ABŞ-dan ordu ilə bağlı SƏRT QƏRAR
ABŞ hökuməti hərbçilərin koronavirusa qarşı peyvənd olunmasını tələb edir. Əks təqdirdə həmin əsgərlər ordudan qovulacaq.
Sonxeber.az-ın "Haber Global"a istinadən məlumatına görə, Dəniz və Hərbi Hava Qüvvələrində vəziyyət normal olsa da, piyada bölmələrinin halı narahatlıq doğurur.
Bu səbəbdən dövlət vaksin barədə sərt qərar qəbul etməyə məcbur olub. Peyvənd olunmayan əsgərlərə isə iki seçim verilir: ya ordudan özləri ayrılmalıdırlar, ya da qovulacaqlar.
ABŞ əsgərlərə vaksin olunmaq üçün 28 noyabr 2021-ci ilə qədər vaxt verib. Bu əsgərlərin əksəriyyəti hansı səbəbdən peyvənd olunmadıqları barədə rəhbərlərinə məlumat verməyiblər. Ölkə prezidenti Bayden bildirib ki, ictimai vəzifələrini davam etdirmək istəyən kadrlar dərhal peyvənd olunmalıdırlar.
ABŞ qanunlarına görə, işəgötürənlər adətən işçilərindən peyvənd tələb edə bilərlər. Amma onu da qeyd edək ki, bunun əksini göstərən bir neçə qətnamə də var.
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1772 Tarix: 23 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
OpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib
IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. İnvestorlar şirkətin bazar dəyərin
1 noyabrDünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi
"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas
31 oktyabrAnkarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü
Türkiyənin paytaxtı Ankarada ata öz qızını və onunla birgə yaşayan şəxsi odlu silahdan atəş açaraq öldürüb. "Cumhuriyet"ə istinadən xəbər verir ki, dəhşətli hadisə axşam saatlarında Mamak rayonu, Bahçeleriçi məhəlləsi, Mamak küçəsində qeydə alınıb. İlkin məlumatlara əsasən, B.K. adlı şəxs 1
1 noyabrNigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri
1 noyabr