"Ermənilər artıq Şərqi Zəngəzuru tamamilə tərk etmək üzrədilər" -AÇIQLAMA

"Ermənilər artıq Şərqi Zəngəzuru tamamilə tərk etmək üzrədilər" -AÇIQLAMA"Ermənilər artıq Şərqi Zəngəzuru tamamilə tərk etmək üzrədilər. Bu da artıq həmin ərazinin məskunlaşan ermənilərdən təmizlənməsi kimi tariximizə düşəcəkdir. Laçın,Sus və Zabux kəndləri məlumdur ki, Suriya və Livandan gələn ermənilərin məskunlaşması nəticəsində ikinci dəfə işğala məruz qalıb".
Bunu Sonxeber.az saytına Milli Məclisin deputatı Musa Quliyev deyib.
O bildirib ki, Cənab Prezidentin bu günlərdə İsmayıllı rayonunun Lahıc qəsəbəsində verdiyi müsahibəsində qeyd elədiyi kimi, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşması hərbi cinayətdir və beynəlxalq konvensiyalara ziddir.
"Orda məskunlaşan insanlar oranı tərk edib getməlidirlər, əks təqdirdə Azərbaycanın hüquq mühafizə orqanları qarşısında cavab verəcəklər. Artıq ermənilər Sus, Zabux və Laçın yaşayış məntəqələrini tərk eləyirlər. Bizdə olan məlumata görə, orda dinc sakinlər deyil, terrorçu qruplar və qanunsuz silahlı qüvvələrdə yerləşə bilər. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Laçının, Zabuxun və Sus kəndinin boşalması ilə əvvəlki Laçın kolidoru deyilən ərazi yenidən Azərbaycanın nəzarətinə keçəcəkdir. Yeni yolda isə yeni qaydalar tətbiq olunmağa başlayacaqdır. Bu qaydalar Zəngəzur kolidorunun açılması və Zəngəzur kolidoru ilə eyni statusda qaydalar müəyyən edilməlidir. Əgər Zəngəzur kolidorunda hər hansı gömrük nəzarət qurulacaqsa, ermənistanla Azərbaycan arasındakı yeni yolda da həmin şərait və rejim tətbiq olunacaqdır.
Digər məsələ isə Azərbaycanın gücünün və iradəsinin göstəricisi artıq Fövqaladə Hallar Nazirliyinin bölmələrinin Laçında fəaliyyətə başlamasıdır. 2020-ci ilin danışıqlarına görə ermənilərə Kəlbəcər və Laçından çıxmaları üçün vaxt istəyiblər. Həmin vaxtda onlar meşələri, evləri yandırıb, həmin əraziləri minalayıb getdilər.
Cənab Prezidentin Lahıcda verdiyi müsahibədə çox ciddi məqamlardan biri də errmənilərin hər hansı bir statusa iddia etmələrinin boş bir xülya olduğunu göstərmək idi. Prezident bunu tək ermənilərə yox, bütün beynəlxalq təşkilatlara bildirdi.
Digər məsələ radikal müxalifət nüansıdır. Xüsusilə xaricdə olan bloggerlərin bu məsələyə münasibəti ilə bağlıdır. Üzümü onlara tutub demək istəyirəm ki, azda olsa Azərbaycanlı qanı varsa, bu ərəfədə ölkəmiz haqda olan böhtanları, şər məlumatları yaymasınlar. Bu məsələdə erməni dəyirmanına su tökməyi saxlasınlar.
Ermənilərin Qarabağda məskunlaşması ilə bağlı olaraq demək istəyirəm ki, onlar öz talehlərini özləri bildirdilər. Azərbaycan öz tarixi və ənənələrinə sadıq qalan ,tolerant həyat tərzinə üstünlük verən dövlətdir. Ermənilərə xüsüsi münasibət göstərməkdə xalqımız kifayət qədər haqlıdır. Ermənilər 30 il ərzində olan bütün körpüləri yandırdılar. 44 günlük müharibədə də Bərdə, Gəncə və digər ərazilərdə törətdikləri qətliamlar onların bizlə yaşamaq haqqı olmadığını göstərdi. Amma ermənilər toplum və dövlət olaraq dərk eləməlidirlər ki, onların Qafqazda mövcudluğu Türkiyə və Azərbaycan nəzarəti altında olmalıdır.
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1818   Tarix: 23 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Azərbaycanda mənzillər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili

17 oktyabr
.

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan

19 oktyabr
.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr
.

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər. -ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəs

19 oktyabr
.

Bakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı

19 oktyabr
.

Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

18 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Bakının bu rayonunda iki gün SU OLMAYACAQ

Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl

19 oktyabr