Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - SİYAHI

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - SİYAHIDünyanın müxtəlif yerlərini görmək və yeni mədəniyyətlərlə tanış olmaq üçün çoxlu pul xərcləməli olduğumuzu düşünürük. Ancaq bu tam olaraq belə deyil. Əgər məqsəd yeni yerlər kəşf etməkdirsə, o zaman büdcənizə uyğun ölkələrə baş çəkə bilərsiniz. Çünki elə şəhərlər var ki, oralara ucuz qiymətə gedə və səyahət edə bilərsiniz.

Sonxeber.az Lent.az-a istinadən dünyanın ən ucuz şəhərlərini təqdim edir:

Mumbay

Hindistanın və dünyanın ən sürətlə böyüyən şəhərlərindən biri olan Mumbay ən ucuz tətil yerləri arasındadır. Vaxtilə müstəqil adalardan ibarət olan şəhər indi bu adaların birləşməsi ilə yeni bir kimlik qazanıb. Bəzi regionları hətta Avropadan da bahadır. Ancaq ümumi olaraq az pul xərcləyib şəhərdə səyahət edə, yemək yeyə və qalmaq mümkündür.

Katmandu

Nepalın paytaxtı Katmandu, yaxınlıqda yerləşən möhtəşəm təbii gözəllikləri və məbədləri ilə tanınan bir şəhərdir. Həm sərfəli, həm də ekzotik tətil axtaranların görüş yeri olan şəhərdə cəmi bir neçə dollara qalıb nahar edə bilərsiniz.

Buxarest

Şərqi Avropa ölkələri Qərblə müqayisədə daha qənaətcildir və getmək asandır. Rumıniyanın paytaxtı Buxarest kimi… Buxarest təkcə iqtisadi deyil, həm də son dərəcə gözəl bir şəhərdir. Siz bütün günü əzəmətli binalarla əhatə olunmuş küçələrdə dolaşa, sərfəli qiymətə suvenirlər ala, gecələr klublarda əylənə bilərsiniz.

Panama şəhəri

Möhtəşəm ağ çimərlikləri və heyrətamiz adaları ilə məşhur olan Panama şəhərinin paytaxtı Panama City ucuz və tətil üçün əla alternativdir. Digər alternativlərlə müqayisədə ölkəmizdən daha uzaqdadır. Buna görə də nəqliyyat baxımından bir az əlavə xərclər çıxa bilər.

Yeni Dehli

Hindistanın və dünyanın ən ucuz şəhərlərindən biri Yeni Dehlidir. Burada siz çox sərfəli qiymətlərlə şəhərdə qalıb yemək yeyə bilərsiniz. Üstəlik, texnoloji məhsullar almaq istəyirsinizsə, bu, telefondan kompüterə qədər bir çox məhsulu sərfəli qiymətlərlə tapa biləcəyiniz bir alış-veriş cənnətidir.

Krakov

Polşanın və Avropanın ən qədim şəhərlərindən biri olan Krakov sərfəli yaşayış, yemək və alış-veriş imkanları ilə tanınır. Xüsusilə Krakov və ətrafının gecə həyatı çox rəngarəngdir. Bir çox ölkələrlə müqayisədə spirtli içkilərin qiymətləri çox aşağıdır. Beləliklə, səhərin erkən saatlarına qədər davam edən əyləncə üçün böyük bir sərvət xərcləmək lazım deyil.

Tirana

Albaniyanın paytaxtı Tirana regionun və dünyanın ən ucuz şəhərləri sırasındadır. Bundan əlavə, Tirana ləzzətli alban yeməklərini sınaya biləcəyiniz qastronomik paytaxtdır. Elbasan tavası və Alban pastası kimi məşhur təamları dadmağı mütləq tövsiyə edilir. Tiranada olduğunuz zaman, Berat və Şkoder kimi Albaniyanın ən qədim yaşayış məntəqələrini də kəşf edə bilərsiniz.

Tunis

Afrikanın Aralıq dənizi sahilində yerləşən Tunis, sərfəli və unudulmaz bir tətil üçün mütləq düşünülməli bir yerdir. Siz Tunisdə büdcənizə uyğun şəkildə qalıb dənizin və günəşdən zövq ala bilərsiniz. Burada səhrada safari və dəvə sürmək kimi fəaliyyətlər də mümkündür.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 720   Tarix: 26 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Villada müəmmalı ölüm: 17 yaşlı yeniyetmə...

17 yaşlı gənc villada ölü tapılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, 17 yaşlı Mervan İpek adlı gənc Böyükçekmecedə əylənmək üçün kirayə qaldığı lüks villadakı hovuzda ölü tapılıb. İlkin məlumatlara görə, gənc qız , hovuza düşüb və boğularaq həyatını itirib

6 may
.

DƏHŞƏT! Sement tankeri sərnişin mikroavtobusuna çırpılıb -VİDEO

Türkiyədə, Qaziantepin İslahiye rayonunda sement tankeri sərnişin mikroavtobusuna çırpılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb. Məlumata görə, qəza Qaziantepin İslahiye mahalı çıxışında baş verib. Hazırda Qaziantep valisi Kamal Çeber hadis

6 may
.

Dünyanın ən zəngin 10 ölkəsi - 2024-cü il reytinqi

Qlobal pandemiya, yüksək inflyasiya və geosiyasi gərginlik dövründə bir xalqın varlı və ya kasıb olması nə deməkdir? Nisbi alıcılıq qabiliyyətinə uyğunlaşdırılmış adambaşına düşən ümumi daxili məhsul (ÜDM) qeyri-kamil olsa da, bizdə müəyyən təsəvvür yaradır. Kasıb ölkədə varlı olmaq istərdiniz, yoxs

6 may
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

5 may
.

Kirayə villada dəhşətli qətl: Həyat yoldaşının mesajlarını gördü...

Mart ayında Türkiyənin Bursa şəhərində villada baş verən partlayış və yanğından sonrakı hadisənin təfərrüatları ortaya çıxıb. xarici mediaya istinadən xəbər verir ki, aparılan istintaq zamanı yanğın baş verilən meyitdə bıçaq zərbələrinin olduğu məlum olub. Bıçaq izləri olan şəxsi öldürdüyü iddiası il

7 may
.

Fironların istirahət etdikləri yer aşkar edilib - FOTO

Arxeoloqlar Sinay səhrasında fironlar və ordular üçün 3500 illik istirahət yeri aşkar ediblər. Çiy kərpicdən tikilmiş saray II Tutmosun (e.ə. 1479-1425) hakimiyyəti dövründə qədim Misir qoşunlarının və ehtimal ki, fironun ailəsinin yerləşməsi üçün tikilmişdir. Bunu onun adı olan yazılar göstərir. O

6 may
.

Toyda 44 yaşlı qadın güllələndi - FOTO/VİDEO

Türkiyənin Şanlıurfa bölgəsində keçirilən toy qanla bitib. xəbər verir ki, Ceylanpınar bölgəsindəki mərasimdə silahdan açılan atəş 44 yaşlı Zemzem Özdemiri yaralayıb. Hadisə gəlin Saadet Karagözün evinə gətirilməsi zamanı baş verib. Havaya atılan güllə gəlinin duvağını yerdən yığmağa çalışan Zemzem

7 may
.

Qonşusunu arvadı və uşağının yanında güllələdi

Türkiyədə mənzilin sahibi təmir məsələsi ilə mübahisə etdiyi şəxsi həyat yoldaşı və uşağının gözü qarşısında silahla vurub. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pusqu quraraq qonşusunu silahla vurub. Mənzil sahibi hadisə yerində polis tərəfindən saxlanılıb. Yaralı şəxs qonşusu xəstəxanay

8 may
.

Metroda qıza cinsi zorakılıq edən şəxs sərbəst buraxıldı, yenidən eyni addıma əl atdı - VİDEO

Türkiyədə metroda gənc qıza sataşan şəxs saxlanıldıqdan sonra sərbəst buraxılıb. xarici mediaya istinadən xəbər verir ki, şübhəli daha sonra başqa bir təcavüz hadisəsinə görə yenidən saxlanılıb. Cinsi zorakılığa görə cinayət keçmişi olan şübhəlinin marketdə biri uşaq olmaqla daha 2 nəfərə sataşdığı görüntülər

6 may