"Əsgərlər axtarışlara cəlb olunsun!" - Mahsun Kırmızıgül - FOTO

"Əsgərlər axtarışlara cəlb olunsun!" - Mahsun Kırmızıgül - FOTOMəşhur türkiyəli müğənni Mahsun Kırmızıgül dəhşətli zəlzələ ilə bağlı paylaşım edib.

BiG.AZ xəbər verir ki, o, şəxsi "İnstagram" səhifəsnin "Hekayələr" bölümündə insanlara başsağlığı verərək, əsgərlərin fədakarlığı barədə yazıb və onları yardıma səsləyib.

Kırmızıgül 1939-cu ildə baş verən güclü Ərzincan zəlzələsini xatırladaraq bu sözləri yazıb:

"Bu ölkənin ən böyük fəlakətlərindən olan Ərzincan zəlzələsində əsgərlər insanlara yardım etməsəydi, o buz kimi havada heç kim xilas olmazdı. Ölkəmiz hər çətinliyə düşdükdə əsgərlər köməyə gəldi. Dağıntılar altında qalan on minlərlə cana əsgərlər yardım edə bilərlər. Əsgərlər cəlb olunsun!"

"Əsgərlər axtarışlara cəlb olunsun!" - Mahsun Kırmızıgül - FOTO"Əsgərlər axtarışlara cəlb olunsun!" - Mahsun Kırmızıgül - FOTO"Əsgərlər axtarışlara cəlb olunsun!" - Mahsun Kırmızıgül - FOTO"Əsgərlər axtarışlara cəlb olunsun!" - Mahsun Kırmızıgül - FOTOQeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı həlak olanların sayı 3 419 nəfərə, yaralananların sayı isə 20 426 nəfərə çatıb. 10 şəhərdə hiss olunan zəlzələ nəticəsində 6 217 bina dağılıb.

Ərzincan zəlzələsi

27 dekabr 1939-cu ildə Türkiyənin Ərzincan vilayətində baş verib və tarixdə "Anadolu zəlzələsi" kimi tanınır. Rixter cədvəli üzrə 7.9 bal gücündə olan zəlzələ 57 saniyə davam edərək Ərzincanı darmadağın edib.

Zəlzələ Amasya, Tokat, Ordu, Sivas, Kırşehir, Ankara, Çanqırı, Kayseri şəhərlərində də hiss olunub. Qar və mənfi 30 dərəcəyə çatan şaxta insan tələfatının sayının çoxalmasına səbəb olub. Nəticədə, təqribən, 17 min bina dağılıb, 100 min insan yaralanıb, rəsmi məlumatlara görə 33 min, qeyri-rəsmi məlumatlara görə isə 400 min insan həlak olub. Şahidlərin sözlərinə əsasən, 400 nəfər sakini olan bir kənddə yalnız 1 qız sağ qalmışdı.

Ümumiyyətlə, Ərzincan son min ildə təbii fəlakətlərin təsirindən 11 dəfə darmadağın olub.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2697   Tarix: 07 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı

27 sentyabr
.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis

11 oktyabr
.

Ayan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"

Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama

10 oktyabr
.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

4 oktyabr
.

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO

Xəbər verdiyimiz kimi, neçə gün əvvəl Hacıqabul rayonunda Pünhan Piriyevin toy mərasimi keçirilib. xəbər verir ki, toyun ardından Pünhanın qayınatası və qayınanası kürəkənlərinə hədiyyələri ilə diqqət çəkiblər. Pünhan Piriyevə qayınatası tərəfindən xüsusi hədiyyə təqdim olunub. Belə ki, o, kürəkənin

4 oktyabr
.

Rəqsanə İsmayılovaya ağır itki

Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların

24 sentyabr
.

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"

"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser

4 oktyabr
.

Evliliyin ikinci ili

41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü

28 sentyabr
.

"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO

Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram

3 oktyabr