Naxçıvan istiqamətində növbəti yenilik: onlayn aviabilet alışı indi "digital.login" ilə
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə onlayn bilet alışı prosesini vətəndaşlar üçün daha rahat və sürətli etmək məqsədilə növbəti rəqəmsal yenilikləri tətbiq edib. Artıq AZAL-ın saytında və ya mobil tətbiqində Naxçıvan reyslərinə onlayn aviabilet alışı prosesini İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təqdim etdiyi "digital.login" vasitəsilə də yerinə yetirmək mümkündür.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, digər bir yenilik odur ki, sərnişinin "digital.login" və ya "SİMA İmza" ilə verifikasiya prosesini keçdikdən sonra təyyarə biletini əldə etmək üçün tələb olunan şəxsi məlumatları əl ilə daxil etməsinə ehtiyac qalmır; sadəcə müvafiq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd etmək kifayətdir. Verifikasiya prosesini keçmiş sərnişinin digər şəxsi məlumatları növbəti səhifədə müvafiq xanalarda avtomatik əks olunur ki, bu da bilet alışı prosesini asanlaşdırmaqla yanaşı, sərnişinlərin vaxta qənaət etməsinə şərait yaradır və informasiyanın yanlış daxil edilməsi ehtimalını azaldır.
Bir qrup sərnişin üçün bilet rəsmiləşdirildiyi zaman yalnız bir nəfərin şəxsiyyətinin "digital.login" vasitəsilə təsdiq edilməsi yetərlidir. Qeyd etmək lazımdır ki, məlumatların avtomatik doldurulması təkcə doğrulama mərhələsindən keçmiş şəxs üçün mümkündür. Digər sərnişinlər barədə məlumatlar ənənəvi qaydada sərnişin tərəfindən daxil edilməlidir.
Xatırladaq ki, AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin əldə olunması prosesinin rəqəmsallaşdırılması və şəffaflığının artırılması, həmçinin xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra rəqəmsal həllər tətbiq edib. Bundan öncə onlayn bilet alışında AZAL-ın rəsmi internet saytı və mobil tətbiqinə "SİMA İmza" inteqrasiya olunub. Bundan əlavə, sözügedən istiqamətdə onlayn qeydiyyat xidməti istifadəyə verilib.
Daha bir mühüm addım Naxçıvan aviabiletlərini kassalarda İRİA tərəfindən təqdim olunan "mygov" platforması vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək əldə etmək imkanının yaradılmasıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 763 Tarix: 11 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəmkirdə yanacaqdoldurma məntəqəsində yanğın - Video
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmki
12 noyabrOnlayn mediaya ayrılan məbləğ 5 min oldu
Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir. xəbər verir ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciət və on
13 noyabrSabah 21 dərəcə isti olacaq
Azərbaycanda noyabrın 13-də havanın 21 dərəcə isti olacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq
12 noyabrTuristin kumpirə ödədiyi pula etirazı viral oldu - VİDEO
İstanbulda gəzən bir ingilis turistin, yemək köşkündə satılan kumpir üçün ödədiyi məbləğə göstərdiyi reaksiya sosial mediada gündəm olub. türk mediasına istinadən xəbər verir ki, turistin təəccübünü və qiymət fərqinə münasibətini əks etdirən anlar mobil telefon kamerası ilə qeydə alınıb. Məlumata görə
12 noyabrBu gün Beynəlxalq Gözdən Əlillər Günüdür - VİDEO
Hər il 13 noyabr — Gözdən Əlillər Günü, dünya üzrə görmə məhdudiyyətli insanların gündəlik həyatına diqqət çəkmək, onların hüquqlarını xatırlatmaq və cəmiyyətdə empatiyanın güclənməsinə dəstək vermək məqsədilə qeyd olunur. Bu gün münasibətilə keçirilən müxtəlif təşəbbüslər insanların görmə qabiliyyətin
13 noyabr"Valideynlərim mənə oxşamır, DNK testi istəyirəm" - VİDEO
Valideynlərinin ona bənzəmədiyini iddia edən gənc Xoşqədəm Baxşəliyevanın "Səni axtarıram" verilişinə müraciət edib. xəbər verir ki, gənc efirdə bioloji ailəsini tapmaq istədiyini və bu səbəbdən DNK testinin aparılmasını tələb etdiyini bildirib. Proqram zamanı müzakirəli anlar yaşanıb, Xoşqədə
13 noyabrŞahin Məmmədov Dövlət Vergi Xidmətində yeni vəzifəyə təyin edilib
Şahin Məmmədova İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) yeni vəzifə verilib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Məlumata görə, DVX-nin rəisi Orxan Nəzərlinin əmri ilə Şahin Məmmədov qurumun Media və kommunikasiya idarəsinə rəis müavini təyin edilib
12 noyabr