Odessada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Odessada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilibUkraynanın Odessa vilayətində yaşayan azərbaycanlılarla görüş keçirilib, yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib.

Diaspora ilə iş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, icma ilə görüşdə Ukraynada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları, Odessa vilayətin müxtəlif şəhərlərində yaşayan 60-dan çox soydaşımız, eləcə də Ukrayna Azərbaycanlıları Radasının (RAU) həmsədri Hikmət Cavadov, baş katibi Ceyhun Məmmədov və digər təmsilçiləri iştirak edib. Azərbaycan və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsindən sonra Qarabağın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli çıxış edərək, Vətən müharibəsində, eləcə də Zəfərimizin ilk ildönümündə Azərbaycan diasporunun, Koordinasiya şuraları və Azərbaycan evlərinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Dövlət Komitəsinin koordinasiyası və xaricdəki icmalarımızın təşkilatçılığı ilə 44 gün ərzində onlarla ölkədə 200-ə yaxın tədbir keçirilib, bunun da 100-ü mitinq, aksiya olub. 500-dən çox məqalə xarici kütləvi informasiya vasitələrində dərc edilib. Dövlət Komitəsinin dəstəyi ilə onlarla tanınmış xarici media nümayəndəsinin Qarabağa, xaricdəki soydaşlarımızın Şuşaya səfərlərinin təşkil olunduğunu diqqətə çatdıran Aparat rəhbəri çıxışının sonunda soydaşlarımızı qarşıdan gələn Həmrəylik Günü münasibətilə təbrik edərək, diasporumuza uğurlar arzulayıb.

"Birlik" Odessa Azərbaycanlılarının Diasporu İctimai Təşkilatının rəhbəri Rövşən Quliyev böyük qələbəni bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə icma adından təşəkkür edərək, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyib. Xaricdəki soydaşların Zəfərimizi böyük qürur hissi ilə qeyd etdiyini deyən təşkilat rəhbəri diasporumuzun inkişafı naminə birliyimizi daha da möhkəmləndirməyə və əlindən gələni etməyə hazır olduqlarını vurğulayıb.

Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirən Dövlət Komitəsinin I Ərazi şöbəsinin müdiri Ruslan Quliyev qeyd edib ki, Ukrayna Ali Radası üzvlərinin Azərbaycana çoxsaylı səfərlərini təşkil edən diaspor təşkilatları Qarabağ həqiqətlərinin təbliğində böyük rol oynadı, Odessadakı cəmiyyətlər isə Ukrayna Azərbaycanlıları Radası yaradıldıqdan sonra bu proseslərə öz töhfəsini verərək "Birlik" təşkilatını və Odessa Azərbaycan Evini yaratdı. DİDK əməkdaşı bütün bunlarla yanaşı, Ukraynada hələ də Azərbaycan diasporunun birləşməsinə qarşı çıxış edən qüvvələrin mövcud olduğunu təəssüflə qeyd edib, lakin onların öz məqsədinə nail olmayacağını əminliklə vurğulayıb.

Daha sonra çıxış edən UAK-ın həmsədri Hikmət Cavadov Qarabağ Zəfərindən sonra Azərbaycan diasporu qarşısında duran vəzifələrdən danışaraq, Ukraynada soydaşlarımızın hüquqlarının qorunması, diaspor nümayəndələrinə kriminal və digər təzyiqlərin qarşısının alınması, gənclərə dəstəyin göstərilməsi, seçkilərdə fəallığın artırılması istiqamətində daha çox iş görməyin vacibliyini qeyd edib. Diasporumuzun inkişafı üçün Azərbaycan dövlətinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və yerli dövlət strukturlarının dəstəyini vurğulayan RAU həmsədri eyni zamanda təşkilatlar arasında birlik və həmrəyliyi gücləndirməyin vacibliyini bildirib.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videohesabat təqdim olunub.

Daha sonra 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Odessadakı Azərbaycan cəmiyyətlərinin birləşməsi istiqamətində, diasporun inkişafında göstərdiyi xidmətlərə görə bir qrup diaspor fəalı fəxri fərmanlarla təltif olunub.

Bayram tədbirində Türkiyənin Odessadakı Baş konsulu Birey Yılmazsoy, Odessa vilayət qubernatorunun köməkçisi, milliyyətcə qaqauz olan Yuri Dimçoğlu, şəhər sovetinin deputatı Aleksandr Şeremet, Odessa şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Tatyana Markova, Azərbaycan icmasının nümayəndələri, iş adamları və digər üzvləri iştirak edib. Çıxış edən qonaqlar Azərbaycan diasporunun Odessa şəhərinin inkişafına verdiyi töhfələrdən danışıb və soydaşlarımızın həmrəylik bayramını təbrik ediblər.

Bayram tədbirində Ukraynada yaşayan gənc müğənni Vaqif Nağıyevin Azərbaycanın tanınmış musiqiçilərinin repertuarından səsləndirdiyi parçalar böyük maraqla qarşılanıb. Tədbirdə Şuşada keçirilmiş "Xarı Bülbül festivalı"ndan görüntülər yayımlanıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 774   Tarix: 19 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

1 noyabr
.

İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı

ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fiziki və mənəv

31 oktyabr
.

Əl-Budeyvi: Ərəb ölkələri İranla dialoqa hazırdır, lakin qarşılıqlı addımlar gözləyir

Fars körfəzi hövzəsindəki ərəb dövlətləri İranla danışıqlara açıqdır, lakin Tehranın da qarşılıqlı addımlar atacağını gözləyirlər. "Report" "Iran International"a istinadən xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyv

31 oktyabr
.

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri

1 noyabr
.

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Atlantada Üçtərəfli Arktika-Sakit okean Tərəfdaşlığının yaradılması haqqında memorandum imzalayıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, layihənin əsas məqsədi Sakit okean və Arktik

1 noyabr
.

Donald Tramp ona qarşı aksiyaların Corc Soros tərəfindən maliyyələşdirildiyini açıqladı

ABŞ Prezidenti Donald Tramp ona qarşı təşkil edilən etiraz aksiyalarının milyarder Corc Soros tərəfindən maliyyələşdirildiyini iddia edib. -ın məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri yayıb. "Yenə bir etirazçı. Onlara Soros pul ödəyir. Üstəlik, bu adam ucuz başa gəli

31 oktyabr
.

Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır

İran fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mövqeyini kifayət qədər aydın hesab etdiyi üçün hələlik ABŞ rəsmiləri ilə görüş keçirmək niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Telegram" kanalında yazıb. Onun sözlərin

1 noyabr
.

İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib

İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd

1 noyabr
.

OpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib

IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. İnvestorlar şirkətin bazar dəyərin

1 noyabr