Hamiləliyindən xəbərsiz 2 uşaq anası: "Doğduğumu bilincə şoka düşdüm..."
Tətilə çıxan isveçli qadın hamilə olmasından xəbəri olmayıb və gözləmədiyi halda uşaq dünyaya gətirib.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, qeyri-adi hadisə 2018-ci ildə Mayorkada baş verib.
44 yaşlı Anneli Rizberq 46 yaşlı sevgilisi Mets Qustavssonla istirahət üçün Mayorkanı seçirlər.
Tətilin ikinci günündə Rizberq hovuzda çimdikdən sonra kokteyl üçün bara gedir. Birdən o, səhhətində qəribə bir şey hiss edir. Paltarını dəyişmək üçün otağına qalxır. Liftdə olarkən mədəsində şiddətli ağrılar başlayır.
Rizberq yatağa uzanır və ağrının keçəcəyini düşünür.
Bu vaxtı Metsin başı içkiyə qarışmışdı. Sevgilisinin qayıtmadığını görüncə otağa qalxır və hər şey bundan sonra başlayır...
Əvvəlcə gözlərinə inanmır - Rizberq doğuş ərəfəsində idi. Kişi kömək çağırmaq üçün aşağı enir. Otel işçiləri də çaşqınlıq içərisində idi. Nəhayət təcili yardım çağırılır.
Rizberq xəstəxanaya aparılarkən yolda – təcili yardım maşınında doğuş keçirir.
Həkimlər ananı və uşağı müayinə edirlər. Səhhətlərində heç bir problem olmur.
"Gözlənilməz qonaq" – Uilyam artıq 4 yaşına keçib.
Rizberqin 2 oğlu var, deyir ki, hamilə qalmağın nə olduğunu çox yaxşı bilir, lakin bu hadisə ona hələ də təəccüblü gəlir.
Özünün də vurğuladığı kimi, onda heç bir hamiləlik əlaməti olmayıb, hətta qarnının böyüdüyünü belə hiss etməyib: "Doğrusu, doğduğumu bilincə şoka düşdüm. Ən çətini isə qohumlarımı bunun zarafat olmadığına inandırmaq idi".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1658 Tarix: 09 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
1 noyabrTrampın "Nobel" arzusu xanımına nəsib ola bilər
ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər. Böyük Britaniyanın "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir. Məlumat
31 oktyabrLavrov: Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq
Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısının ilk gününün yekunlarına dair Atlantada keçirilən mətbuat konfransında bildirib
1 noyabrNATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir. xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb. "Hesa
1 noyabrSuriya Məkkə müdafiə alyansına qoşula bilər
Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"
31 oktyabrAlmaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
1 noyabr