"Qazaxın 4 kəndinin qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatiyasının qələbəsidir" - DEPUTAT

"Qazaxın 4 kəndinin qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatiyasının qələbəsidir" - DEPUTATXəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub. Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etmələri və ardınca Qazax rayonunun 4 kəndinin qaytarılması barədə razılığın əldə olunması ilk növbədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatiyasının, Azərbaycan xalqının qələbəsidir:

"2016-cı ilin aprel ayından bəri yazılmağa başlanan şərəfli tarixin, silsilə qələbələrin davamıdır. Xalqımızı, bu möhtəşəm qələbələr təbrik edirəm. 4 kəndin qaytarılması ilə delimitasiya və demarkasiya işlərinə başlandı. Bu da o deməkdir ki, iki ölkə arasında dayanıqlı sülhün əldə olunması üçün möhkəm zəmin yaradılır. Son zamanlar, Ermənistanı silahlandırmaqla, yeni müharibəyə sürükləmək istəyən qüvvələrin sayı artmaqda idi. Bəziləri sülhməramlıların bölgəni tələsik tərk etmələrini də bununla əlaqələndirirdilər. Əksinə, hesab edirəm ki, 4 kəndin qaytarılması ilə proseslər müsbət istqamətdə cərəyan edəcəkdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 433   Tarix: 20 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, mayın 3-ü axşamdan 4-ü səhərədək bəzi yerlərdə yağı

2 may
.

Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini "ifşa edib"

29.04.2024-cü ildə Fransa xüsusi xidmət orqanı DGSE-nin məlum mətbuat uzantısı "İntelligence Online" Ermənistanda hərbi sənayesinin qurulması işinə cəlb edilən Britaniya şirkətlərini, nüfuzlu britaniyalıların işin koordinasiyasına görə aldığı məbləğləri qəsdən açıqlayan yazı ilə çıxış edib

3 may
.

Azərbaycanda vəzifəli şəxs vəfat edib

"Suraxanı" gəmi-muzeyinin ilk kapitanı vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Qasım Alacov bu gün vəfat edib. Qasım Alacov 18 iyul 1959-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. O, 1980-ci ildən üzən heyətin sıraların

3 may
.

Braziliyada şəhərlər sel suları altında qaldı, onlarla insan həyatını itirdi

Braziliyanın Uruqvayla sərhədində yerləşən Rio-Qrandi-du-Sul ştatında daşqınlar nəticəsində azı 29 nəfər ölüb, 60 nəfər itkin düşüb. Bildirilib ki, ştat ərazisində yerləşən 150-dən çox şəhər təbii fəlakətdən zərər çəkib. Azı 10 min insan evini tərk etmək məcburiyyətində qalıb. 500 mindən çox ev su infrastrukturunu

3 may
.

"Nağıoğlu" MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

"Nağıoğlu" şirkət Ağcəbədi rayonunda yerləşən 2 hektar sahəsi olan "Şahmalı" qum-çınqıl yatağından qanunsuz istifadə edir. Bu barədə Qaynarinfo-ya Tovuz rayonunda yaşayan sahibkar Arif Alıyev bildirib. Onun sözlərinə görə, ötən il aprelin 5-də İqtisadiyyat Nazirliyi yanında Əmla

3 may
.

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dövlət Ehtiyatlar Agentliyi "Karat Holdinq" şirkəti ilə 719.328 manatlıq satınalma müqaviləsi imzalayıb. Qaynarinfo xəbər verir ki, müqavilə ərzaqlıq buğdanın saxlanma xidmətinin satın alınması ilə bağlıdır. "Karat Holdinq" MMC 14 mart 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapital

2 may
.

"Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb" - Əhməd İsmayılov

"Praktik əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması eyni zamanda cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb". "Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" mövzusund

3 may
.

Azərbaycanda pensiyalar bu yolla arta bilər - VACİB AÇIQLAMA

Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir. xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Laki

3 may
.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

3 may