Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli strateji proses aparılmalıdır. Qısa müddətdə xüsusi məsələlərə fokuslanaraq hazırlıq görülməli və mümkün ssenarilər hazırlanmalıdır. Orta müddətdə böhran ünsiyyəti və idarə etməsi çoxşaxəli bir şəkildə həyata keçirilərək məlumat, xəbər və məzmunların düzgünlüyünə tez bir zamanda nəzarət edə biləcək mexanizmlər hazırlanmalıdır. Uzun müddətdə isə media savadlılığı və rəqəmsal media savadlılığına keçmək vacibdir." - deyə bildirib.

Altun qələmə aldığı məqalədə həmçinin aşağıdakıları qeyd edib:

"Həqiqət sonrası dövrdə dezinformasiya zərərli siyasətin kommunikativ davamıdır. Bu baxımdan dezinformasiya yalnız cəmiyyəti çaşdırmaq və məlumatları təhrif etmək üçün bir kampaniya deyil. Xüsusilə yeni rəqəmsal dövrdə dezinformasiyanın məqsədi və nəticələri bu sərhədlərin xaricinə çıxmış, bir ölkəyə və cəmiyyətə zərər verə biləcək miqyasa çatmışdır. Bu səbəbdən alınacaq tədbirlər baxımından da mübarizənin tələb etdiyi qətiyyət və tutarlılıq göstərilməlidir.

Dezinformasiya - tətbiq edilməsi asan, tətbiq edildiyi zaman da müqavimət göstərilməsi çətin olan dağıdıcı bir silahdır. Yalanın mütəşəkkil və alətli forması ilə mübarizədə, yalanı üzə çıxaranlara və bu yalanı şüurlu şəkildə yayanlara qarşı qətiyyətli bir duruşla uğur qazanıla bilər. Yalan və dezinformasiyanı məsum bir səhv kimi göstərməyə çalışanlar da özlərini bu səhvdən xilas etmək məcburiyətindədir. Yalanla mübarizə aktiv sosial şəbəkə istifadəçilərinin də fərdi məsuliyyət sahəsidir. Alış-verişdə keyfiyyətsiz bir məhsulu almaq istəməyən hər vətəndaş, informasiya alışında da eyni həssaslığı göstərmək, yanlış və yalan məlumatlara qarşı aktiv bir mübarizənin bir hissəsi olmaq məcburiyətindədir.

Oxford Universiteti Reuters İnstitutunun 2018 -ci ildə nəşr olunan rəqəmsal xəbər hesabatında yer alan və 37 ölkədə aparılan araşdırmaya görə, Türkiyə 49 faizlə dezinformasiyaya ən çox məruz qalan ölkədir. ABŞ-da bu nisbət 31 faiz səviyyəsindədir.

Eyni zamanda yaradılacaq sosial normalar vasitəsi ilə dezinformasiyalar və saxta xəbər mövzusunda maariflənmə işləri görülməlidir. Bütün bu proses hökumət, özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edilərək icra edildikdə öz anlamını tapacaq.

Bu çərçivədə Kommunikasiya İdarəsi olaraq Türkiyənin milli və beynəlxalq sahədəki həqiqət mübarizəsində əhəmiyyətli rol oynayacaq, sosial mediadakı dezinformasiya və manipulyasiyalara qarşı müqavimət yaradacaq yeni nəsil dəqiqləşdirmə platforması olan "Doğrudurmu?" layihəsi üzərində işlərimizi davam etdiririk. "Doğrudurmu?" platforması ilə siyasətsizliyi siyasətə çevirən aktyor və fiqurlar tərəfindən sosial mediada yayılan xəbər və məlumatların həqiqət olub olmadığının öyrənilməsi təmin ediləcək.

Biz hüquqi addımlar atmaqla yanaşı bütün üsul və mexanizmlərdən istifadə edərək dezinformasiya və dezinformasiya yolu ilə demokratiyamızı pozmağa çalışanlara qarşı mübarizə aparmalıyıq. Ölkəmizə qarşı təsir əməliyyatlarına qarşı atacağımız addımlar demokratiyamızı qorumaq və gücləndirmək üçündür. Demokratiyamızı çevrilişlərə qarşı qorumaq üçün gördüyümüz tədbirlərdə olduğu kimi, ünsiyyət sahəsindəki manipulyasiya cəhdlərinə qarşı da lazımi addımları atırıq və atacağıq.

Prezidentimiz, "Heç bir rəqəmsal məcra hüquqdan azad deyil." açıqlaması ilə mediada manipulyasiya etmək istəyənlərə, millətimizi aldatmağa çalışan daxildəki və xaricdəkilərlə əməkdaşlıq edənlərə əsla güzəşt edilməyəcəyini vurğulamışdır.

Açıq və birmənalı şəkildə vurğulamaq istəyirəm ki, yalan siyasətini məğlub etmək üçün ən böyük silahımız həqiqət olaraq qalacaq. Dezinformasiya və yalanlar çox səs-küy salsa da və olduqca sürətlə yayılsa da biz həqiqətin gücünə, həqiqətin doğruluğuna inanırıq. İnanırıq ki, bizlər həqiqəti kifayət qədər səsli və güclü bir şəkildə ifadə edərsək, o zaman yalan və dezinformasiyaya qarşı mübarizəmiz daha təsirli olacaqdır."


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 605   Tarix: 11 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

8 noyabr
.

İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana: "Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"

"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizi

8 noyabr
.

Prezident: "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Video

"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığını xatırlada

8 noyabr
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

9 noyabr
.

Ərdoğan: "Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb"

"Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqaz tarixində yeni səhifə açıb". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib. "Türkiyə həm Azərbaycanı

8 noyabr
.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

9 noyabr
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

9 noyabr
.

Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" - Foto

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "8 Noyabr - Zəfər Günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirik! Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əzi

8 noyabr
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

8 noyabr