"Məktəblərin açılması hələ tez idi, distant təhsil olmalıdır" - İmmnoloq alim

"Məktəblərin açılması hələ tez idi, distant təhsil olmalıdır" - İmmnoloq alimDistant" təhsil vacibdir. Yaxın 3-4 ayda əksər məktəblərdə müvəqqəti karantinə keçmək qaçılmaz olacaq. Amma infeksiyanın yayılması sürətlənəcək. İndi insanları intensiv şəkildə peyvənd etmək və təkrar peyvəndləmə vacibdir

Medicina.az xəbər verir ki, bunu KEQ müqavilə-tədqiqat şirkətinin baş direktoru, rusiyalı ictimai səhiyyə eksperti, immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov koronavirusla bağlı vəziyyəti Oxu.Az-a şərh edib.
"Və bir daha təkrar edirəm: nə qədər çox insan peyvənd olunursa, virusun adaptasiyası, təkamülü və peyvəndlərə daha davamlı variantın ortaya çıxması baxımından bir o qədər kritik dövr gəlir".

İmmunoluq qeyd edib ki, yoluxuculuq baxımından virusun daha irəli gedəcək yeri yoxdur:

"İndi "Delta" ştammının AY.4.2 variantı əsas reproduktiv say R 0 baxımından təxminən 9 səviyyəsindədir. Amma maksimum 10-11 ola bilər, mənə elə gəlir ki, daha irəli getmək üçün heç bir yer yoxdur. Müvafiq olaraq, o, patogenliyin azalması (bu dərhal baş verməyəcək) və təbii və kollektiv immunitetə adaptasiya istiqamətində inkişaf edəcək. Və virus hətta peyvənd olunanlar arasında da yenidən epidemiyalara səbəb olacaq. Ancaq peyvənd kampaniyası zamanı ona "gəzişməyə" icazə verilməsə, ən təsirli variantları "buraxmağa" vaxtı olmayacaq".

Mütəxəssis həmçinin vurğulayır ki, insanların məhdudiyyətlərdən yorulması, iqtisadiyyatın zərər çəkməsi də aydındır. Bununla belə, qapalı yerlərdə və ictimai nəqliyyatda maska ​​taxmağa, epidemiyaya qarşı tədbirlərə ehtiyac var.

"Təbii ki, nəqliyyatda "pik saatları" aradan qaldırmaq, ofis işçilərinin ən azı 50-60 %-ni distant işə keçirmək lazımdır və bu da "pik saatlar"ın aradan qaldırılmasına kömək edəcək. İzləmə ilə məşğul olmaq, geniş formada PCR testi və antigenlərin sürətli testini aparmaq lazımdır. Karantin tədbirləri zamanı biznesə və insanlara iqtisadi dəstək, kommunal xidmətlər üçün və s. güzəştlər lazımdır. Mən demirəm ki, Çin modelinə əməl edək, baxmayaraq ki, bu ideal seçimdir, amma istənilən halda, bütün bu elementlər olmalıdır".

"Və revaksinasiya haqqında bir daha deyəcəyəm. O, peyvəndin uğurla aparıldığı və həyata keçirildiyi ölkələr üçün çox vacibdir, bu, Azərbaycana da aiddir. İmmunitet əbədi deyil, peyvəndin yeni dozasını qəbul etmək lazımdır. Ancaq tez-tez bunu etsəniz, adenavirus peyvəndlərinin effektivliyi (bizdə onların üzərində araşdırmalar var) tədricən azalacaq. Üçüncü, dördüncü, beşinci dəfə peyvənd vurdurmağın daha yaxşı yolunu bilmirik. Hələ ki, bu sual heç bir yerdə qaldırılmayıb, indi birinci, maksimum ikinci revaksinasiyadan söhbət gedir.

Amma infeksiya gec-tez mövsümi formaya çevriləcək. Bütün məsələ bundan ibarətdir ki, bu dövr hansı hesabla başa çatacaq, biz virusa növbəti mərhələyə keçmək imkanı verəcəyik, o, peyvənddən sonrakı immunitetə ​​adaptasiya ola biləcəkmi? Azərbaycanda əhalinin 75-80 %-ni uğurla immunizasiya etmək üçün hər cür şans var. Daha yaxşı olardı ki, birinci peyvənd məsələsi bu mövsüm, gələn yaza qədər bağlansın. Və sonra artıq revaksinasiya ilə sıx məşğul olmaq olar"
"Məktəblərin açılması hələ tez idi, distant təhsil olmalıdır" - İmmnoloq alim


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2759   Tarix: 05 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video

ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd

1 noyabr
.

Trampın "Nobel" arzusu xanımına nəsib ola bilər

ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər. Böyük Britaniyanın "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir. Məlumat

31 oktyabr
.

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq: "Yaxşı və pis ruhlar mövcuddur"

ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib. xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb

1 noyabr
.

Lavrov: Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq

Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısının ilk gününün yekunlarına dair Atlantada keçirilən mətbuat konfransında bildirib

1 noyabr
.

NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir. xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb. "Hesa

1 noyabr
.

Əl-Budeyvi: Ərəb ölkələri İranla dialoqa hazırdır, lakin qarşılıqlı addımlar gözləyir

Fars körfəzi hövzəsindəki ərəb dövlətləri İranla danışıqlara açıqdır, lakin Tehranın da qarşılıqlı addımlar atacağını gözləyirlər. "Report" "Iran International"a istinadən xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyv

31 oktyabr
.

Suriya Məkkə müdafiə alyansına qoşula bilər

Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"

31 oktyabr
.

İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma

"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat

1 noyabr
.

Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb

Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın

1 noyabr