Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?

Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?Yaratdığı məişət qalmaqallarına görə, cəmiyyətdə müntəzəm olaraq tənqid hədəfinə çevrilən bəzi sosial yönümlü verilişlərin mövsüm sonunda, yəmni iyun ayının axırında birdəfəlik efirdən yığışdırılacağına dair iddialar yayılıb.

Sosial şəbəkələrdə yayılmış məlumata görə, ATV-də Zaur Bəxşəliyevin "Bizimləsən", ARB-də Xoşqədəm Hidayətqızının "Səni axtarıram", Elgiz Əkbərin "Elgizlə izlə", Xəzər TV-də Lalə Azərtaşın "Təsir dairəsi", Zaur Kamalın "Həmin Zaur" verilişlərinin bağlanması ilə bağlı artıq yekun qərar verilib və sentyabr ayından efirdə daha səviyyəli verilişlərin yayımlanması gözlənilir.

Lent.az bu məlumatın nə dərəcədə doğru olub –olmadığını öyrənməyə çalışdı.

ARB-dən sorğumuza cavab olaraq bildirildi ki, efir toru barədə öncədən məlumat verməyi etik hesab eləmirlər:
"Hansı verilişlərin efirə gedəcəyi hələ bilinmir. Çünki 2025-ci ilin efir şəbəkəsi üzümüzə gələn iyun ayında müzakirə olunacaq. Hansı verilişlərin təqdim olunacağı barədə öncədən məlumat vermək olmur".

Xəzər TV-dən Lalə Azərtaşın "Təsir dairəsi" verilişinin yığışdırılması barədə məlumat təsdiqlənsə də, "Həmin Zaur" verilişİnin taleyi barədə məlumat verilmədi.

ATV kanalından isə ümumiyyətlə, bu barədə heç bir məlumat verə bilməyəcəklərini bildirdilər.

"Bəzi verilişlərin efir müddəti azaldılıb, amma onlara qadağa qoyulmayıb" deyə qeyd edildi.

Qeyd edək ki, bu iddiaların səslənməsinin səbəbi özəl telekanalların rəhbərlərinin bir müddət əvvəl Prezident Administrasiyasına çağırılaraq, sosial yönümlü proqramların məzmunu ilə bağlı ciddi xəbərdarlıq almalarıdır.
Görünən odur ki, özəl telekanallar hələlik "qızıl yumurtlayan toyuqlarını", yəni cəmiyyətini mənəviyyatını korroziyaya uğratsa belə, böyük pullar qazandıran proqramlarını kəsmək fikrində deyillər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 842   Tarix: 24 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO

Gecə saatlarında Bakıda Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. Belə ki, yüksək sürətlə manevr etməyə çalışan sürücü idarəetməni itirərək qarşıda gedən avtomobilə çırpılıb. Hadisə həmin avtomobildəki sərnişi

4 may
.

Sahibkarların NƏZƏRİNƏ: İşğaldan azad olunan ərazilərdə bəzi güzəştlər olacaq - AÇIQLAMA + VİDEO

İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov bildirib ki, işğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlar, o cümlədə

4 may
.

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

ABŞ-nin Los-Anceles şəhərində mağazanın dayanacağında adamyeyən görüntülənib. 29 yaşlı evsiz Kolin Çex ərzaq mağazasının dayanacağında tanımadığı şəxsə hücum edib. O, kişinin başını asfalta çırpmağa başlayıb, sonra isə əyilib onun üzünü yeməyə başlayıb. Hadisənin şahidləri polisə müraciət ediblər. Poli

3 may
.

"Oralarda necədir?": Bütün ailə birlikdə çimir, qocalara robotlar baxır - VİDEO

Gülnar Muradovanın təqdimatında yayımlanan "Oralarda necədir?" rubrikasının yeni buraxılışı efirə gedib. Bu dəfə fərqli mədəniyyəti, gülərüz insanları, texnoloji çağın önündə gedən və qeyri-adi adətləri olan Yaponiyadan bəhs olunub. Yaponiya əhalisinin sayı 125 milyon nəfərdir. Amma gündoğa

3 may
.

Sağlam ürəyin sirri: 6 saat otur, 5 saat hərəkət et

Avstraliyanın Melburn Svinburn Texnologiya Universitetinin tədqiqatçıları sağlam həyat üçün gündəlik fiziki aktivliyi hesablayıblar. xarici mənbəyə istinadən xəbər verir ki, orta yaşı 60 olan 2300 nəfərin sağlamlıq məlumatları araşdırılıb. Müvafiq olaraq, gündə 6 saat oturmaq, 5 saat 10 dəqiqə ayaq üst

4 may
.

Övladının gözü qarşısında bıçaqlanan Vətən müharibəsi iştirakçısının GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + VİDEO

Bu gün Abşeron rayonunun Masazır qəsəbəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub. Belə ki, "Bağçalı" yaşayış massivində 33 yaşlı Orxan İmanov həmyaşıdı, Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb. Məlumata görə, hadisəni törədən şəxs İkinci Qarabağ müharibəs

3 may
.

Deputat "duty free"dən ətir oğurlayıb?

İtaliya parlamentinin üzvü Piero Fassino "duty free"dən ətir oğurlamaqda şübhəli bilinir. ölkə mətbuatına istinadən xəbər verir ki, hadisə Romanın "Fiumicino" hava limanında baş verib. Deputat aprelin 15-də 100 avroluq ətri oğurlayarkən müşahidə kameralarına düşüb. Ancaq o, bunu anlaşılmazlı

2 may
.

Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ

Bakının Nizami rayonunda 200-ci il təvəllüdlü Vüsal sevgi münasibətində olduğu Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib. xəbər verir ki, hadisə Nizami rayonu, B.Çobanzadə küçəsində baş verib. Vüsal Aydanın yaşadığı binanın blokunda onun sifət nahiyəsinə şillə, ağız nahiyəsinə yumruqla xəsarə

3 may
.

Bakının bu rayonunda evlər ucuz qiymətə kütləvi satışa çıxarılır - Səbəb nədir?

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində evlər kütləvi şəkildə satışa çıxarılır. Evlərin qiyməti isə olduqca ucuzdur. Əmlak saytlarında "Zabrat-1", "Zabrat-2" kimi tanınan massivlərdə həyət evlərinin satışı ilə bağlı elanların sayı da kəskin artıb. Əmlak ekspertləri bunu makle

3 may