"Tiktoker" qızı öldürən dayı: "Əliylə göstərdi ki..." - BİR QƏTLİN İZİYLƏ

"Tiktoker" qızı öldürən dayı: "Əliylə göstərdi ki..." - BİR QƏTLİN İZİYLƏGöyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xatırladaq ki, öldürülən 18 yaşlı Məmmədova Fatimə Murtuz qızı sosial şəbəkələrdə məşhur olub. Belə ki, F. Məmmədova "tik-tok"da çəkdiyi açıq-saçıq videolardan bir çoxları tərəfindən tanınıb.V. Bədəlov isə bacısı qızını namus üstündə öldürdüyünü deyib.

Sonxeber.az bildirir ki, lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, bu ilin may ayında Göyçay rayonu, Bığır kəndində 18 yaşlı Məmmədova Fatimə Murtuz qızını dayısı, Bığır kənd sakini, 32 yaşlı Bədəlov Vüqar Məhəmməd oğlu boğaraq qətlə yetirib.

İttiham üzrə ifadə verən V. Bədəlov bacısı qızını əxlaqsız həyat tərzi keçirdiyi üçün onu öldürdüyünü deyib.

"Bacım qonşumuz Murtuzla evləndi. Onların birgə nikahdan Fatma və İbrahim adlı övladları oldu. Fatma 2019-cu ildə Göyçayda Qızılağac kənd sakini ilə nişanlandı. Amma o, nişanlı ola-ola başqasına qaçdı. Bundan iki gün sonra xəbərimiz oldu. Anasına zəng edib Tərtərdə Mahir adlı şəxslə qaçdığını, onunla evlənəcəyini dedi. Fatma Tərtər rayonunda 4 ay qalıb. Sonra oradan da qaçdı. Bir müddət Fatmadan məlumat ala bilmədik. Həmin vaxt Fatmanın əri polisə müraciət etdi. Polis onu taparaq evinə geri qaytardı. Sonradan, Fatmanın əri ilə dalaşıb qaçdığını öyrəndik. Atası Murtuz Tərtər rayonuna gedib, Fatmanı geri, Bığıra qaytardı. Təxminən, 3-4 ay kənddə qaldıqdan sonra, bacımgil Bakı şəhərinə köçdülər".

V. Bədəlov deyib ki, bu ilin aprel ayının ortalarında isə bacısı Gülnarə oğlu İbrahim ilə kəndə qayıtdı:

"Hadisədən 3 gün əvvəl isə Fatma Bakı şəhərindən Göyçay rayonuna gəldi və anasıgillə bizim evdə qaldılar. Fatma bizdə qalan zaman həmişə kimlərləsə telefonla danışır, mesajlaşırdı. Bütün bunlar da mənə pis təsir etmişdi. Bir dəfə Fatma ilə birlikdə "Kapital Bank"dan kart götürmək üçün ora getdik. Həmin vaxt, o, açıq paltar geyindi, buna görə də, Fatmaya öz etirazımı bildirdim. Bundan sonra başqa paltar geyindi və biz banka getdik. Fatma bankdan kart götürüb mənimlə birlikdə geri qayıtdı. Axşam saatlarında bacım ilə birlikdə həyətyanı sahələrində olan istixananı suvararkən, artıq Fatmanın hərəkətlərindən bezdiyim üçün, bacıma onu öldürəcəyini dedim. Bacım məni fikrimdən yayındırmağa çalışdı. Həmin vaxt bir az sakitləşdim.

Axşamüstü Fatma parka getmək istədiyini bildirdi. Həmin vaxt həyat yoldaşım da onunla birgə getdi. Hətta qonşumuz Seymur öz maşını ilə onları aparıb sonra geri gətirdi. Fatmagil parkdan təxminən 24 radələrində qayıtdı. Biz ailəliklə Fatmaya məsləhət verməyə başladıq. Belə ki, bu yoldan çəkinməsini, ata-anasının sözünə baxmasını bildirdik. Fatma isə "özüm bilərəm, sizlik deyil, siz öz işinizlə məşğul olun" dedi. Fatmanın heç kimi saymamasından əsəbiləşdim. Bu zaman Fatma parkdan qayıdarkən aldığı dondurmanı yeməyə başladı. Həmin vaxt Fatmaya dondurma verməsini xahiş etdim, o isə "əli ilə cinsi orqanını göstərərək, dondurma yerinə bunu ye" dedi. Bu sözü mənə çox pis təsir elədi. Çünki mən onun dayısı idim.

Bundan sonra, Fatma hamam otağına keçib yuyundu və paltarsız, hamam xalatı ilə çölə çıxıb, zalda gəzməyə başladır. Həmin vaxt Fatmaya üzərinə paltar geyinməsini dedim. Bu zaman, Fatma yaxasını açıb oğlum Mərhəmətə göstərdi. Fatmanın bu hərəkətlərindən əsəbiləşsəm də, lakin yenə də səbrli olmağa çalışdım".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün gecə Fatmanın telefonla danışıq səsinə oyanıb:

"Saata baxdıqda gecə saat 3-ə işlədiyini gördüm. Həmin vaxt Fatma ucadan kiməsə "sabah gəlib onu götürməyini və harasa getmələrini" deyirdi. Fatmanın heç kimi saymadan telefonla o şəkildə danışmasına görə, çox əsəbiləşdim. Otaqdan çıxdıqda, atamın və bacımın da oyaq olduğunu gördüm. Həmin vaxt bacım da otağa girib-çıxdı və Fatmaya telefonu söndürməsini dedi. Fatma isə bacıma cavab qaytardı. Bu zaman otağa girib, Fatmaya sakit durmasını dedim. O isə mənə "söyüşlə" cavab verdi. Fatmanı öldürmək qərarına gəldim. Bundan sonra, yata bilmədim. Səhər saat 6 radələrində öz otağımdan çıxıb, Fatma yatan otağa girdim. Otağa girdikdə Fatma yatırdı, lakin işıq yanılı idi. Fatmanın üstünə saldığı adyalı onun üzərinə çəkdim və yastığı sifətinə basdım. Həmin vaxt, Fatma oyandı və müqavimət göstərməyə başladı. Bu zaman dırnağı ilə qoluma və sinəmə cırmaq atdı. Amma Fatmanın üzərində oturdum, sonacan güc elədim. Yastığı ağız və burun nahiyəsinə sıxıb, onu öldürdüm. Fatmanı öldürən zaman bacım otağa gəldi. Həmin vaxt bacım ağlamağa və yalvarmağa başladı. Fatmanı öldürməməyim üçün ayağından tutub çəkdi. Amma artıq Fatmanı ölmüşdü. Onu öldürəndən sonra otaqdan çıxdım. Evdəkilər yuxudan oyandı. Hamısına Fatmanı öldürdüyümü dedim".

V. Bədəlov əlavə edib ki, bundan sonra, meyiti oradan götürüb, baş tərəfdəki qaz sobasının olduğu otağa gətirdim. Otaqda baş tərəfdə olan iki nəfərlik çarpayıya uzatdım. İlk əvvəl evdəkilərə Fatmanın dəm qazından boğulduğunu demələrini bildirdim. Bundan sonra, həyat yoldaşım təcilə yardıma zəng elədi. Həmin vaxt baş vermiş hadisəyə görə, bacım da huşunu itirmişdi. Təcili yardım gələnədək fikirləşdim ki, gecə qaz sobasının sönüb, qazın açıq qalması səbəbindən, Fatmanın ölməsini və bacımın da halının pis olduğunu bildirim. Həkimlərə də belə dedim. Bacımı xəstəxanaya apardılar. Bir qədər sonra isə, hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldilər. Bu zaman, həqiqətin sonradan üzə çıxacağını fikirləşdiyimi üçün, törətdiyim əməli etiraf etdim. Fatmanı yatan zaman yastıqla boğaraq öldürdüyünü bildirdim".

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Bədəlov 14 il 6 ay azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2043   Tarix: 17 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyanın ən bahalı şəhəri seçildi

Qlobal daşınmaz əmlak bazarında qiymətlər rekord həddə çatmağa davam edir. "Qafqazinfo" xəbər verir ki, yeni hesabatlara görə, dünyanın ən bahalı şəhəri kimi Monako yenidən ön sıralarda yer alıb. Burada daşınmaz əmlak o qədər bahalaşıb ki, böyük məbləğlərə belə yalnız çox kiçik sahələr alma

30 aprel
.

Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının "Washington Hilton" hotelindəki qəbulunda baş verən atışma hadisəsinin Amerikanın İrana qarşı hərbi əməliyyatı ilə əlaqəli olduğuna şübhə ilə yanaşdığını bildirib. "Report"un məlumatına görə, o, bu barədə hadisədən sonr

26 aprel
.

Kral III Çarlz Trampa rəmzi hədiyyə verdi: "Bizimlə əlaqə saxlamaq istəsəniz, zəngi çalın"

Böyük Britaniya kralı II Çarlz ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə Vaşinqtonda təşkil olunan rəsmi dövlət ziyafətində ABŞ prezidenti Donald Tramp üçün maraqlı və simvolik hədiyyə təqdim edib. xarici mediaya istinadən xəbər verir ki, Kral Çarlz Trampa tarixi dənizaltı zəngi bağışlayıb. O, hədiyyən

29 aprel
.

Donald Trampın bu rəftarı geniş müzakirələrə səbəb oldu - VİDEO

ABŞ Prezidenti Donald Trampın rəsmi mərasim zamanı Böyük Britaniya Kraliçası Kamillanın önünə keçməsi beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. xəbər verir ki, yayılan görüntülər protokol qaydaları ilə bağlı mübahisələri yenidən gündəmə gətirib. Bəzi ekspertlər bu addımı "qeyri-adi davranış"

29 aprel
.

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Rusiya cari həftə ərzində Ukraynaya qarşı 1 600-ə yaxın zərbə pilotsuz uçuş aparatı, 1 100-ə qədər idarəolunan aviabomba və üç raketdən istifadə edib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında yazıb. O qeyd edib ki, zərbələr xüsusilə Nikolaye

2 may
.

300-dən çox uşaq şprisin qurbanı oldu - qalmaqalın təfərrüatları

Pakistanın Pəncab əyalətində tibbi faciə baş verib. 2024-cü ilin noyabrından 2025-ci ilin oktyabrına qədər azı 331 uşaqda HİV infeksiyası aşkar edilib. Ölümcül virusun yayılma mərkəzi isə Taunsa şəhərində yerləşən dövlət xəstəxanası olub. xarici istinadla xəbər verir ki, jurnalistlərin gizli çəkilişlər

26 aprel
.

Tramp atışma zamanı həyat yoldaşının dediyi sözləri açıqlayıb

ABŞ Prezidenti Donald Tramp "Washington Hilton" hotelində Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı baş verən atışma anında birinci xanım Melaniya Trampın necə reaksiya verdiyini açıqlayıb. bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir. D.Trampın sözlərinə görə, zald

26 aprel
.

Dil intellekti üzə çıxarır: Aşağı IQ-a malik insanların tez-tez işlətdiyi 7 ifadə

İnsanların danışıq tərzi düşündüyümüzdən daha çox məlumat verə bilər. Ekspertlər daha aşağı IQ göstəricisinə malik insanları tanımağa kömək edə biləcək müəyyən ifadələri qeyd edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə ofeminin.pl yazır. Professor, psixoloq Ketrin Kinzlerin sözlərinə görə, bizim dilimi

28 aprel
.

Hakan Fidan amerikalı vasitəçilərlə İran üzrə danışıqları müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ rəsmiləri, eləcə də iranlı və pakistanlı həmkarları ilə telefon vasitəsilə İran və ABŞ arasındakı danışıqlar prosesini müzakirə edib. bildirir ki, TASS-ın Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən verdiyi xəbərə görə, müzakirələr son iki gü

26 aprel