Amerikalı diplomatlar Moskvada oğurluq etdilər: Rusiya nota verdi - VİDEO
ABŞ-ın Rusiyadakı diplomatik missiyasının üç əməkdaşı Moskvadakı barlardan birində bel çantasını oğurlamaqda şübhəli bilinir.
Bu barədə Moskva Daxili İşlər Nazirliyi Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Vasenin məlumat yayıb.
Onun sözlərinə görə, müəssisələrin birində yerli sakindən 15 min rubl (təqribən 355 manat) dəyərində şəxsi əşyalar oğurlanıb. Polis müşahidə kamerasının görüntülərini araşdırdıqdan sonra şübhəlilərin şəxsiyyətini təyin edib.
Şübhəlilər ABŞ səfirliyində xidmət edən Dəniz Piyadaları korpusunun hərbçiləri ola bilər. Onların sərxoş olduğu güman edilir.
Rusiya Xarici İşlər Nazirliyi artıq ABŞ-a şübhəli şəxslərdən diplomatik toxunulmazlığının qaldırılmasını tələb edən nota göndərib.
Tələb yerinə yetirilərsə, hüquq-mühafizə orqanlarının əməkdaşları lazımi istintaq hərəkətlərini həyata keçirə və həmin şəxsləri (əgər onların cinayətdə iştirakı sübuta yetirilərsə) cinayət məsuliyyətinə cəlb edə biləcək. Təqsirkarları beş ilə qədər həbs cəzası gözləyir.
"Toxunulmazlığın ləğvi ilə bağlı tələbdən imtina edildikdə, bu şəxslər dərhal Rusiya ərazisini tərk etməlidirlər", - deyə qurumdan bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3506 Tarix: 09 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Malayziyada timsah 14 yaşlı məktəblini parçaladı
Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun
1 noyabrFransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi
Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri
1 noyabrABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm
1 noyabrQazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. -yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsind
1 noyabrNATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir. xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb. "Hesa
1 noyabr