Azərbaycanda vəzifəli şəxs arvadına görə İSTEFA VERDİ

Azərbaycanda vəzifəli şəxs arvadına görə İSTEFA VERDİLənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini işdən çıxıb.

Lent.az-ın məlumatına görə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Famil İsayev Lənkəranda yaşamaq imkanına malik olmadığı üçün vəzifəsindən imtina edib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən Lent.az-a faktı təsdiqləyiblər.

Bildirilib ki, Famil İsayevin vəzifəsindən imtina etməsi həyat yoldaşının səhhəti ilə əlaqəlidir:

"Onun həyat yoldaşının səhhətində problemlər var idi. İş yerinin yerləşdiyi ərazinin iqlimi yoldaşının xəstəliyinə uyğun olmadığı üçün ərizə yazaraq vəzifəsindən imtina edib".

Xatırladaq ki, Famil İsayev bu ilin mayın 30-u Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Famil Kamal oğlu İsayev 2004-cu ildə Lənkəran Dövlət Universitetinin coğrafiya müəllimi ixtisası üzrə bakalavr pilləsini, 2007-ci ildə isə Ekologiya ixtisası üzrə magistr pilləsini bitirib.

O, peşəkar fəaliyyəti dövründə coğrafiya müəllimi, özəl təhsil sektorunda idarəçi, fənn metodisti, təlimçi, müxtəlif layihələrin rəhbəri və Təhsil İnstitutunun coğrafiya fənni üzrə vebinarının spikeri olub. Eyni zamanda ixtisası üzrə müxtəlif dərs vəsaitlərinin müəllifi və həmmüəllifidir.Qeyd edək ki, ötən ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Lənkəran-Astara Regional Təhsil İdarəsi yaradılıb. Carı ilin aprel ayında isə bu vəzifəyə Elxan Nəcəfov təyin olunub.
Azərbaycanda vəzifəli şəxs arvadına görə İSTEFA VERDİ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3795   Tarix: 23 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Azərlotereya" "Bakı Marafonu 2026"nın tərəfdaşı oldu

"Azərlotereya" ənənəsinə sadiq qalaraq, artıq beşinci dəfə "Bakı Marafonu 2026"nın tərəfdaşı olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən marafon çərçivəsində şirkət sağlam həyat tərzinin təşviqi və idmanın inkişafına dəstəyini dava

4 may
.

WUF13 çərçivəsində Bakıda xüsusi hərəkət zolaqları yaradılacaq - BU KÜÇƏLƏRDƏ

WUF13 çərçivəsində Bakının bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək. Bu barədə -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Müvəqqəti hərəkət zolaqları Heydər Əliyev prospekti - Aerport şosesi, Abbasqulu ağa Bakıxanov küçəsi, Mehdi Abbaso

4 may
.

Qaraheybət təlim mərkəzində bədbəxt hadisə

Qaraheybət təlim mərkəzində bədbəxt hadisə baş verib. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, kursant M.Rüstəmov sursatla ehtiyatsız davranması nəticəsində vəfat edib. Faktla bağlı müvafiq araşdırmalar aparılır

4 may
.

Gələn ay 10 gün iş olmayacaq

İyun ayında 10 gün iş olmayacaq. Bizimmedia-ya istinadən xəbər verir ki, iyun ayında qeyri-iş günü hesab olunan 2 bayram qeyd olunacaq. Söhbət 15 iyun - Milli Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günündən gedir. Bundan əlavə, iyun ayında səkkiz gün - 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun tarixlər

5 may
.

Futbol oynayarkən ölən tələbənin - Fotosu

Xəbər verdiyimiz kimi, Mingəçevirdə 20 yaşlı oğlan futbol oynayarkən vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, stadionda ölən 2006-cı il təvəllüdlü Həsən Məhəmməd Abdullah oğlunun fotosu yayılıb. Qeyd edək ki, ilkin məlumata görə, onun dili qatlanıb və bu səbəbdən həyatını xilas etmək mümkü

5 may
.

Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin qəbirüstü abidəsi 40 mərasimdən sonra qoyulacaq. Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov deyib. O, Rasim Balayevin qəbirüstü abidəsinin dövlət tərəfindən hazırlanacağın

5 may
.

Həmin uşağın valideynləri tapıldı

Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynlərinin kimliyi müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, azyaşlının valideynləri artıq tapılıb. Hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfində

5 may
.

18 may tarixində bölgələrdən Bakıya gələn bu yol müvəqqəti bağlana bilər

WUF13 zamanı bölgələrdən Bakıya gələn nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət nəzərdə tutulmur. xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi polis polkovniki Namidan Piriyev deyib. Onun sözlərinə görə

5 may
.

Bu məktəblərdə 1-ci sinfə qəbul müsabiqə ilə aparılacaq (RƏSMİ)

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu il hansı ümumi təhsil müəssisələrinin 1-ci sinfinə qəbulun müsabiqə yolu ilə aparılacağını açıqlayıb. xəbər verir ki, Agentliyin məlumatına görə, bu il Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbini

4 may