Dünyanın ilk kriptovalyuta şəhəri tikilir - FOTO - VİDEO
Salvador hökuməti ölkədə bitkoinə həsr olunmuş şəhər tikməyi planlaşdırır.
Layihə "Bitcoin City" adlandırılıb. Bunu ölkə prezidenti Nayib Bukele "Bitcoin Week" konfransında deyib.
Onun sözlərinə görə, şəhər dairəvi formada olacaq və onun mərkəzində nəhəng "B" simvolu şəklində sərgi kompleksi yaradılacaq. "Bitcoin City" sakinləri ƏDV istisna olmaqla, bütün vergilərdən (gəlir, əmlak, kapital artımı və s.) azad olacaqlar. Həmçinin, yeni şəhər yalnız bərpa olunan geotermal enerji mənbələrindən istifadə edəcək.
"Bitcoin City"nin tikintisini maliyyələşdirmək üçün Salvador hökuməti 1 milyard dollar dəyərində tokenləşdirilmiş 10 illik istiqrazlar buraxacaq. Bu layihədə ölkənin tərəfdaşları "Bitfinex" və "Blockstream" şirkətləridir.
Salvador - dünyada bitkoinin qanuni ödəniş vasitəsi statusuna malik olduğu ilk ölkədir (ABŞ dolları ilə bərabər). Sentyabrın 7-də ölkədə müvafiq qanun qüvvəyə minib. Həmin gün səlahiyyətlilər ilk 550 bitkoini alıblar. Sentyabrın 20-də (150 BTC) və oktyabrın 28-də (420 BTC) Salvador hökuməti tərəfindən bitkoinlərin əlavə alışları həyata keçirilib.\oxu.az



Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1243 Tarix: 23 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
OpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib
IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. İnvestorlar şirkətin bazar dəyərin
1 noyabrDünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi
"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas
31 oktyabrAnkarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü
Türkiyənin paytaxtı Ankarada ata öz qızını və onunla birgə yaşayan şəxsi odlu silahdan atəş açaraq öldürüb. "Cumhuriyet"ə istinadən xəbər verir ki, dəhşətli hadisə axşam saatlarında Mamak rayonu, Bahçeleriçi məhəlləsi, Mamak küçəsində qeydə alınıb. İlkin məlumatlara əsasən, B.K. adlı şəxs 1
1 noyabrNigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri
1 noyabr