COVİD-ə yoluxanlar hansı halda KT olunmalıdır? - RƏSMİ CAVAB

COVİD-ə yoluxanlar hansı halda KT olunmalıdır? - RƏSMİ CAVABSəhiyyə Nazirliyinin mütəxəssis-eksperti Ağakişi Yəhyayev koronavirusa yoluxan şəxsin hansı halda kompüter tomaqrafiyası olunmalı olduğuna münasibət bildirib.

Nazirlikdən Sonxeber.az-a verilən xəbərə görə, o deyib ki, kompüter tomoqrafiyası (KT) ağciyərlərin görüntülənməsində əvəzsiz rol oynayır. Bu, kifayət qədər etibarlı və dəqiq müayinə formasıdır:

"Ağciyər dəyərləndirilməsində kontrast maddəyə belə ehtiyac olmadan dəqiq diaqnoz qoymaq mümkündür. Ancaq bu müayinəni hər xəstəyə təyin etmək doğru deyil. Nəzərə alsaq ki, KT şüalanmaya səbəb olur, ona görə də bu müayinə daha ehtiyatlı təyin olunmalıdır.

Bütün KT müayinələr kimi, ağciyər tomoqrafiyasını da mütləq şəkildə həkim (terapevt, pulmonoloq, infeksionist) təyin etməlidir. Müalicə həkimi xəstənin şikayətlərinə əsasən, ağciyərdə prosesin nə dərəcədə getdiyini və yayılma əhatəsini (arealını) müəyyən etmək üçün KT istəyə bilər. Bir xəstənin şikayət, klinik müayinə və qan analizlərinə əsasən pnevmaniya diaqnozu qoyulur və ya şübhələnilir. Bundan sonra xəstəliyin şiddəti haqqında fikir bildirilməsi üçün ağciyər tomoqrafiyası çəkilir. Nəticə olaraq, tomoqrafiyada viral pnevmaniya təsdiqlənir, ağciyərin tutulma faizi hesablanır. Bütün bunlara əsasən müalicə strategiyası təyin olunur".

Həkim deyib ki, COVID-19 virusunun kəskin dövründən sonra ağciyərlərdə çapıqlaşma (fibroz) müşahidə oluna bilər:

"Kiçik həcmli çapıqlar xəstəyə narahatçılıq verməsə də, böyük ölçüyə malik olan fibroz xəstədə tənəffüs çatışmamazlığına səbəb ola bilər. Buna görə də kompüter tomoqrafiyası çəkilərək, zədənin həcmi dəyərləndirilməlidir.

Qeyd edim ki, ağciyərdə çapıqlaşma ilə xəstənin şikayətləri üst-üstə düşməyə də bilər. Məsələn, bir xəstənin ağciyərindədə 30-40 % tutulma varsa, şikayətləri daha az ağciyər tutulumu olan xəstəyə nisbətən yüngül ola bilər. Bunun səbəbi sağlam ağciyərlərin rezerv, yəni depo funksiyasıdır. Bunun üçün müalicə həkimləri, məxsusən pulmonoloqlar (ağciyər həkimləri) xüsusi testlər edərək (spirometriya) ağciyərin rezervini yoxlayırlar. Bütün bunlardan sonra xəstəyə müalicə təyin edilir.

Bəzi insanlar səhvən düşünürlər ki, maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi KT-dən üstündür. Bu kökündən yalnış fikirdir. MRT müayinəsi mədə-bağırsaq və ağciyərləri dəyərləndirə bilmir. Bu səbəbdən də ağciyər MRT-si çəkilməməlidir.

Həmçinin bura ultrasəs müayinəsi (USM) də daxildir. USM-in ucuz və şüasiz bir müayinə olmasına baxmayaraq, ağciyərlərin dəyərləndirilməsində çox zəifdir. Bəzən həkimlər ağciyərlərin zədəsini daha qısa intervallarda dəyərləndirmək istəyirlər. Verilən şüa dozasını nəzərə alaraq ard-arda tomoqrafiya çəkmək tövsiyə olunmur. Bu səbəbdən də ağciyər tomoqrafiyası yerinə ağciyər rentgeni çəkilməsi daha məqsədəuyğun ola bilər".

O əlavə edib ki, koronavirus ağciyərlərdən başqa digər orqanlarda da fəsadlara səbəb ola bilər:

"Bu sadəcə COVID-19 virusuna məxsus bir hadisə deyil. Digər viral pnevmaniyalarda da başqa orqanlar zədələnə bilər. Belə olan halda bizim vəzifəmiz zədələnmədə olan orqanlarda ehtimalı çox olan fəsadları üzə çıxartmaqdır.

Koronavirusun ən ağır fəsadlarından biri laxtalanma sistemini aktivləşməsidir. Bu səbəbdən həkimlər bəzən virusa yoluxan xəstələrə qan durulaşdırıcı dərmanlar tövsiyə edir. Laxtalanma və tromb müayinəsində çox istifadə olunan üsul dopler müayinəsidir (damarların ultrasəs müayinə metodu).

Bu cihazlardan başqa, bizdə "anju" olaraq bilinən invaziv angioqrafiya metodları da mövcuddur. Yəni, damarda laxtanın (trombun) göstərilməsi hansı orqandan olmasından aslı olmayaraq, bu müayinə vasitələri ilə mümkündür. İnvaziv angioqrafiyanın üstünlüklərindən biri də odur ki, bu müayinə metodu vasitəsi ilə sadəcə trombun göstərilməsi məhdudlaşmır.

Risk qrupuna xroniki ağciyər xəstəliyi, ürək-damar sisteminin xəstəliklərindən və yanaşı xəstəliklərindən əziyyət çəkənlər insanlar daxildirlər. Məsələn, xroniki ağciyər xəstəliyi olanlar koronavirusun fəsadı nəticəsində ağciyərinin tutulması daha şiddətli və geniş həcmli ola bilər. Bu zaman koronavirusa qarşı müalicə təyin edən həkimə tövsiyə olunur ki, ağciyər həkimi və radioloqla birgə məsləhətləşsin. Bundan başqa, şəkərli diabet, hemodializ müalicəsi alan və siqaret çəkən şəxslərdə damar kirəcləşməsi (ateroskleroz) müşahidə oluna bilər.

Ona görə də yanaşı xəstəliklərdən əziyyət çəkənlər virusdan qorunmaq üçün gigiyena qaydalarına əməl etmələri vacibdir. Mümkün qədər insanların çox olduğu məkanlara getməkdən yayınmalı və ya qoruyucu maskalardan istifadə etmələrini tövsiyə edirəm. Unutmayaq ki, pandemiya hələ də davam edir və virusa yoluxanların sayı artır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 992   Tarix: 23 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimka

19 oktyabr
.

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd

18 oktyabr
.

Hərbçimiz ürəyindən əməliyyat olundu - Video

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. xəbər verir ki, bununla bağlı MN məlumat yayıb. Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zaman

19 oktyabr
.

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan

19 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"

Füzuli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 800 milyon manata çatıb. "Report" xəbər verir ki, bunu Milli Məclisdə Füzulini təmsil edən deputat Vüqar Bayramov bildirib. Deputat vurğulayıb ki, 2020-ci ildə həmin göstərici 191 milyon 923 min manat idi və zəfərdə

17 oktyabr