Mixail Saakaşvili: "Nə Gürcüstanın ədliyyə sistemini, nə də ittihamları qəbul etmirəm"
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili məhkəmə zalında çıxışı zamanı nə Gürcüstanın ədliyyə sistemini, nə də ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini deyib.
M.Saakaşvili həbs olunduqdan sonra ilk dəfədir ki, məhkəmədə iştirak edir. Proses şəhər məhkəməsi binası yaxınlığında səs-küylü etiraz aksiyası fonunda baş verir. Prosesdə media nümayəndələrindən yalnız Gürcüstanın Birinci Kanalının jurnalistləri və operatorları iştirak edir. Televiziya şirkəti vaxtaşırı məhkəmədən xəbərlər verir.
Hakimlər M.Saakaşvilinin səhhətinin vəziyyətini nəzərə alaraq, ona su içməyə icazə veriblər. Siyasətçi cavab verdi ki, onlara təşəkkür edir və yaxşılığı qiymətləndirir.
Məhkəmə başlamazdan əvvəl müdafiə tərəfinin zalda Gürcüstanın himninin səsləndirilməsi hakimlərin narazılığına səbəb olub.
"Himnə qadağa? Mənim yaratdığım Gürcüstanın himni altında mən mübahisə etmək istəmirəm", - deyə M.Saakaşvili bildirib.
Vəkillər vəsatət qaldırıblar ki, iclas telekanallar vasitəsilə canlı yayımlansın.
Eyni zamanda onlar prosesi "Facebook"da canlı yayımlayıblar, ancaq hakim onlardan yayımı dayandırmağı xahiş edib.
M.Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, həmin vaxtdan o, aclıq aksiyasına başlayıb. Bundan əvvəl Gürcüstanda o, bankir Sandro Qirqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işləri ilə bağlı qiyabi mühakimə olunub. Birinci halda M.Saakaşvili üç il, ikincidə isə altı il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, eks-prezident 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, "İmedi" telekanalının talan edilməsi və dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsində ittiham olunur. Bu işlər üzrə məhkəmələr hələ davam edir.
Gürcüstan hakimiyyəti M.Saakaşvilini azad etməkdən imtina edir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1715 Tarix: 29 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
Rusiyalı jurnalist Kseniya Sobçak və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişinə qadağa qoyulub. Axşam.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje açıqlayıb. Nazirin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 44 yaşlı Sobçak və 51 yaşlı Boqomolo
1 noyabrİranda məcburi geyim tələbi insanları işsiz qoyur - Video
"İranda Azərbaycanın orta təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə bağlı müxtəlif bəyanatlar verildiyi, aksiyalar keçirildiyi, hətta rəsmi medianın iddiasına görə, Məşhəd şəhərində 11 kilometr uzunluğunda yürüş təşkil edildiyi günlərdə ölkənin özündə bu kontekstdə ciddi problemlə
1 noyabrCOP18-ə ev sahibliyi edəcək ölkə bilindi
Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni
31 oktyabrMalayziyada timsah 14 yaşlı məktəblini parçaladı
Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun
1 noyabrABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm
1 noyabrSuriya Məkkə müdafiə alyansına qoşula bilər
Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"
31 oktyabrFolker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb
1 noyabr