40 gün ərzində təkcə portağal yedi – "Özümü heç vaxt belə hiss etməmişdim"

40 gün ərzində təkcə portağal yedi – "Özümü heç vaxt belə hiss etməmişdim"Avstraliyanın Kvinslend şəhərindən olan Enn Osbourn 40 gün ərzində yalnız portağal yeyib və portağal şirəsi içib.

Medicina.az xəbər verir ki, Enn Osbourn "Instagram"dakı səhifəsində yalnız meyvə əsaslı pəhrizlərini paylaşır.
Bu yaxınlarda 40 gün portağal yeyəcəyini açıqlayan Osbourn bir çox insanın diqqətini çəkib və sosial şəbəkədə onun bu "macərası" maraqla izlənilib.

40 gün ərzində hər gün təqribən 1-1,5 litr portağal şirəsi içən və bu meyvədən başqa heç nə yeyib-içməyən Osbourn müddətin sonunda özünü necə hiss etdiyini açıqlayıb. O, çox yaxşı olduğunu və daha əvvəl heç bu qədər enerjili və sağlam hiss etmədiyini bildirib. O, 40 günlük portağal detoksunu hər kəsə tövsiyə edib.

Bəs ekspertlər nə deyir?

Mütəxəssislər portağal şirəsinin sağlamlığa faydaları ilə razılaşırlar. Onun tərkibindəki C vitamini immunitet sistemi, ürək üçün faydalıdır və kollagen istehsalını dəstəkləyir.

Bununla belə, mütəxəssislər deyirlər ki, orqanizmə bu qədər C vitamini qəbul edərkən diqqətli olmaq lazımdır. Çünki 2000 mq və ya daha çox C vitamini qəbul etmək böyrək daşları və ya mədə-bağırsaq pozğunluğu kimi sağlamlıq problemlərinə səbəb ola bilər.

Dietoloq Ebbi Şarp "USA Today"ə bildirib ki, meyvə şirələri şəkərin udulmasını yavaşladan və qlisemik indeksi aşağı salan faydalı liflərdən məhrumdur:

"Buna görə də, portağal şirəsi qan şəkərinin artmasına səbəb ola bilər.

Portağal yüksək turşuluğa malik sitrus meyvələrindən biridir. Həddindən artıq portağal şirəsi içmək diş minasına zərər verə və mədə problemlərinə səbəb ola bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1399   Tarix: 25 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

4 may
.

Türkiyədə qocalar evində baş verən qətliamın görüntüləri -VİDEO

Antalyada qocalar evində 2 nəfərin bıçaqla öldüyü, 1 nəfərin ağır yaralandığı hadisənin kamera görüntüləri ortaya çıxıb. xarici mediaya istinadən xəbər verir ki, Antalyada qocalar evində 2 nəfəri öldürən, 1 nəfəri ağır yaralayan şəxsin hücumu həyata keçirdiyi anların görüntüləri ortaya çıxıb. Görüntülərd

4 may
.

Moskvada şaxta düşəcəyi barədə xəbərdarlıq edildi

Rusiyanın paytaxtı Moskva şəhərində mayın 4-ü gecə və səhər saatlarında mənfi iki dərəcəyə qədər şaxta gözlənilir. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin şəhər üzrə mətbuat xidməti xəbərdarlıq edib. İdarənin nümayəndələri hava şəraiti ilə əlaqəda

3 may
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

5 may
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

5 may
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

5 may
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

5 may
.

75 min il əvvəl yaşamış neandertal qadının GÖRÜNTÜSÜ

Kembric Universitetinin (UC) britaniyalı alimləri 2018-ci ildə İraqdakı Kürdüstan mağaralarından birində qalıqları tapılan 75 min yaşlı neandertal qadının görünüşünü yenidən yaradıblar. -in xəbərinə görə, tədqiqat qurumun rəsmi saytında dərc olunub. Yenidənqurma zamanı alimlər dağıntılar altından kəll

3 may
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

5 may