Kosmosdakı çəkilişlər zamanı nələr oldu?
İlk dəfə kosmosda lentə alınan "Вызов" (Çağırış) filminin aktrisası Yuliya Peresild və rejissoru Klim Şipenko təəssüratlarını bölüşüb.
Axşam.az xəbər verir ki, 12 gün davam edən çəkilişlərin ardından 40 saatdan çox material əldə edilib.
Yuliya stansiyaya çatdıqları anda yatmaq istədiyini, lakin astronavtların tövsiyələrinə riayət etməyə çalışsa da, özü ilə bacarmadığını etiraf edib. O, kosmosda bir saatın Yerdəki iki saata bərabər olduğu nəzəriyyəsinin əslində bir mif olmadığını qeyd edib. Aktrisanın sözlərinə görə, o, sonrakı günlərdə cəmi dörd saat yaxşı yatıb.
Yuliya çəkisizlik şəraitində şəxsi və film üçün lazım olan əşyaların əlində tutmaq və ya iki tərəfli yapışqan lentə yapışdırmaq vərdişindən hələ də qurtula bilmədiyi deyib:
"Hələ də hər şeyi əlimdə saxlamağa çalışıram. Bir şeyi əlimdən buraxdığım anda uçub gedəcəyi hissi məni tərk etmir. Kabinəmdə tam təchizatlı tibbi cihaz vardı. Hər şey yapışdırılmışdı: dodaq boyası, tibbi ləvazimatlar (red. - Yuliya filmdə həkim obrazını canlandırır). O qədər kiçikdirlər ki, tez də uçurlar".
Yuliya və Klim 12 günün onlara kifayət etmədiyini, bu səbəbdən kosmosda zövq almağa, pəncərədən kainata baxmağa vaxtları olmadığını açıqlayıblar. Onlar yeməklərin konservləşdirilmiş olması səbəbindən dadlarını təzə qidalarla müqayisə edə bilməyəcəklərini vurğulayıblar.
Aktrisa uçuşdan sonra əlində olan imkanların dəyərini daha yaxşı anladığını vurğulayıb:
"Bu gün başımıza gələn hər şeyi anlamağa başladığım ilk gündür: yaxşı-pis, payız, günəş... Və dərindən nəfəs almaq. Ayaqlarım yerdə dayanıram. Sadə şeyləri edərkən heç vaxt bu qədər sevincli olmamışdım".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1831 Tarix: 20 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm
1 noyabrBu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
İspaniyanın Barselona şəhərində təhlükəli xəstəliklər yayan ağcaqanadların sayını azaltmaq məqsədilə 1,5 milyondan çox bakteriya daşıyan erkək ağcaqanad təbiətə buraxılıb. xarici mediaya istinadən xəbər verir ki, bu, Avropada həmin üsulla həyata keçirilən ilk genişmiqyaslı sınaqdır. Proqramın əsas hədəf
1 noyabrFransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi
Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri
1 noyabrRubio ərzaq ticarətindən siyasi təzyiq üçün istifadə etməməyə çağırıb
ABŞ Dövlət katibi Marko Rubio ərzaq və kənd təsərrüfatı məhsulları ticarətindən digər dövlətlərə qarşı iqtisadi və ya siyasi təzyiq aləti kimi istifadə edilməsinin yolverilməz olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ diplomatiyası rəhbərinin Atlantada G20 ölkələrinin xaric
1 noyabrTramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
1 noyabrAlmaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
1 noyabr