62 yaşlı kişidən hamilə qalan 16 yaşlı qız: "Başıma vurub dedi ki..." - ŞOK

62 yaşlı kişidən hamilə qalan 16 yaşlı qız: "Başıma vurub dedi ki..." - ŞOKGəncədə əqli çatışmazlığı olan qız zorlanıb.

Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, 62 yaşlı Rəşid Nəbiyev qonşuluqda yaşayan əqli qüsurlu, Gəncə şəhəri 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının nevrologiya şöbəsində qeydiyyatda olan 17 yaşlı Aysunu (şərti) zorlayıb.

Nəticədə qız hamilə qalıb. Bundan sonra qızın anası tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Rəşid Nəbiyev tutularaq istintaqa təhvil verilib.

Ona Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə), 149.2.4(zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə) və 157.1-ci(mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham élan edilib.

Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun icraatında araşdırılıb.

Məhkəmədə danışan 62 yaşlı Rəşid Nəbiyev ittihamları qəbul etməyib və bildirib ki, Aysunu zorlamayıb:

"1985-ci ildə ailə qurmuşam və həmin nikahdan üç övladım var. Aysunun anası Pərvanə qonşuluqda, ata evində iki qızı ilə birlikdə yaşayır. Qonşu kimi onların evinin elektrik işini təmir etmişəm, odun kəsmişəm və digər işlərdə, həmçinin nə vaxt çağırmışlarsa onlara əlindən gələn köməkliyi eləmişəm. 2022-ci ilin təxminən yanvar ayının 15-də Məktəb küçəsində arxın üzərində dəmir körpü düzəldərkən Pərvanə və qızı məni söyərək Aysunun hamilə olduğunu və onu zorladığımı dedilər. Mən isə etirazımı bildirdim. Aysu ilə nə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmamışam, ona qarşı zorakılıq hərəkətləri etməmişəm".

Rəşid Nəbiyev qeyd edib ki, Aysuya heç bir hədə-qorxu gəlməyib:

"Qızın niyə adımı çəkməsini anlaya bilmirəm. Mənim onlara heç bir pisliyim dəyməyib. Aysunun hamilə qalmasının mənə aidiyyəti olmayıb".

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Aysun bildirib ki, anası və bacısı ilə yaşayır:

"2014-ci ildə atam dünyasını dəyişdi. Ondan sonra anam və bacımla anamın ata evində yaşamağa başladıq. Ailəmizdə kişi olmadığından və maddi imkanımızın zəif olduğundan qonşular mütəmadi olaraq bizə kömək edərək ərzaq gətirib verirdi. Rəşid də bizlə qonşu olub və ev işlərində bizə köməklik edib. Anam çağıranda Rəşid gəlib evdə qırılan əşyaları düzəldirdi və həyətimizdəki ağacların budanmasında onlara köməklik edirdi".

16 yaşlı qız qeyd edib ki, hadisə günü anası və bacısı yaşadıqları evdən birlikdə çıxaraq göz həkiminə gediblər:

"Mən isə evdə qaldım. Anam dedi ki, su maşını gələcək, ordan su götürüm. Təxminən günorta saatlarında su maşını küçəyə gələrək siqnal verməyə başladı. Mən də su satan avtomobilə getdim. 8 ədəd kiçik su qablarını doldurub iki-iki evə daşımağa başladım. Sonuncu iki qabı gətirəndə kiminsə arxamca gəldiyini hiss elədim. Qabları evin həyətinə keçirəndə Rəşid əli ilə əvvəlcə qolumdan tutdu. Daha sonra isə o, saçımı yolub səsimi çıxarmamağımı söylədi və başıma şillə vurdu. O dedi ki, səsimi çıxaracağım halda məni öldürəcək. Qorxuya düşdüm, düşündüm ki, məni öldürər. Rəşid zorla məni evə qaldırdı. Ona yalvardım ki, evdən çıxıb getsin. O isə sözlərimə məhəl qoymayaraq saçımdan tutub pilləkənlə evə qaldırıb qonaq otağına doğru apardı. Evə girən kimi məni divana itələdi. Şalvarımı əynimdən çıxardaraq məni zorladı. Sonra bu barədə kiməsə məlumat verəcəyim təqdirdə öldürməklə hədə-qorxu gəldi".

Zorlanan qız deyib ki, Rəşidin onların evinə yenidən gəlməsindən, onu öldürməsindən qorxub. Həmçinin utandığından anasına, bacısına və heç kəsə bu barədə məlumat verməyib:

"Sonrakı günlərdə məndə ürək bulantısı və halsızlıq oldu. Həmçinin hər ayın əvvəli aybaşı olduğum halda, həmin ay olmadım. Elə bununla bağlı anam bir neçə dəfə evə təcili tibbi yardım çağırdı. Həkimlər isə mənə müəyyən dərmanlar təyin etdi. Dərmanları alıb gələndə Rəşid yenə qabağımı kəsdi. Dedi ki, aramızda olan şeyi bir nəfər bilsə, məni öldürəcək. Ondan çox qorxurdum. Düşünürdüm ki, gözü dönüb, məni öldürə bilər. Bir müddətdən sonra isə qarnım böyüməyə başladı. Həmin vaxt anam və bacım narahat olduğundan məni Gəncə şəhər A.Səhhət adına xəstəxanaya apardılar. Orada həkim müayinəsindən sonra 22 həftəlik hamilə olduğum bilindi. Həmin vaxt anam və bacım məni xəstəxanada danışdırdıqda, başıma gələnləri onlara danışdım".

İş üzrə keçirilmiş ekspertizalar nəticəsinə görə, Rəşid Nəbiyevin Aysun ilə cinsi əlaqədə olması müəyyən edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşid Nəbiyev 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2965   Tarix: 26 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda bıçaqlanan ata öldü - 15 yaşlı qızı saxlanıldı

Bakıda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bıçaqlanan 49 yaşlı Rüfət Haşımovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Cinayəti onun 15 yaşlı qızının törətməsinə əsaslı şübhələr müəyyən edilib. Yeniyetmə saxlanılıb. Qeyd edə

4 fevral
.

Tərtərdə qəzada sərnişin öldü

Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub. "Qafqazinfo" xəbər verir ki, qəza rayonun Seydimli kəndi ərazisində qeydə alınıb. Tərtər rayon sakini İxtiyar Cəfərovun sükanı arxasında olduğu "JAC" markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetmən

10 fevral
.

Azərbaycanda insan alverində təqsirləndirilən iki nəfər axtarışa verilib

Azərbaycanda iki nəfər insan alverinə görə axtarışa verilib. -a istinadən xəbər verir ki, onlar Ağsu rayon sakini, 28 yaşlı Ayşən Araz qızı Əzizxanlı və Qax rayon sakini, 29 yaşlı Əbdül Ruslan oğlu Musayevdir. Onların barəsində Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə cinayə

11 mart
.

Bakıda restoranda aktrisa ilə dostlarının başına iş gəldi - 4 nəfər tutuldu

Aktrisa Üzel Kərimovanın ötən gün bayram qeyd etmək üçün getdiyi məkanların birində dava düşüb. "Qafqazinfo" xəbər verir ki, restoranda bir qrup şəxs Ü.Kərimovanın rəfiqəsinin ərinə hücum edərək ona xəsarətlər yetirib. Aktrisanın paylaşdığı videoda həmin şəxsin başından xəsarət aldığı və yerd

19 mart
.

Qaçırdığı qızı zorla videoya çəkdi - Dostları ilə birgə tutuldu

Ağdaşda qısqanclıq zəminində ayrıldığı qızı qaçıran oğlan və ona kömək edən qardaşlar uzunmüddətli həbsə göndərilib. "Qafqazinfo"nun məlumatına görə, cinayət hadisəsi ilə bağlı 28 yaşlı Seyran, dostları olan iki qardaş - Elvin və Səxavət (bütün ad-soyadlar şərtidir) birgə mühakimə edilib. Hadisəni

10 mart
.

Evində boğazı kəsilərək öldürülən qadının qatili tanışı çıxdı

Kocaeli vilayətinin Körfez rayonu ərazisində Gül Dağ adlı qadının evində boğazı kəsilmiş halda cansız bədəni tapılıb. türk mediasına istinadən xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, qadının öldürülməsində şübhəli şəxs onun qonşusu olub. Qatil, Gül Dağı öldürdükdən sonra qolundakı 3 qolbağ

12 mart
.

18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri - Video

Gürcüstanın Qardabani rayonunda azərbaycanlı gəncin yol qəzasında həlak olmasını əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə 18 yaşlı Aydə Qurbanova yolu keçərkən sürətlə hərəkət edən avtomobilin onu vurması səbəbindən baş verib. Həmin görüntülər

29 yanvar
.

Həbsdən çıxan müğənni Dəniz Əsədova ilə bağlı ŞOK FAKT: Dörd dəfə ad-soyadını dəyişib

Bir müddət əvvəl həbsdən azad olunan və hazırda barəsində başqa cinayət işi üzrə məhkəmə prosesi davam edən müğənni Dəniz Əsədovanın dörd dəfə ad və soyadını dəyişdiyi məlum olub. xəbər verir ki, bu barədə müğənni ilə bağlı keçirilən cinayət işi üzrə ittiham aktında şahid və zərərçəkmişlərin ifadələrind

2 mart
.

Xaçmazda qatarla avtomobil toqquşdu - 22 yaşlı sürücü öldü - Yenilənib - Video

Xaçmazda qatarla avtomobil toqquşub. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Nərəcan kəndindəki dəmir yolu keçidində baş verib. Belə ki, "VAZ" markalı avtomobili hərəkətdə olarkən qatar vurub. Nəticədə avtomobilin sürücüsü, Xaçmaz rayon Ağtala kənd sakini 2004-cü il təvəllüdl

5 fevral