"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar
Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib.
"Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub.
Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğlan övladı olub:
"Atam, anam tarixi Azərbaycan torpağı olan Borçalı mahalında anadan olub. Özüm Bakı şəhərində dünyaya gəlmişəm. Amma qismət elə oldu ki, övladım bu torpaqlarda dünyaya göz açdı. 2022-ci ilin dekabr ayında ailə qurmuşuq. Bu gün oğlumuz dünyaya gəldi. Çox sevincliyik. Həkim əməliyyatla olmasını məsləhət görmüşdü. Çox şükür ki, proses heç bir problemsiz həyata keçdi".
A.Abdullayev deyib ki, artıq körpənin adını da seçiblər:
"Adı bizə bu günləri yaşadan Ali Baş Komandanın adı ilə bağlıdır. Övladımın adı İlham olacaq".
Onun sözlərinə görə, ötən ilin oktyabr ayında işlə bağlı Xankəndiyə gəlib:
""Azərsu" ASC-nin tabeliyində fəaliyyət göstərən Qarabağ Regional Su-Kanal İdarəsində işləyirəm. Burada elə həm də iş yoldaşım olan həyat yoldaşımla birlikdə yaşayıram. Bu torpaqlarda igid-igid oğullarımızı itirmişik. Bu gün isə bir əsgər də artdı. Övladımın burada doğulması ilə bağlı arzu, istək, dilək sadəcə bu idi".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2270 Tarix: 23 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBölgələrə yağış, Şahdağda isə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 4-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış, Şahdağda isə qar yağıb. Düşə
4 mayEvinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə! - Tarif Şurasından QƏRAR
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri və bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyindən -a verilən xəbərə görə, istehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdə
4 mayAzərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib
Yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydaları təsdiqlənib. report-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Qaydalar "Təhsil haqqında" qanununun 29.0.37-1-ci maddəsinə əsasən hazırlanıb və ali, orta ixtisas və peşə təhsil
4 mayDaha bir erməni yalanı ifşa edildi - VİDEO
Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən
5 mayAdil Əliyevin ailəsinə ağır itki
Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!
4 may