Türkiyədə uşaq evində saxlanılan 4 azərbaycanlıdan xəbər var
Türkiyə Respublikasının Hatay vilayətinin İskəndərun uşaq evində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 4 nəfər uşağın vətənə repatriasiyası həyata keçirilib.
Bu barədə Sonxeber.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli tədbirlər nəticəsində baş tutub.
Belə ki, ilk öncə vətənə repatriasiyası nəzərdə tutulan uşaqların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Daha sonra İraq və Suriya Ərəb Respublikalarından AR vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam ediliblər.
Türkiyə Respublikasına ezam edilmiş nümayəndə heyəti tərəfindən uşaqların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib. Bundan sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız "Azərbaycan Respublikasına qayıdış şəhadətnamə"ləri və uçuş biletləri ilə təmin ediliblər.
2021-ci ilin 9 oktyabr tarixində Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası təmin edilib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.
Azərbaycan Respublikasının Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
31 yaşlı diş həkimi vəfat etdi - FOTO