Serjik Sarkisyan həbs olunacaq?
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan təqsirləndirilən şəxs qismində dindirilməyə çağırılıb.
Sonxeber.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə erməni vəkil Amram Makinyan özünün "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, üç il yarım ifadələr toplandıqdan sonra bu gün Serj Sarkisyanın rüşvət aldığına dair qərar verilib.
Vəkil əlavə edib ki, bu hüquqi biabırçılığın qalan təfərrüatları sonra təqdim olunacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın öz adını dəyişdirdiyini bildirib:
"Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun "metirka"sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya "Serj", necə deyərlər, məqbul bir addır".
Azərbaycan dövlət başçısının sözügedən açıqlamasından sonra Sarkisyanın əsl adı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Daha sonra sosial şəbəkələrin həm Azərbaycan, həm də Ermənistan seqmentində eks-Prezidentin komsomol biletinin fotosu yayılıb.
Sənəddən də onun adının Serjik olduğunu görmək mümkündür.
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3044 Tarix: 22 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
OpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib
IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. İnvestorlar şirkətin bazar dəyərin
1 noyabrDünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi
"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas
31 oktyabrAnkarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü
Türkiyənin paytaxtı Ankarada ata öz qızını və onunla birgə yaşayan şəxsi odlu silahdan atəş açaraq öldürüb. "Cumhuriyet"ə istinadən xəbər verir ki, dəhşətli hadisə axşam saatlarında Mamak rayonu, Bahçeleriçi məhəlləsi, Mamak küçəsində qeydə alınıb. İlkin məlumatlara əsasən, B.K. adlı şəxs 1
1 noyabrNigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri
1 noyabr