Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ailəsinə TƏHVİL VERİLİB
"Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb".
Bunu Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu deyib.
O bildirilib ki, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti, Goranboy Rayon Polis Şöbəsinin nümayəndələri hər iki ailənin yaşadığı ünvana yollanıblar:
"Oğlan və qız polis şöbəsinə aparılıb, izahatları alınıb. Hər iki ailəyə qanunvericiliklə bağlı məlumat verilib. İstintaq bölməsindən qızın nikah yaşına çatmadığı üçün ailəsinə verildiyi bildirilib. Hazırda istintaq bölməsində araşdırma aparılır".
11:55
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb.
Oxu.Az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Goranboy şəhərində qeydə alınıb.
Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Leyla Qasımova (şərti ad) rayonun Səfikürd kənd sakini olan 21 yaşlı sevdiyi oğlan tərəfindən evlənmək məqsədilə qaçırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır:
"Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1662 Tarix: 16 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazirlikdən Xatirənin iddialarına cavab
Xəbər verdiyimiz kimi, müğənni Nura Surinin dövlət konsertlərinə dəvət almaması ilə bağlı paylaşımına bir çox sənət adamı da qoşulub. Axşam.az-ın məlumatına görə, onlar arasında müğənni Xatirə İslam da yer alıb. O bildirib ki, illərdir Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirlərdə yer almır. Məsələ il
17 noyabr"Konstitusiya və Suverenlik İli" hüquqi dövlətin uğurlarını nümayiş etdirir
Tarixə nəzər saldıqda, görürük ki, hər bir xalqın vahid ali amallar, o cümlədən suverenlik və müstəqillik uğrunda, eləcə də öz hüquqları və mənafeləri ilə bağlı məsələləri həll etmək, həmçinin ali qanun olan Konstitusiyanın qəbul edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirməsi üçün birləşməsind
18 noyabrAzərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. xatırladır ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisove
17 noyabr"Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb"
Bakıda işsiz gənclərin etibarından sui-istifadə edilərək, işə düzəltmək adı ilə adlarına şirkət açılıb. Nəticədə, onların külli miqdarda vergi borcu yaranıb. Şkayətçi Teymuraz Abbasov deyir ki, onun adıma 232 min manat vergi borcu var. O, bundan bir il sonra ünvanına göndərilən məhkəmə qəbzi ilə xəbə
18 noyabr