Neft yataqlarının köhnəlməsi, tükənməsi nə ilə nəticələnə bilər?

Neft yataqlarının köhnəlməsi, tükənməsi nə ilə nəticələnə bilər?Azərbaycanda neft hasilatının 2010-cu ilin üçüncü rübündən başlayaraq azalması məlumdur. Neft hasilatında zirvə məhz həmin ildə qeydə alınmışdı. 12 ildir ki, hasilat azalan xətlə gedir.

Energetika Nazirliyinin məlumatına əsasən, 2022-ci ilin yanvar-iyun ayları Azərbaycanda 16,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 milyon ton və ya 4 faiz azdır. 2021-ci ilin ilk 6 ayında da neft hasilatı 2020-ci ilin ilk yarısı ilə müqayisədə təqribən 2 faiz azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə "Azəri-Çıraq-Günəşli"dən çıxarılan neft 1 milyon ton və ya 8,8 faiz azalıb. "Şahdəniz"dən çıxarılan kondensat nefti 0,3 milyon ton və ya təqribən 16 faiz artıb. Bəs hasilatın azalmasının qarşısını ala bilərikmi? Neft yataqlarının köhnəlməsi, tükənməsi nə ilə nəticələnə bilər?

Sonxeber.az məsələ ilə bağlı "Kaspi" qəzeti mütəxəssis fikri öyrənib.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, neft sənayesində hasilatın azalması təbiidir: "Yataqlar kəşf edilir, sənaye istismarına verilir, müəyyən mərhələdə hasilatın pik həddinə çatır və ondan sonra hasilat həcmlərində azalmalar baş verir. Bu, əsasən, yatağın geoloji quruluşu, hasilat tempi və termodinamikanın qanunları ilə bağlıdır. Azərbaycanda hasilatın pik həddi 2010-cu ilin üçüncü rübündə "Azəri-Çıraq-Günəşli" dəniz yataqları bloklarında 810 min barel səviyyəsində qeydə alınmışdı. Ondan sonra istehsal göstəriciləri enməyə doğru yönəlib. O dövrdə Azərbaycan Dövlət Neft Şirkəti və xarici tərəfdaşlarla birlikdə işlənən yataqlardan hasil edilən neft həcmləri illik 50 milyon ton olub. Ondan sonra Azərbaycanda hasilat həcmlərinin azalması baş verib. Bu da təbii azalmadır. Çünki hər bir yatağın özünün hasilatının pik həddi var. O, pik həddinə yetdikdən sonra hasilat həcmlərinin azalması baş verir".

Mütəxəssis deyir ki, hasilat həcmlərinin müəyyən bir müddət sabit saxlanması əlavə vəsait tələb edir. Onun sözlərinə görə, məhz bu istiqamətdə Dövlət Neft Şirkətinin proqramı da var: "Qarşıdakı illərdə də hasilat həcmlərində azalmalar baş verəcək. Hələ ki, həcmlərin sabit saxlanması üçün mövcud yataqlar var. Məsələn, Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandum imzalanıb. Türkmənlər bu yatağı "Sərdar", biz isə "Kəpəz" adlandırırıq. O yatağın sənaye istismarına verilməsi hələ baş tutmayıb. Bu yataq sənaye istismarına veriləcəyi təqdirdə, təbii ki, Azərbaycanda hasilat həcmlərinin artması baş verə bilərdi. Təəssüf ki, hələ bu sahədə ciddi addım atılmayıb. Düzdür, razılaşma, qarşılıqlı anlaşma memorandumu var, amma yatağın işlənməsi ilə bağlı konkret tədbirlər görülmür. Bundan əlavə, Qarabağ strukturu, eyni zamanda Abşeron yarımadasında dayaz sulu dəniz blokları işlənir. Orada 3 yataqdan söhbət gedir: Şimal Şərq Perspektiv sahəsində Şimal Xali (NKX01) kəşfiyyat quyusu, Cənub Şərq Perspektiv sahəsində Qarabatdaq (QBDX01) kəşfiyyat quyusu və Qərb Perspektiv sahəsində Bibiheybət (BHEX01) kəşfiyyat quyusu. Hazırda bu yataqlarda kəşfiyyat quyularının qazılması həyata keçirilir. Təbii ki, burada işlər müsbət sonluqla nəticələnərsə, Azərbaycanda neft hasilatını müəyyən müddət sabit saxlamaq mümkün olacaq".

Həmsöhbətimiz vurğuladı ki, neft hasilatı azalsa da, qarşıdakı illərdə qaz və kondensat hasilatında artımlar olacaq: "Qarşıdakı illərdə qaz və kondensat hasilatında artımlar baş verəcək. Lakin neft hasilatı ilə bağlı bu proqnozu verə bilmirik. Azalmalar olacaq və bu da təbiidir . Hasilatın artmasından hələ söhbət getmir. Amma hasilat həcmlərini müəyyən müddət sabit saxlamaq olar. Məsələn, Dövlət Neft Şirkətinin qurudakı yataqları var. Həmin o yataqların neftvermə əmsalını artırmaq mümkündür. Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə də qeyd edib ki, Azərbaycanda neft hasilatını müəyyən müddətdə sabit saxlamaq quru yataqlarının istismarı ilə bağlı yaradılmış birgə müəssisələrin fəaliyyətindən asılıdır. Burada yeni texnologiyalardan, nanotexnologiyaların tətbiqindən istifadə oluna bilər. Əgər bu məsələlər müsbət sonluqla davam edərsə, müəyyən müddətdə Azərbaycanda neft hasilatını sabit saxlamaq olar. Amma bütün hallarda hasilat həcmlərində azalmaların baş verməsi təbiidir. Çünki yataqlar qocalır, öz pik hasilat həddini keçir və, təbii ki, azalma olur".

Mütəxəssis vurğulayır ki, hasilat nəinki arta, hətta tam dayana bilər: "Elə dövlətlər var ki, müəyyən müddətdə yüksək hasilat həcmləri müşahidə olunub. İllər keçdikcə isə mərhələli şəkildə hasilat həcmləri azalıb və yataqlar fəaliyyətini tamamilə dayandırıb. Bizim "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun 2050-ci ilədək işlənməsinin prinsipləri razılaşdırılıb. 2050-ci ilə kimi də Azərbaycanda neft sənayesində hasilat prosesi davam edəcək. Müəyyən mərhələdən sonra quyuların neftvermə əmsalı aşağı düşəcəksə, onların fəaliyyəti dayandırılacaq".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1680   Tarix: 24 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək

"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml

26 sentyabr
.

Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA

Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl

25 sentyabr
.

Bakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn

28 sentyabr
.

Qızıl qiymətlərində son vəziyyət

Azərbaycanda 2026-cı il 2 oktyabr tarixinə olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7106.1105 manat, 1 qram (99 əyyar təmiz qızıl) - 228.47 manat, 1 qram İtalyan qızılı (750 əyyar) - 171.52 manat, 1 qram Türk qızılı (585 əyyar) - 133.79 manat, | 1 qram Rus qızıl

2 oktyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycanın bank sektorunun aktivləri 12 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 62 milyard 475,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 12,2 % çoxdur. Bankların aktivlərinin 30 milyard 841,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlə

25 sentyabr
.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb

Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl

22 sentyabr
.

Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankını

1 oktyabr