"İcbari Sığorta" deputata məxsus olduğu deyilən şirkətə 46 milyoluq tender verdi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 45 855 968.2 AZN olan müqavilədə "Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri"nin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Avrpmed Company" QSC 20 dekabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 57000 AZN olan şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur.
Kamran İskəndərovun haqqında açıq mənbələrdə yer alan məlumatlarda onun "Coca Cola" şirkətinin Ukrayna və Moldova üzrə nümayəndəliyinin baş meneceri vəzifəsində işlədiyi qeyd edilir. O, ötən ilin fevralında "Avromed Company"nin baş direktoru vəzifəsinə təyin olunub.
"Avromed Company" QAC-nin sahibinə gəlincə, mediada gedən məlumatlarda şirkətin deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilir. Deputatla bağlı biorafik məlumatlarda da onun 2002-2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində çalışdığı göstərilir.
İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü "Avromed Company" QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.
2020-ci ildə isə şirkətin yaydığı açıqlamada qeyd edilir ki, Feyziyev 2010-cu ilə qədər "Avromed"in direktoru vəzifəsində çalışıb, 2016-cı ildə isə səhmlərini satıb.
Lakin yerli media bu açıqlamanı həqiqətə uyğun saymır. Hər halda Feyziyevin Britaniya məhkəməsində verdiyi ifadələrdə ziddiyyətlərin olması onun hələ də "Avromed"ə nəzarət etdiyinə şübhələr yaradıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1031 Tarix: 04 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla
12 oktyabrZəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb
2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind
11 oktyabrBu ərazilərdə işıq olmayacaq
Təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
12 oktyabrBakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl
11 oktyabrXoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"
Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin
12 oktyabrGələcəkdə pensiyalar AZALACAQ
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç
11 oktyabrBu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind
12 oktyabr