Ailəsini qorxudan kişi qumbaraları Qarabağdan gətiribmiş - Foto
Ötən gecə Sabunçu rayonu Pirşağı qəsəbəsində 1983-cü il təvəllüdlü Ağdam rayon sakini İntizam Nəcəfovun törətdiyi hadisə ilə bağlı bəzi məqamlar məlum olub.
"Qafqazinfo" xəbər verir ki, hadisə saat 03 radələrində baş verib. Belə ki, İ. Nəcəfov iki qumbara götürərək keçmiş ailəsinin yaşadığı ünvana gedib. O, əvvəlcə qumbaraların birini evin divarı yaxınlığına atıb və eks-arvadının küçə qapısını açmasını tələb edib. Partlayış səsinə qonşular gəlib və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizlənib.
Bildirilir ki, İ. Nəcəfov işğaldan azad edilmiş ərazidə işləyib və qumbaraları da orada tapdığını deyib. O, hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
İnsidentin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl həyat yoldaşından boşanıb. Onların birgə nikahdan 3 övladı var.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 903 Tarix: 24 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 23 dərəcə isti olacaq
Bakıda mayın 5-də havanın 19, rayonlarda 23 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəz
4 maySabahdan bəzi rayonlarda hava yağıntılı olacaq, külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi bölgələrində mayın 5-6-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan MR, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala
4 mayBakıda temperatur 21 gün normadan yuxarı olub
2026-cı ilin aprel ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı olub. Qaynarinfo xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Orta aylıq temperatur 13C isti təşkil edib. Qeyd edilib ki, yarımadad
4 mayİldırımın vurub öldürdüyü gəncin - Fotosu
Xəbər verdiyimiz kimi, dünən saat 17 radələrində Lerik rayonunda ildırım vurması nəticəsində bir nəfər həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 21 yaşlı Cəfər Əbdül oğlu Mirzəzadənin fotosunu yayıb. Qeyd edək ki, ildırım C.Mirzəzadəni evinin həyətində vurub
4 mayPərdələr və tül keçmişdə qaldı: indi pəncərələr üçün nə seçirlər?
Artıq pəncərə dekorasiyasında artıq bəzəklər və yüklü detallar deyil, sadəlik və yüngüllük üstünlük təşkil edir. Müasir yanaşma balans üzərində qurulub - həm funksionallıq, həm də estetika vacib sayılır. xarici mediaya istinadən xəbər verir ki, ənənəvi pərdələrin yerini isə rulon pərdələr, mat şüşə v
4 mayBakıda beynəlxalq kənd təsərrüfatı və qida sənayesi sərgiləri keçirilir
Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") işə başlayıb. xəbər verir ki, mayın 8-nə qədər davam edəcək sərgilərdə 45 ölkədəm 447 şirkət iştirak edir. Sərgiləri
4 mayPensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların bu ayın 14-dən ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında bildirilib. Belə ki, rayonlarda qeydiyyatda olan və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin pensiyalarının is
5 may