"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ın bəstəkarı olduğunu açıqlayıb.

Qaynarinfo mahnının sözlərinin müəllifi Fəxrəddin Ümidlə əlaqə saxlayıb. Fəxrəddin Ümid mahnının bəstəkarının Könül Kərimova olduğunu təsdiqləyib.

- "Laçınım" mahnısı ilə bağlı geniş müsahibələr vermişəm. Amma bu mövzu hələ də bitmək bilmir. Hər dəfə kimsə nəsə deyir, məsələ qalxır, müzakirə gedir və bağlanır. Mart ayında iki internet televiziyasında da bununla bağlı çıxışım oldu. Mərhum sənətkar Məhəbbətin komandası var, onlar çox şərəfsiz adamlardır. Mən bu mahnını Məhəbbətin xahişi ilə yazdım və aparıb özünə təqdim elədim, dinlənildi və bəyənildi.

- "Laçınım" mahnısının sözləri sizindir?

- Bəli, bu şeirdə bir yer vardı, Məhəbbət Kazımov onu düz oxumurdu. Dedim, düz oxu. Onun üstündə dava-qırğın, qaş-qabaq. Narazılıq bir müddət davam etdi.

- Mahnı yazılıb, amma uzun müddət efirə buraxılmayıb. Bunun səbəbi nədir?

- Bu mahnı fars üslübundadır, ona görə də efirə buraxılmırdı. Vasif Adıgözəlov deyirdi ki, belə mahnı efirə verilə bilməz. Nə qədər etdilərsə, mümkün olmadı. Dirəndilər, axırda necə oldusa, yol tapıb mahnını efirə buraxdılar. Mahnını Məhəbbət Kazımov öz adına çıxmışdı. Mən də bununla bağlı mətbuata açıqlama verdim, narazılıq elədim, dedim ki, sən nə vaxtdan şeir yazırsan? Onu da deyəndə başını aşağı dikirdi. Mənim bir dostum var, bəstəkar Razim Paşayev. Dünyasını dəyişib. Sağlığında ona pulsuz bir mahnı vermişdi - "Bu sevgidə kim uduzdu, kim uddu". Onun da sözləri Məmməd Arazın, musiqisi Razim Paşayevin idi, amma bu mahnını da öz adına çıxmışdı Məhəbbət. Narazılığımı bildirdiyimə görə, məni məşq prosesinə dəvət elədilər. Getdim, baxdım ki, Könül Kərimova oxuyur, Məhəbbət də arxada oturub qulaq asır. Məhəbbət mahnının bir necə yerinə fars çalarları əlavə etdi. Ona görə də mahnını efirə buraxmırdılar. Amma Könül Kərimova bu mahnını öz üslübunda oxudu və Məhəbbətin mahnıya saldığı fars çalarlarını dəyişdirdi, özünküləşdirdi. Könül xanım bu haqda heç vaxt danışmayıb. Əslinə qalanda bu mahnının əzab-əziyyətini, bəlkdə də hardasa 80-%-ni Könül Kərimova çəkib. İndi də bütün laçınlılar üstümə düşüb, mənim ünvanıma demədikləri sözlər qalmayıb.

- Laçınlılar sizi nədə ittiham edirlər?

- Deyirlər ki, sən laçınlı deyilsən, yazmağa nə ixtiyarın var? Gör bunu deyənlər nə axmaq insanlardır. Məni oğru adlandırırlar, guya Məhəbbət Kazımov deyib ki, 1993-cü ildə Osman Əliyev adında bir laçınlının kitabı olub, mən də "Laçınım"ı ordan köçürmüşəm. Mən də bunu araşdırdım, onun 1993-cü ildə kitabı olmayıb, 2000-ci ildə bir bröşürü olub. Osman Əliyevi tapdım, dedim ki, utanmırsanmı, yalan deyirsən? Dedi ki, "mən demişəm ki, nə vaxtsa belə bir şeir yazmışam". Amma Zahir Abbas, Natiq Dağlaroğlu birləşib, bütün günü əleyhimə kampaniya aparırlar. Mən geri çəkilməyəcəm, lazım gələrsə, məsələni qanunla həll edərəm. Könül Kərimovanın bu mahnıya sahib çıxmağa haqqı var. Mən də ona zəng etdim, dedim ki, niyə susursan, bunlar məni təkləyir, üstümə gəlir. Məhəbbətin vaxtında onların münasibəti vardı deyə, susurdu. Hələ çəkiliş zamanı mərhum Məmmədbağır Bağırzadə də orada idi. O vaxt mən yol polisində işləyirdim, hamı məni tanıyırdı. Məmmədbağır məni çağırdı yanına, Məhəbbəti göstərib dedi ki, "bu nə həyasız adamdır, bu, fars mahnısıdır". Onlar musiqini yaxşı bilirdilər. Məhəbbət Kazımov "Laçınım"ı Azərbaycan musiqisindən uzaqlaşdırmışdı, fars üslübuna yaxın etmişdi. Könül isə onu xalqa sevdirdi. Bundan əlavə də Könülə dedi ki, "məni başa düş, laçınlıyam, qoy mahnı mənim adımla getsin. Mahnının yaranma tarixi belə oldu.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3270   Tarix: 07 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ağakərimin ürəkdağlayan görüntüləri yayıldı - VİDEO

Ağır xəstəlikdən əziyyət çəkən ustad meyxanaçı Ağakərimin görüntüləri yayılıb. -ın əldə etdiyi kadrlardan da aydın görünür ki, illərdir yataq xəstəsi olan meyxana ustadının səhhəti heç də ürəkaçan vəziyyətdə deyil. Həmin kadrları təqdim edirik:

10 may
.

Niderland təmsilçisi "Avroviziya"dan uzaqlaşdırıldı

Niderlandı təmsil edən müğənni Joost Klein "Avroviziya" Mahnı Müsabiqəsindən uzaqlaşdırılıb. Axşam.az xəbər verir ki, bu barədə Hollandiya Yayım Korporasiyası (NOS) məlumat yayıb. Kleinin yarışmadan çıxarılmasına səbəb olan dəqiq hadisə hələ ictimaiyyətə açıqlanmayıb. Avropa Yayım Birliyi (EBU

11 may
.

Xanım fanatı azərbaycanlı müğənniyə "Porsche" bağışladı - VİDEO

Məşhur müğənni Əbdül Xalidə bahalı avtomobil hədiyyə olunub. xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "Gül kimi şou" proqramına qonaq olarkən bildirib. Əbdül Xalid bir müddət əvvəl aığı avtoqəza keçirdiyini qeyd edib. Bu səbəbdən xanım fanatlarından biri ona "Porsche" markal

17 may
.

Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ

Müğənni Vəfa Şərifova bəzi aylarda 100 min manat pul qazandığını açıqlayıb. xəbər verir ki, sənətçi bu barədə ATV-də yayımlanan verilişlərin birində məlumat verib. O, əvvəlcə bu barədə danışmaq istəməsə də, daha sonra auditoriyadakıların israrı ilə etiraf etmək məcburiyyətində qalıb:. "Mənim o qədə

15 may
.

Xumar Qədimova: "Sevdiyim kişi dünyasını dəyişdi"

"Mənim hər addımım puldur". Bu sözləri -a müsahibəsi zamanı müğənni, bəstəkar, Azərbaycanın Əməkdar artisti Xumar Qədimova deyib. Həmin müsahibəni təqdim edirik:. - Xumar xanım, müsahibələrinizin birində demişdiniz ki, "Ehtirası gizlətmək lazım deyil. Mən həm də çox çılğın bir qadınam"

9 may
.

"Avroviziya"nın finalına start verildi - CANLI

İsveçin Malmö şəhərində "Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb. -ın məlumatına görə, finalda 26 ölkə mübarizə aparacaq. Qalib televiziya tamaşaçıları və peşəkar münsiflər heyətinin birgə səsverməsi nəticəsində müəyyən ediləcək. Qeyd edək ki, səsvermənin nəticələrin

11 may
.

Vasif Məhərrəmli plastik əməliyyatdan sonra

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra verilişə qonaq olub. Müğənni "Elgizlə izlə" verilişinə gəlib. V.Məhərrəmli aparıcı Elgiz Əkbərin "Üzünüz çox mübarək. Yaraşıqlı görünürsünüz. Özünüz etiraf etdiniz ki, üzünüzə əl gəzdirmisiniz, ona görə deyirəm. Müğənniyə lazımdır"

16 may
.

EFİRDƏ GƏRGİN ANLAR: "Balaəli kimdir ki?…" - VİDEO

Müğənni Mətanət Əsədova qalmaqallı açıqlaması ilə diqqət çəkib. Sənətçini qonaq olduğu "YouTube"da yayımlanan "Mirinin dibçəyi" verilişində aparıcının verdiyi sual özündən çıxarıb. Söhbət əsnasında meyxanaçı Balaəli Maştağalının adının çəkilməsi müğənninin xoşuna gəlməyib. Mətanə

12 may
.

Tünzalənin saçını şüşədə saxlayır

"İlk görüşümüz bulvarda oldu. Əlbəttə ki, çox həyəcanlı idim. Metrodan çox istifadə edən biri deyildim, stansiyaları tam olaraq tanımırdım. Gecə saat 10-da görüşəcəkdik. Amma mən metroda azıb qaldım, heç cürə çıxa bilmirdim. Saata baxdım ki, artıq 11-ə qalıb. Amma hələ də metroda idim. Birtəhə

10 may