Üzərində soyuq silah gəzdirənlərin NƏZƏRİNƏ - Həbs oluna bilərsiniz

Üzərində soyuq silah gəzdirənlərin NƏZƏRİNƏ - Həbs oluna bilərsinizSilah insanların və ölkələrin başqa insana və ya ölkəyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir.Bu alətin əsas məqsədi kiməsə və ya nəyəsə zərər vurmaq tutulur. İnsanlar bəzən soyuq silahı üzərində belə daşıya bilir. Bəs hansı hallarda soyuq silah müsadirə oluna bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a hüquqşünas Ramil Süleymanov açıqlama verib.

O bildirib ki,məişətdə işlədilən bəzi alətlər isə cinayət törədildikdən sonra soyuq silah hesab olunur.
Üzərində soyuq silah gəzdirənlərin NƏZƏRİNƏ - Həbs oluna bilərsiniz"Təyinatı başqa olan əşyalarla insanlar cinayət törədirsə,bu soyuq silahla həyata keçirilən əməl hesab olunur. Bunun da məsuliyyəti var. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə nəzərdə tutulub.
Həmin maddəni daha ətraflı aşağıda qeyd edirik:

228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə—

iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

228.2. Eyni əməllər:

228.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

228.2.2. təkrar törədildikdə

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

228.3. Bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

228.4. Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla

üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir".
AYSEL ƏKBƏR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4181   Tarix: 28 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Kepta inşaat"ı bu qədər cərimə gözləyir

"Kepta inşaat" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, müvafiq qurum MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyət

1 dekabr
.

İsrail və HƏMAS humanitar atəşkəsin uzadılması barədə razılığa gəliblər

İsrail və Fələstinin HƏMAS radikal hərəkatı humanitar atəşkəsi səkkizinci gün uzatmağa razılaşıblar. Atəşkəs çərçivəsində HƏMAS-ın Qəzza zolağında saxladığı daha 10 girov azad ediləcək. Onların əksəriyyəti qadın və uşaqlardır. İsrail girovları azad edən kimi anklavda hərbi kampaniyanı bərpa və HƏMA

1 dekabr
.

Məktəblinin bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Zərdab rayonunda şagirdin bədbəxt hadisə nəticəsində vəfat etməsi barədə açıqlama verib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a bildirib ki, qeyd edilən hadisə səhər saatlarında rayonun Əlvənd kəndi ərazisində baş verib:. "T.Feyzullayev idarə etdiyi nəqliyya

1 dekabr
.

Ağdərəyə görə büdcə layihəsi dəyişdi, Bakı və Laçınla bağlı xərclər artırıldı

Azərbaycanda yeni rayon yaradılıb və bununla əlaqədar dövlət büdcəsi layihəsində korrektələrə ehtiyac yaranıb. xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı maliyyə nazir

1 dekabr
.

Azərbaycanda şəhidin xanımına qarşı iyrənc cinayət

Gədəbəy rayonunda olan Birinci Qarabağ müharibəsi şəhidi, OMON-çu Mehman Alıyevin həyat yoldaşı dələduzluqla üzləşib. -a istinadən xəbər verir ki, şəhidin Gədəbəy rayonunda yaşayan və rayon xəstəxanasında xadimə işləyən həyat yoldaşı Tünzalə Alıyevaya həyat yoldaşının şəhid olmasına görə ödənilən məblə

1 dekabr
.

Başlamadan bitən həyatlar: Körpələr ya ölü, ya şikəst doğulardı - VİDEO

Sumqayıtın Sülh prospektində yerləşən uşaq qəbiristanlığı 1982-ci ildə salınıb, burada 500-ə yaxın məzar var. Sovet dövründə şəhərdə fəaliyyət göstərən zavodda çalışanların körpələri zəhərli maddəyə görə ölü və ya şikəst doğulurmuş. Bu qəbiristanlıq da həmin uşaqların dəfn olunması üçün salınıb. Qəbiristanlığı

1 dekabr
.

Beş yaşlı Emin dünya işığına həsrət qalıb: Göz əməliyyatı üçün dəstəyə ehtiyacı var - FOTO

Beş yaşlı Eminin sizin dəstəyinizə ehtiyacı var. Bu barədə -a onun anası Xatirə Əliyeva məlumat verib. O bildirib ki, övladı anadangəlmə görmə məhdudiyyətlidir. "Eminin 5 yaşı var. Göz almasının degenerativ vəziyyəti xəstəliyindən əziyyət çəkir. İki gözü də görmür. İllərdir müalicələr etdirsək də

1 dekabr
.

Lamiyyə Ələkbərovaya vəzifə verildi

Aparıcı Lamiyyə Ələkbərovaya yeni vəzifə verilib. Axşam.az-ın məlumatına görə, o, MTV-də musiqi departamentinin direktoru təyin olunub. L.Ələkbərova artıq bir neçə gündür ki, sözügedən kanalda vəzifəsini icra etməyə başlayıb. O, bu haqda Axşam.az-a açıqlama verərək, sualları cavablandırıb. Bu günə kim

1 dekabr
.

Azərbaycanda daha bir azyaşlı qızılcadan ölüb?

Sabirabadda 1 yaşlı uşaq ölüb. xəbər verir ki, A.N (şərti ad) xəstəxanada ölməsi ilə bağlı məlumat daxil olub. İlkin araşdırmalarla onun qızılcadan öldüyü ehtimal edilir. Araşdırma aparılır./APA

1 dekabr