"İran polisi verdiyi açıqlamaları ilə dövlətini biabır etmiş oldu" - DEPUTAT
"Səfirliyimizə edilən xain hücum İranın Azərbaycana qarşı növbəti xəyanətidir".
Bunu Sonxeber.az-a açıqlamasında deputat İqbal Məmmədov deyib.
Deputat vurğulayıb ki, İran dövləti hər zaman Azərbaycana qarşı ikiüzlü və qərəzli münasibət bəsləyib:
"Biz bunu 44 günlük Vətən müharibəsində açıq-aşkar gördük. Bu gün İran höküməti Ermənistanı silahlandıraraq ölkəmizə qarşı təxribatlar törətməyə şərait yaradır. Xatırlayırsınızsa
sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətdi. Erməni terrorçularının genişmiqyaslı təxribatın qarşısı alınarkən 50 hərbi qulluqçumuz şəhid olmuşdu. Həmin terror aktından sonra Paşinyanın ilk zəng etdiyi dövlət başçılarının arasında İranda var idi. Ermənistanın bu təxribatından bir neçə ay sonra İrandakı səfirliyimizə silahlı hücum olur. Bütün bunların təsadüf olması inandırıcı deyil".
Deputat vurğulayıb ki,İran polisi verdiyi açıqlamaları ilə dövlətini biabır etmiş oldu:
Səfirliyin təhlükəsizlik komeralarına baxan zaman bu xain hücumun əvvəlcədən planlaşdırıldığı aydın görünür. Qapıda dayanan polis terrorçunun binaya girməsinə nəyinki maneə olmur, hətta başı ilə salam verir. Bu da hadisənin əvvəlcədən planlaşdırıldığını bir daha sübut edir. Hazırda İran polisi məsuliyyəti boynundan atmaq üçün baş vermiş terroru aktını şəxsi münasibətlər zəminində baş vermiş cinayət kimi qələmə verməyə çalışır. Əlbəttə, bu yolverilməzdir. Bu gün İran dövlətindən tələbimiz səfirliyimizə edilən xain hücumla bağlı dəqiq və operativ araşdırmalar aparılması, sifarişçilərin tezliklə tapılıb cəzalandırılmasıdır. Vyana konvensiyasının müvafiq maddələrinə görə səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır. Düşünürəm ki, səfirliyimizə edilən hücum günü-gündən pisləşməkdə olan Azərbaycan-İran münasibətlərini daha da gərginləşdirəcək".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Sabahın havası: Yağış, şimşək, duman...