Putinin məsləhətçisinin qızının ölümü sifariş edilib - RƏSMİ -YENİLƏNİB

Putinin məsləhətçisinin qızının ölümü sifariş edilib - RƏSMİ -YENİLƏNİBDuqinanın öldüyü cinayət əvvəlcədən planlaşdırılıb - Rusiya İstintaq Komitəsi

İstintaq hesab edir ki, Daria Duqinanın öldüyü cinayət əvvəlcədən planlaşdırılıb və sifarişlə hazırlanıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat verilib.

"Əldə edilmiş məlumatları nəzərə alaraq, istintaq cinayətin əvvəlcədən planlaşdırıldığını və sifarişli olduğunu hesab edir", - məlumatda deyilir.

Qeyd olunur ki, hazırda Rusiya İstintaq Komitəsinin Məhkəmə Ekspertizası Baş İdarəsinin mütəxəssislərinin iştirakı ilə müstəntiqlər hadisə yerinə baxış keçirməyi davam etdirirlər. O cümlədən, partlayıcı maddə üzrə mütəxəssisin iştirakı ilə yanmış avtomobilə baxış keçirilib, sonradan avtomobil xüsusi dayanacağa təxliyə edilib.

İstintaq orqanlarının məlumatına görə, şənbə günü axşam Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində jurnalist və politoloq Daria Duqinanın idarə etdiyi avtomobil hərəkətdə olarkən yanıb. İlkin versiyaya görə, avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşüb.

***

12:36

Rusiya təhlükəsizlik qüvvələri rus ideoloqu və Prezident Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Daria Duqinanın ölümünü araşdırır.

Lent.az xəbər verir ki, Rusiya mediası ölümün avtomobilin partlaması nəticəsində baş verdiyini yazır.

Hadisə şahidlərinin sözlərinə görə, Daria Duqinin idarə etdiyi avtomobildə partlayış avtomobilin altında baş verib. Bundan sonra avtomobili alovlara bürünüb, o, yoldan çıxaraq magistral yolun yaxınlığındakı binaya çırpılıb.

UNİAN yazır ki, Rusiyada bəzi təbliğatçılar avtomobilin partladılmasında ukraynalı "millətçilər"i günahkar bilir və bununla bağlı fərziyyəni fəal şəkildə təbliğ edirlər.

***

02:43

Moskva vilayətində avtomobil partlayıb.

Lent.az TASS-a istinadən xəbər verir ki, "Toyota Land Cruiser Prado" markalı avtomobilin partlaması nəticəsində sürücü ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəblərini müəyyənləşdirirlər.

Ölən şəxs tanınmış politoloq Aleksandr Duqinin qızıdır.

Duqin Rusiyanın əsas ideoloqlarından hesab olunur.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2087   Tarix: 22 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rumıniyada zəlzələ oldu - Təkanlar Ukraynada da hiss olundu

Bu gün, 19 oktyabr tarixində Rumıniyada baş verən zəlzələ Ukraynada - xüsusilə Odessa vilayətinin cənub hissəsindəki sakinlər tərəfindən hiss olunub. Bizim.Media xəbər verir ki, Rumıniyanın Milli Yer Fizikası İnstitutunun məlumatına görə, yerli vaxtla saat 11:51-də Rumıniyanın Buzeu əyalətində, Vranç

19 oktyabr
.

"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb

Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. "ABŞ-nin 24 bankını

18 oktyabr
.

İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu

Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları

19 oktyabr
.

Parisdə etirazçılar Luvrun girişini bağlayıblar

Tələbə etirazları çərçivəsində yuxarı sinif şagirdlərinin nümayişlərinə dəstək ifadə etmək və hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləmək məqsədilə Parisdə Luvrun girişi bağlanıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. "Dünyanın ən böyük muzeyinin girişin

19 oktyabr
.

İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir

Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

18 oktyabr
.

Livan Prezidenti İsraili qoşunların çıxarılması barədə razılaşmanı pozmaqda ittiham edib

İsrail ABŞ-nin vasitəçiliyi ilə iyun ayında bağlanmış və "Hizbullah" hərəkatı tərk-silah edildikdən sonra İsrail qoşunlarının ölkənin cənubundan çıxarılmasını nəzərdə tutan çərçivə sazişinin müddəalarını yerinə yetirmir. "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu Livan Prezident

19 oktyabr
.

İranın yeni müdafiə naziri məlum oldu

İran parlamenti Mehrdad Əxlaqinin ölkənin müdafiə naziri vəzifəsinə təyin edilməsini təsdiqləyib. bu barədə "Press TV" telekanalına istinadən xəbər verir. Xatırladaq ki, oktyabrın 5-də Əxlaqi müdafiə naziri postuna namizəd göstərilmişdi. Qeyd edək ki, martın 2-dən etibarən müdafiə naziri vəzifəsini

18 oktyabr
.

Ali Radanın deputatı Zelenskinin varisini açıqladı

"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq

18 oktyabr
.

Bu ölkədə millət vəkili qəsdən maşınla vuruldu

Viktoriya polisi və Avstraliya Baş naziri Entoni Albanese bildirib ki, müstəqil Avstraliya millət vəkili Helen Haynes Melburnun şimal-şərqindəki Vanqaratta şəhərindəki ofisinin qarşısında avtomobilin onun üzərinə qəsdən sürülməsi nəticəsində xəsarət alıb. xəbər verir ki, polisin məlumatına görə, hadisədə

19 oktyabr