Son günlərin meşə yanğınları: Azərbaycanda turizm sektorunu hansı təhlükələr gözləyir?

Son günlərin meşə yanğınları: Azərbaycanda turizm sektorunu hansı təhlükələr gözləyir?Bir neçə gündür ki, Azərbaycanın şimal və şimal-qərb rayonlarında meşə və meşəətrafı ərazilərdə yanğınla davam edir. Bu müddət ərzində ölkənin flora və faunasına ciddi ziyan dəyib. Həmçinin yaşayış yerinə keçdiyi üçün bir neçə ev də yararsız vəziyyətə düşüb.

Yanğının görünən fəsadları hələ ki bunlardır. Amma hadisənin bir də görünməyən tərəfi var. Bu isə turizm, bütövlükdə isə ölkə iqtisadiyyatı ilə bağlıdır. Sirr deyil ki, Azərbaycan turizmi uzun müddət qonşu Türkiyə və Gürcüstanla müqayisədə inkişafdan geri qalıb. Son dövrlər isə aradakı fərqi azaltmaq məqsədilə zəngin meşəsi olan bölgələrimizə dövlət səviyyəsində diqqət ayrılır, o cümlədən sahibkarlar tərəfindən investisiya qoyulur. Turizmin yeni-yeni dirçəlməyə başladığı vaxtda isə meşə yanğınları közərən ümidləri bir növ puç etdi.

Maraqlıdır, yanğınların turizmə, ümumilikdə iqtisadiyyata vurduğu ziyan hansı həcmdədir? Turizmin inkişafdan qalmaması üçün hansı addımların atılması nəzərdə tutulur?

Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva Oxu.az-a açıqlamasında bildirib ki, turizmə dəyən ziyanı müəyyənləşdirmək üçün yanğınlar tamamilə bitməlidir:

"Təəssüf ki, yanğınlar hələ davam edir. Turizmə və turizmin infrastrukturuna dəyən zərəri ancaq yanğınlar tamamilə söndürüləndən sonra müvafiq dövlət qurumları ilə birlikdə araşdırma apararaq müəyyənləşdirə bilərik. İndi heç nə demək mümkün deyil".

İqtisadçı-ekspert Fuad İbrahimov də yanğınlar səbəbi ilə iqtisadiyyata dəyən ziyanın dəqiq həcmini deməyin hazırda mümkünsüz olduğunu qeyd edib:

"Çünki biz hansı infrastrukturların yanğından zərər gördüyünü bilmirik. Burada söhbət rabitədən, elektrik enerjisi infrastrukturlarından, su, qaz xətlərindən də gedə bilər. Hamısı hesablanıb dəqiqləşdirilməlidir".

Ekspert turizmə mənfi təsir göstərən digər faktorlardan da söz açıb:

"Turizmimizin qonşu ölkələrdən geridə qalmağının obyektiv və subyektiv səbəbləri var. Buna ilk növbədə pandemiya təsir göstərib. Amma biz nəzərə almalıyıq ki, pandemiya qonşu ölkələrin turizminə də eyni səviyyədə zərər vurmuşdu. Bundan əlavə, quru sərhədlərin bağlı qalması, ölkəmizə viza məsələsində ciddi baryerlərin olması, məsələn, əlçatanlığı şəffaf olsa belə, prosesin çoxpilləli olması da turizmin cazibədarlığını pozan səbəblərdir. Belə bir vəziyyətdə yanğının baş verməsi problemi daha da qəlizləşdirir".

İqtisadçı yanğınların onsuz da kövrək olan Azərbaycan turizminin daha da məhdudlaşmasına yol açacağını deyib:

"Keçən il qardaş Türkiyədə də yanğınlar turizmə ciddi fəsadlar törətdi, iqtisadiyyatına milyonlarla ziyan vurdu. Əgər bizdə də yanğınların miqyası böyüyərsə, cazibədar infrastrukturlara, əyləncə mərkəzlərinə ziyan gələrsə, turist axını kəskin zəifləyəcək. Dediklərim baş verəcəyi təqdirdə turizm sektorunun bərpası çətinləşəcək və bu sektora sərmayə qoyuluşu məhdudlaşacaq. Çünki investorlarda fobiya yaranmış olacaq. Yəni əlverişsiz, riskli mühit yaranır. Ümid edək ki, aidiyyəti dövlət orqanları, FHN bu faciənin öhdəsindən gələcək və dediklərimiz elə proqnoz olaraq qalacaq".

Turizm üzrə ekspert Ceyhun Aşurov isə turizm sektorunun xüsusilə təhlükəsizlik məsələsinə çox həssas olduğunu vurğulayıb:

"Hazırda turizmin pik mövsümüdür. Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilir. Regionlardakı hotellər, evlər turistlərlə dolub, qiymətlər də bu səbəblə qalxıb. Bunlar isə gözləniləndir. Gözlənilməz hal təbii fəlakətlər, meşə yanğınları, ümumiyyətlə, ekoloji problemlərlə bağlıdır. Bunlar turistlərin istirahətini pozur, təhlükəsizlik məsələlərini gündəmə gətirir. Xüsusilə təhlükəsizlik məsələsinə turizm sektoru çox həssasdır. Belə ki, hər hansı xoşagəlməz hadisə baş verərsə, dərhal insanlar reaksiya göstərir. Bu isə turistlərin məkanı dəyişməsinə səbəb olur".

Həmsöhbətimiz hesab edir ki, insan faktorundan asılı olan hadisələr yaranmamasına diqqət göstərilməlidir:

"Dəfələrlə informativ məlumatlar paylaşılır ki, insanlar meşəyə plastik qablar, siqaret kötükləri atmasın, ocaq qalayanda diqqətli olsunlar. Amma görünür, bu istiqamətdə maarifləndirici işlər daha da genişləndirilməlidir. Çünki yaşananlar xoşagələn deyil, Ərazinin təhlükəsizliyi qısa müddətdə bərpa olunmalı, vəziyyət nəzarətə götürülməlidir"


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2338   Tarix: 20 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəxslərə 10 il müddətinə GÜZƏŞT tətbiq ediləcək - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində müxtəlif iqtisadi təşviq mexanizmləri tətbiq olunur. Sahibkarlara vergi və gömrük güzəştlərinin verilməsi həmin ərazilərdə biznes fəaliyyətinin xərclərinin azalmasına və yeni layihələrin həyata keçirilməsin

29 sentyabr
.

Gürcüstan Azərbaycandan pomidor idxalına çəkdiyi xərci 2,5 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,71 milyon ABŞ dolları dəyərində 3 min 790 ton pomidor idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

23 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo

21 sentyabr
.

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,

1 oktyabr
.

Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı

2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd

30 sentyabr
.

Naxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb

İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye

18 sentyabr
.

İqtisadçı ekspert vəfat etdi

İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını

29 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr