ABŞ vətəndaşlarına səsləndi: "Ukraynanı tərk edin!"
ABŞ-ın Ukraynadakı səfirliyi öz vətəndaşlarını raket zərbələri təhlükəsi fonunda Ukraynanı tərk etməyə çağırıb.
Bu barədə ABŞ Departamentinin saytında məlumat verilib.
"Dövlət Departamentində Rusiyanın yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə zərbələr endirmək üçün səyləri gücləndirdiyi barədə məlumat var", - səfirliyin bəyanatında qeyd edilir.
Qurum amerikalıları qətiyyətlə Ukraynanı tərk etməyə, əgər təhlükəsiz olarsa, şəxsi yerüstü nəqliyyatdan istifadə etməyə çağırıb.
"Ukraynada təhlükəsizlik vəziyyəti çox dəyişkəndir və xəbərdarlıq edilmədən vəziyyət daha da pisləşə bilər. ABŞ vətəndaşları ayıq-sayıq olmalıdırlar", - deyə səfirlikdən əlavə edilib.
ABŞ vətəndaşlarına həmçinin ən yaxın sığınacaqların və bomba sığınacaqlarının yerlərini əvvəlcədən öyrənmələri tövsiyə olunub.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın Ukraynada dövlət binalarını vuracağı ilə bağlı ABŞ kəşfiyyatının xəbəri yayılıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 914 Tarix: 23 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: "Cəmi bir həftə ərzində Venesuelanı tamamilə dəyişdik"
"Artıq Venesuelaya ABŞ nəzarət edir. Maduro ABŞ-yə və dünyaya qarşı cinayətlərinə görə məsuliyyət daşıyır". TASS-a istinadən xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp deyib. "Biz Maduronu ABŞ-yə və dünyaya qarşı cinayətlərinə görə həbs etdik. İndi Venesuelanı biz idarə edirik. Cəm
17 yanvarTramp: "İranın yeni lider axtarmasının vaxtıdır"
ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Əli Xameneini devirməyə çağırıb və onu ölkənin tamamilə məhv edilməsində günahlandırıb. xəbər verir ki, ABŞ prezidenti bu barədə "Politico"ya danışıb. "İranın yeni lider axtarmasının vaxtıdır", - deyən Tramp rejim dəyişikliyi tələb edə
18 yanvarHindistan Ermənistana "Pinaka" idarə olunan raketlər göndərib
Hindistanın müdafiə naziri Rajnat Singh, Naqpurdakı "Solar Defence and Aerospace Limited" (SDAL) zavodundan Ermənistana ilk "Pinaka" idarə olunan raketlərin göndərildiyini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Hindu Business Line" məlumat yayıb. Ermənista
18 yanvarVenesuela müxalifətinin lideri ölkədə azad seçkilər perspektivini görür
Maria Korina Maçado bildirib ki, zamanla Cənubi Amerika ölkəsində keçmişin qalıqları aradan qalxacaq və Venesuelanı azad seçkilərə nizamlı keçid gözləyir. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qeyd olunub ki, Maçado bunu ABŞ Prezidenti Donald Trampl
18 yanvarMiddlton kral qaydalarını pozdu
Şahzadə Uilyamın həyat yoldaşı Keyt Middlton bu yaxınlarda ictimaiyyət qarşısında çıxışı ilə kral etiket qaydasını pozub. Axşam.az xəbər verir ki, Uels şahzadəsi İngiltərə qadın reqbi komandasının şərəfinə keçirilən qəbulda 10 santimetrlik dabanlı ayaqqabılarla iştirak edib. O, bununla da protokol qaydasın
17 yanvar