Lukaşenko hansı halda ömürlük prezident olacağını açıqladı
Belarus Prezidenti Aleksandr Lukaşenko ölənə qədər prezident olmayacağını söyləsə də, Qərbin təzyiqi olduğu təqdirdə canı bahasına olsa belə, ölkənin müstəqilliyini müdafiə edəcəyini vurğulayıb.
"And içirəm, ölənə qədər də prezident olmayacağam. And içirəm. Hər şey Belarusdakı vəziyyətdən asılı olacaq. Əgər siz, Qərbdəki himayədarlarınız vəziyyətimizə necə gəldi müdaxilə etməsəniz, biz də özümüzü suveren müstəqil bir dövlət olaraq, suveren və müstəqil olmağa layiq bir xalq olaraq inamlı və rahat hiss edərik.
İnanın, hər şey düşündüyünüzdən də tez bir zamanda baş verəcək. Ancaq keçənilki kimi hadisələrimizə yenidən müdaxiləyə cəsarət etsəniz, pis olacaq. Hər şey indi düşündüyünüz kimi olacaq", - deyə o CNN-ə müsahibəsində qeyd edib.
Jurnalist Lukaşenkanın 27 il prezident postunda olduğunu bildirərək, nə vaxt istefa verəcəyini soruşub:
"Qeyd etdiyiniz kimi, mən 27 ildir xalqıma xidmət edirəm. Ancaq sizin Vaşinqtondakı "regional komitədəki" yaşa hələ çatmamışam. Gəlin, Vaşinqtondakı himayədarınızın yaşını istinad kimi götürək. Niyə də olmasın?", - deyə Lukaşenko zarafat edib.
Ancaq sonra 67 yaşında olan Belarus prezidenti bu yaşa qədər qalmayacağını da qeyd edib.
"Bizə hücum etsəniz, bizi daim bombardman etsəniz, sözümüzdən, simamızdan və müstəqilliyimizdən məhrum etsəniz, mən əbədi prezident olacağam. Belarus xalqı ilə birlikdə yaratdıqlarımı canım bahasına olsa belə müdafiə edəcəyəm", - deyə Lukaşenko vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1113 Tarix: 03 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. -yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsind
1 noyabr"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi
1 noyabrAngela Merkel: "Almaniyanın növbəti prezidenti qadın olmalıdır"
Almaniyanın 2005-2021-ci illərdə hökumət başçısı olmuş sabiq kansleri Angela Merkel hesab edir ki, ölkənin növbəti prezidenti postuna qadın namizəd seçilməlidir. xəbər verir ki, "Magenta TV"yə müsahibəsində Merkel vurğulayıb:. "Almaniya Federativ Respublikasının 77 illik tarixi ərzind
31 oktyabrSankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb
Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən
1 noyabrDünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi
"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas
31 oktyabr