Əfqanıstan qadınlara görə 1 milyard dollar itirəcək
Talibanın qadınlar üçün iş imkanlarını məhdudlaşdırmaq qərarına görə Əfqanıstan iqtisadiyyatı böyük pul itkiləri ilə üzləşəcək və 1 milyard dollar (ÜDM-in təxminən 5%-i) itirəcək.
Bizim Media xəbər verir ki, bu proqnoz Bloomberg tərəfindən dərc edilən BMT-nin hesabatında yer alıb.
"Mən bunu çox açıq şəkildə bildirmək istəyirəm: qadınların iştirakı olmadan Əfqanıstan iqtisadiyyatının tam bərpası ola bilməz", - deyə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) rəhbəri Abdulla əd-Dərdari bildirib.
Onun sözlərinə görə, ilkin nəticələr göstərir ki, Əfqanıstanda təhsilli qadınların əmək məhsuldarlığına verdiyi töhfə eyni təhsil səviyyəsinə malik kişilərdən daha yüksəkdir. Eyni zamanda, ölkədəki işçi qüvvəsinin təxminən 20%-ni qadınlar təşkil edir.
BMT vurğulayır ki, yaxın illərdə Əfqanıstanın ÜDM-i 30%-ə qədər azala bilər. Hazırda ölkə iqtisadiyyatı sürətlə artan inflyasiya və nağd pul qıtlığı dövrünü yaşayır.
Qeyd edək ki, sentyabr ayında əfqan qadınları dövlət idarələrində, banklarda, mediada, eləcə də əksər şirkətlərdə kişilərlə işləmək imkanından məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2263 Tarix: 01 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. -yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsind
1 noyabrİran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
1 noyabrSobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
Rusiyalı jurnalist Kseniya Sobçak və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişinə qadağa qoyulub. Axşam.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje açıqlayıb. Nazirin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 44 yaşlı Sobçak və 51 yaşlı Boqomolo
1 noyabrİraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib
İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd
1 noyabrİran yeni silahlar sınaqdan keçirib
İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen
1 noyabr