi işləri də yekunlaşacaq. Biz bilirik ki, sülhməramlılar oraya gələndə, onları provokasiyaya çəkirdilər, videoçarxlar hazırlayıb internetdə paylaşırdılar ki, Azərbaycan tərəfi qıcıqlansın. Bu yaxınlarda rus sülhməramlılarının su paylama prosesində uşaqları əllərində qondarma rejimin bayraqlarıyla çıxartmışdılar. Onun da şəklini çəkib, sosial şəbəkələrdə paylaşmışdılar. Əsas məsələ bu deyil ki, kimsə hansısa uydurulmuş bir bayrağı və yaxud tarixi əlində tutaraq, küçələrə düşsün. Əsas məsələ bundadır ki, Azərbaycan tərəfi Qarabağa gedən erməni və digər başqa millətlərdən olan siyasətçilərin Xankəndinə buraxılması məsələsində öz sərt iradlarını bildirsin və bildirir də. Çünki sülhməramlılar buna, təəssüf ki, göz yumurlar. Ötən günlərdə bir rus bloqeri də Qarabağa getmişdi. Gizlin çəkilişlər edərək göstərmişdi ki, sülhməramlılar öz işlərinə laqeyd yanaşırlar. Hətta həmin dəhlizdən silahla belə, keçən şəxslər var. Azərbaycanın bu məsələdə son nöqtəsi odur ki, ya Laçın dəhlizini öz nəzarətinə götürməlidir, ya da birbaşa oranı bağlamalıdır. Zənnimcə, bununla bütün provokasiyalar bitəcək. Xəbərdarlıqların sonu bu məsələ ilə yekunlaşa bilər.

"Ömrümüzün sonunadək onlara yardımçı olacağıq" - Şamil Tağıyevlə MÜSAHİBƏ- Postmüharibə dövründən sonra Rusiya və Ermənistan əlaqələri bölgədə hansı dəyişikliklərə səbəb ola bilər?

- Biz bilirik ki, Rusiya Ermənistanda heç də populyar bir dövlət deyil. Bu proses bir günün və yaxud 44 günlük savaşın nəticəsi yox, illərin nəticəsidir. Siz bilirsiniz ki, regionda ən böyük ABŞ səfirliyi məhz Ermənistandadır. 2 mindən artıq işçi burada çalışır. İkinci bir səfirlik isə İraq Kürdüstanındadır ki, orada 1500-ə yaxın işçi var. Biz bilirik ki, amerikalılar öz təsirlərini göstərdikləri yerə kütləvi şəkildə öz diplomatlarını göndərirlər. Bu ölkələrdən biri də, şübhəsizdir ki, Ermənistandır. Əlbəttə, Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsi, bu müharibənin Azərbaycana qarşı provokasiya şəklində yeridilməsi və s. faktorlar heç də təsadüf deyildi. Bunun hamısı quraşdırılmış bir şey idi. Günümüzdə Ermənistan hakimiyyəti rəsmi Moskva ilə əlaqələr qursa belə, erməni milləti və erməni ictimaiyyəti Rusiyanın yürütdüyü siyasətlə barışmır. Ermənilər növbəti dəfə onlar aldadıldıqlarını bir daha bunu öz üzərlərində hiss etdilər. Hətta bu onların tarixdə ilk aldadılmaları da deyil. Osmanlı dövründə, Çar Rusiyası dövründə hər zaman ermənilər, regionda baş verən hansısa proseslərin gedişatında bir "alət" kimi istifadə olunulublar. Bu dəfə də bunu öz üzərlərində çox gözəl hiss etdilər.

"Ömrümüzün sonunadək onlara yardımçı olacağıq" - Şamil Tağıyevlə MÜSAHİBƏ- Üçtərəfli sazişdə Rusiya öz boynuna düşən öhdəlikləri tam yerinə yetirə bilirmi?

- Bu, ağır bir prosesdir. Çünki biz bilirik ki, imzalanan həmin o üçtərəfli kağız heç bir sənəd hüququ daşımır. Bu, sadəcə bir razılaşmadır və razılaşmanın da bəndləri var. Bu barədə hər 3 tərəf həmin o razılaşmanı öz prizmasından görür. Bu yaxınlarda Ermənistan tərəfi belə bir ifadə işlətdi ki, guya həmin razılaşmada onlar Qarabağda olan silahlı erməni qruplarının oranı tərk etməsinə razılıq verməmişdi ki, amma digər iki tərəf, yəni Rusiya və Azərbaycan tərəfi təsdiqləyir ki, bu olmalıdır. Yenə deyirəm, bu, məsələnin izahıdır. Kimin hansı prizmadan baxacağını biz bilmirik. Əsas məsələ odur ki, biz bu 5 ilin heç olmasa 3 ilində hansısa bir qiymət verə bilərik ki, Rusiya öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcək ya yox. Bu, bir inteqrasiya, ermənilərin Azərbaycan cəmiyyətinə adaptasiya olması, vətəndaşlıq alması və s prosesidir. Bu məsələlərin hansı yöndə inkişaf edəcəyini isə, məncə, 1 ilin və yaxud il yarımın içində demək biraz çətindir.

- Tovuz döyüşləri başlayan zaman bir çox ölkələrdə yaşayan azərbaycanlılar, dəstək üçün həmin ölkələrdə mitinqlər keçirtdi. İstər Tovuz döyüşləri, istərsə də Vətən müharibəsi dövründə Rusiyada yaşayan azərbaycanlıların orduya dəstəyi, sizcə, qənatəbəxşdirmi?

- Əlbəttə ki, bizim üçün Rusiya həssas bir bölgədir. Çünki 1992-ci ildə müharibənin ən şiddətli dövründə çox şəxslər həm qaçqın qismində, həm də müharibə bitəndən sonra işçi miqrantı qismində Rusiyaya üz tutmuşdular. Rusiyada böyük icmalarımız var. Cəm şəklində olmasa da, şəhərlərə və bölgələrə "səpələnmiş" şəkildə mövcuddurlar. Rusiyada yaşayan azərbaycanlılar, sərhədlər yaxın olsa da, tez-tez Azərbaycana gedib-gəlmirlər, bəzilərinin Azərbaycana o qədər də bağlılıqları yoxdur. Tovuz hadisələri və sonra baş verən Vətən müharibəsi Rusiyada yaşayan azərbaycanlıları möhkəm "silkələdi". Belə deyək, qəlblərinin bir küncündə "yatıb qalan" Vətən sevgisi oyandı. Sonradan, 27 sentyabrda müharibə başlayanda, demək olar ki, yüzlərlə azərbaycanlı icmalarımıza müraciət etməyə başladılar. Onlar həm səfirliyimizə, həm konsulluqlarımıza müraicət edərək, Azərbaycana getmək istəyirdilər. Həmin dövrdə də pandemiya davam etdiyi üçün sərhədlər bağlanmışdı, Azərbaycana gedib-gəlmək çox çətin idi. Yüzlərlə həmvətənlərimiz müraciət edirdilər ki, onları Azərbaycana göndərsinlər, savaşa yollasınlar. Əlbəttə ki, buna bir ehtiyac yox idi. Biz bilirik ki, səfərbərlik planlanmışdı. Ölkə daxilində insanlar toplaşmış, cəmlənmişdi. Müharibədə insan resursu çatışmazlığı yox idi. Ona görə də orada yaşayan azərbaycanlılara getməklərinə ehtiyacın olmadığı deyilirdi. Bunun əvəzində isə, bizdə olan məlumatlara görə, milyonlarla dollarlıq hərbi ləvazimatlar, lazım olan tibbi avdanlıqlar ordumuza göndərildi. Bu müharibənin bizim dağılmış cəmiyyəti polad kimi yenidən bərkidəcəyini gözləmirdik. Gözlədiyimizdən də artıq oldu.

- Rusiya mətbuatında, eləcə də Azərbaycan mediasında orada yaşayan azərbaycanlıların ermənilər tərəfindən döyülməsi və işgəncə görməsi ilə bağlı məlumatlar gedirdi. Həmin dövrdə azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsi barəsində həm siz, həm Azərbaycan diasporu, eləcə də oradakı səfirliyimiz tərəfindən Rusiya hökümətinə hansı müraciətlər olunmuşdu?

- Rusiya yeganə dövlətlərdən biri idi ki, orada azərbaycanlılara qarşı provokasiyalar çox olsa da, zor tətbiqləri olmadı. Biz gördük ki, Avropada və Amerikada həmvətənlərimiz ermənilər tərəfindən sıxışdırılır və döyülür. Rusiya mühiti isə bir az başqadır. Moskvada qismən konfliktlər oldu. Ermənilərin provokasiyaları nəticəsində kütləvi davalar oldu. 3 gün Moskvada hadisələr dayanmadı. Rusiya Xüsusi Xidmət Orqanları tərəfindən silsilə həbslər başladıldı. Bizim özümüzü həmin orqanlarda iclaslara çağırdılar, bizə konsultasiyalar keçirildi. Bu provokasiyaların qarşısının alınılması mexanizmi başa salındı. Orada zərərçəkən və həbs olunan azərbaycanlılarla bağlı da məsələlər oldu. Əgər zərərçəkən Azərbaycan vətəndaşıdırsa, məsələylə birbaşa səfirliyimiz məşğul oldu. Rusiya vətəndaşı olaraq bizə müraciət etmişdisə, biz onlara hüquqi yardım köməyi etməyə çalışdıq ki, onların vəkilləri olsun, hüquqları pozulmasın və s.

"Ömrümüzün sonunadək onlara yardımçı olacağıq" - Şamil Tağıyevlə MÜSAHİBƏ- Pandemiyada hələ də davam edir. Pandemiyanın ən qızğın vaxtında Rusiyada yaşayan həmvətənlərimizə hər hansı bir yardım göstərildimi?

Pandemiya Rusiyada martın 27-də başladı. Dedilər ki, bu, 1 həftə sürəcək, 1 həftədən sonra yenə də iş yerləri bərpa oluncaq və həyat qaldığı yerdən davam edəcək. Buna baxmayaraq, biz başa düşürdük ki, bu, bir həftənin işi deyil və məsələ hətta yarım ilədək uzanacaq. Mart ayının 28-dən biz ofisimizdən elanlar verməyə başladıq. Sosial şəbəkələrimiz və saytımız vasitəsilə verdiyimiz elanlarda bildirdik ki, ehtiyacı olan azərbaycanlılar bizə müraciət edə bilərlər. Ərzaq yardımı, ilkin tibbi yardımlardır göstərildi. Orada azərbaycanlı iş adamlarının şəxsi klinikaları da var. Onlarla danışıqlar apardıq ki, koronavirusa yoluxan həmvətənlərimiz olacaqsa, onları pulsuz qəbul etsinlər. İlk mərhələdə xarici vətəndaşları xəstəxanalar qəbul etmirdi. Kim yoluxmuşdusa, evdə qalırdı və nə edəcəyini bilmirdi. Çünki ortada müalicəsi bilinməyən yeni bir xəstəlik var idi. Hər kəs bildiyi kimi özünü müalicə edirdi. Əlbəttə ki, bu şeyləri biz qarşıdan görüb, məsələ ilə bağlı öz işlərimizi gördük. Sağ olsunlar azərbaycanlı iş adamları, bizi tək qoymadılar. Biz tək, öz gücümüzə bunları bacarmazdıq, onların da dəstəkləri çox oldu. Ümumi siyahıya baxanda, 70-75 min ailəyə yardım göstərildi. Burada iş adamlarının dəstəyi olmasaydı, əsasən də Moskva, Sankt Peterburq və digər şəhərlərdən yardımlar gəlməsəydi, vəziyyət tamam başqa cür ola bilərdi. Bir çox tərəflərdən bizə müraciətlər oldu ki, onların maddi durumu yardım etməyə əl verməsə belə, köməklik etmək istəyirdilər. Bizdə siyahı olduğundan işimiz daha rahat idi. Biz digər layihələrə də qoşulduq. Məsələn, ən böyük layihə adının çəkilməsini istəməyən iş adamına məxsus idi. Onun göndərdiyi qutuların üzərində sadəcə "Azərbaycan" yazılırdı. Biz o şəxsin kimliyini bilirdik. Şəxsən mən özüm də hər səhər onun yanına gedirdim. Ora kömək istəməyə gələnlərlə bərabər məsələnin həll yollarını axatarırdıq. Demək olar ki, Qarabağ müharibəsindəki birliyimizi məhz həmin zamandan hiss etdik. Orada yaşayan azərbaycanlılar öz vətəndaşlarına, soydaşlarına əl uzatdılar. Yardımlar bu gün də dayanmır. Yəni bu dəstək pandemiya ilə başladı, müharibədə pik həddə çatdı. Müharibədən sonra bir çox qazilərimiz və şəhid ailələrimiz vardır ki, onların dövlət tərəfindən dəstək və qayğı görmələrinə baxmayaraq, biz də, diaspor olaraq, yanlarında olmağa çalışırıq. Biz bacardığımız qədər, gücümüz çatan qədər, ömrümüzün sonunadək onlara yardımçı olacağıq.

Rafi Müslümov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1138   Tarix: 23 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Düşməndən növbəti TƏXRİBAT - Mövqelərimiz atəşə tutuldu

Avqustun 7-si saat 14:20-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Arazdəyən-Sədərək istiqamətində mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, Azərbaycan Ordusunu

7 avqust 2021
.

"Azərbaycanın Ermənistana etdiyi təklif yaxşıların yaxşısıdır" - Deputatla MÜSAHİBƏ

İstiqamət: İşğaldan azad olunan ərazilərə "Böyük Qayıdış" . deputat Vüqar İskəndərovla olan müsahibəni təqdim edir:. - Azərbaycan Ermənistan tərəfinə ikitərəfli müzakirələrə başlamağı təklif etdi. Siz nə düşünürsünüz: bundan sonra Azərbaycan və Ermənistan arasında proseslər hansı istiqamətd

5 iyul 2021
.

Tankı yolun ortasına "aşırdılar" – VİDEO

Rusiyalı hərbçilər Saxalində yolun ortasına tankı yerə salıblar. Bu barədə sosial şəbəkələrdə kadrlar paylaşılıb. Bildirilir ki, yolun bu hissəsində hərbi texnika daşınıb. Sürücü ehtimal ki, gənc və təcrübəsiz olub, dairəni dönəndə idarəetməni itirərək tankı aşırıb

13 iyul 2021
.

"Pandemiya dövründə dəmir yolu ilə daşınan yüklərdə azalma yoxdur" - Babək Əliyevlə MÜSAHİBƏ

"Azərbaycan Dəmir Yolları" QSC-nin Yükdaşımaları departamentinin rəis müavini, Yük və Kommersiya xidmətinin rəisi Babək Əliyev -a müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:. - Son 1 il ərzində həyata keçirilən layihələr haqqında danışardınız. - "Azərbaycan Dəmir Yolları"

11 avqust 2021
.

"Bizim əsas vəzifəmiz bərpa işlərində yaxından iştirak etməkdir" - Anar Sarıyevlə MÜSAHİBƏ

Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Anar Sarıyev -a müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:. - 44 günlük müharibədəki qələbəmiz haqqında fikirlərinizi öyrənmək istərdik. - 44 günlük zəfər savaşı müstəqil Azərbaycan tarixində şanlı bir səhifədir. Bu tarixi biz

4 avqust 2021
.

Azərbaycan sülhməramlıları Əfqanıstanda xidmətlərini davam etdirirlər

Azərbaycan sülhməramlıları Əfqanıstanda Türkiyə sülhməramlıları ilə birlikdə xidməti davam etdirirlər. xəbər verir ki, bu barədə "Report"a hərbi mənbələrdən məlumat verilib. Qeyd edilir ki, sülhməramlılarımız Əfqanıstanın paytaxtı Kabilin hava limanının mühafizəsini təşkil edirlər. Azərbayca

15 avqust 2021
.

"Bu müəllimlərin yetişdirdiyi tələbələr ölkəmizin dini sahədəki ehtiyaclarını qarşılamağa yetər" - Aqil Şirinovla MÜSAHİBƏ

"İlahiyyat İnstitutunun peşəkar müəllimlərinin yetişdirdikləri tələbələr ölkəmizin dini sahədəki ehtiyaclarını qarşılamağa kifayət edər" . Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik. - Aqil müəllim, əvvəlcə İlahiyyat İnstitutun

26 avqust 2021