Bələdiyyələr öz işini GÖRƏ BİLMİR: Niyə LƏĞV OLUNMUR?

Bələdiyyələr öz işini GÖRƏ BİLMİR: Niyə LƏĞV OLUNMUR?Bu gün Azərbaycanda bələdiyyələr ilə bağlı vətəndaşlar tərəfindən ciddi narazılıqlar var. Belə yerli özünüidarəetmə orqanı kimi özünü doğrultmadı. Rayon bələdiyyələri hətta vətəndaşların problemlərini belə həll etmir yaxud maraqlanmır. Bu yaxınlarda bələdiyyələrin sayının endirilməsi ilə bağlı xəbərlər yayıldı. Digər tərəfdən isə Azərbaycanda bələdiyyələrin ləğv edilməsi hələ də gündəmdə olaraq qalır. Çünki bu qurum tam olaraq özünü doğrultmadı və icra hakimiyyətlərinin sözlərinə əməl edən bir quruma çevrildi. Bu baxımdan bələdiyyə islahatları və strukturunun dəyişdirilməsi uzunmüddətdir gündəmdədir. Amma burada məsələ təkcə bələdiyyələrin ləğv edilməsindən yaxud artan şikayətlərdən getmir. Bələdiyyələr ilə bağlı daha böyük problemlər var.

İlk olaraq, bələdiyyələrin verdiyi sənədlərin tanınmamasıdır. Azərbaycan Respublikasının Konstitusiyasına görə, üç mülkiyyət növündən biri dövlət və özəl mülkiyyət ilə yanaşı, həm də bələdiyyə mülkiyyətidir. Ancaq Azərbaycanda bələdiyyənin verdiyi çıxarışlar demək olar ki, heç yerdə qəbul edilmir. Bələdiyyə mülkiyyətini heç rəsmi dövlət orqanlarının özləri qəbul etmir. Bələdiyyə sənədləri ilə bağlı fərqli torpaq zəbtləri iddiaları var. Bələdiyyə torpaqlarının onlara aid olmaması faktları belə mövcuddur. Bələdiyyələr hətta vətəndaşa satdığı torpaqlara sənəd verə bilmirlər. Bunlar gələcəkdə vətəndaşlar arasında problemlərə səbəb olur.

Bu gün Azərbaycanda 500 mindən artıq sənədsiz var. Bunun başlıca səbəbi isə həmin evlərin bələdiyyə torpaqlarında tikilməsidir. Bələdiyyə öz üzərinə düşən işi görmür. Kənd bələdiyyələrində bu qurumlar ilə bağlı kifayət qədər problemlər var. Söhbət burada Bakı rayon bələdiyyələrindən getmir. Ölkənin rayon və kəndlərində bələdiyyələr su problemini həll etmir. Vətəndaş bələdiyyəyə müraciət edir ki, su problemi həll edilsin. Amma bu qurum nəinki problemi həll etmək, hətta vətəndaşa cavab verməyi belə özlərinə çox görürlər. Şəhərdəki köhnə tikililərdə, istismar müddətini bitirmiş yaşayış binalarında hələdə "jek" deyilən qurumlar var. Yeni tikililərdə isə komendant deyilən idarəetmə forması təşəkkül tapıb. Ancaq bunları bələdiyyə idarə etməlidir.

Hələ bu azmış kimi bəzi yerlərdə həm bələdiyyə, həm də "jek" qalıb. Hər ikisi isə vergi yığmağa çalışır. Qurumun fəaliyyətini dərindən araşdırsaq, bu cür problemlər çoxdur. Bələdiyyələrdə mütləq yenidənqurma işləri görülməlidir. Burada bələdiyyənin tamamilə ləğvindən söhbət getmir. Artıq bir sıra ekspertlər təklif edir ki, Azərbaycanda icra hakimiyyətləri ləğv olunsun, yerinə prezidentin xüsusi nümayəndəlikləri yaradılsın. Eyni zamanda bələdiyyələr prezidentin xüsusi nümayəndəliklərinin tabeliyinə verilə bilər. Yəni ləğv edilərək onun strukturuna birləşdirilə bilər. Digər tərəfdən bələdiyyələrə daha çox səlahiyyət verilib Türkiyə modeli kimi, öz büdcəsi və seçkiləri olan instituta çevrilə bilər.

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4359   Tarix: 17 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

İyunun 21-də saat 13 radələrində Mingəçevir şəhərində 199-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri

21 iyun
.

Bakının tarixi binalarının fasadlarının təmirinə nəzarət üçün komissiya yaradılır

Bakıda tarixi binalarının fasadlarında aparılan cari təmir işlərinin vəziyyətinin araşdırılması və nəzarətdə saxlanılması məqsədilə xüsusi Komissiya yaradılır. Bu barədə -a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, BŞİH paytaxtın təsərrüfat xidmətləri rəhbərlərini

21 iyun
.

Qalmaqallı "MT Construction" tikinti şirkətinin fəhlələri qanunsuz işlətdiyi aşkarlanıb

"MT Construction" tikinti şirkəti cərimələnə bilər. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) daxil olan müraciərlər əsasında şirkətdə yoxlama aparıb. Yoxlamalar zamanı şirkətin fəhlələri əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi aşkarlanıb. Buna gör

21 iyun
.

Qocalar evində öldüyü elan edildi: 74 yaşlı qadın dəfndə dirildi

74 yaşlı Konstans Qlanzın qocalar evində səhvən öldüyü elan edilib. Lakin o, gözlənilmədən ABŞ-ın Nebraska ştatının Linkoln şəhərindəki Butherus-Maser və Love dəfn evində oyanıb. xarici KİV-ə istinadən xəbər verir ki, dəfn evinin işçiləri öldüyünü düşündükləri qadının həqiqətən nəfəs aldığını aşkar edənd

21 iyun
.

Tədbirlər gücləndirilir: Azərbaycanda quş qripi təhlükəsi VAR?

Azərbaycanda başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tədbirlər həyata keçirilir. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Qeyd edilib ki, AQTA Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil ola

21 iyun
.

Lənkərandakı güclü yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində baş verən yanğınla bağlı məlumat yayıb. Qurumdan -a verilən məlumata görə, Lənkəran şəhərində ümumi sahəsi 250 kvadratmetr olan bir mərtəbəli mağazanın dam örtüyünün yanar konstruksiyaları 200 kvadratmetr sahədə və içərisində qismən ərzaq malları yanıb. Mağazanı

21 iyun
.

Məktəblərdə "gündəlik"lər LƏĞV OLUNA BİLƏR - AÇIQLAMA

Məktəblərdə şagirdin summativ və formativ qiymətləndirməsinin nəticələri onun "məktəbli kitabçası"na yazılır. Belə ki, şagirdin formal olaraq hazırlığı və qiymətləndirmələri "gündəlik" olaraq adlandırdığımız bu kitabçalar ilə valideynlərə çatdırılır. Keçmiş dövrlərə nəzər salsaq

21 iyun
.

Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

İyunun 20-də ABŞ Dövlət Katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Antoni Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməs

21 iyun
.

Mahir Abbaszadənin direktoru olduğu fondla müqavilə bağlamış şirkətin yarım milyonluq vergi borcu üzə çıxdı (FOTO)

"AZƏRTRANSS" MMC-nin dövlətə külli miqdarda vergi borcu olduğu üzə çıxıb. -ın əldə etdiyi məlumata görə şirkətin vergi vorcu yarım milyon manata yaxındır (433984.92 AZN) . Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan "Azərtranss" MMC-nin qanuni təmsilçi Adil Qasımov Məmmədov oğludur

21 iyun