Zəlzələdə sağ qalan futbolçu: "14 mərtəbə endim, elə bildim ölmüşəm"
Təsəvvür edin, zəlzələ baş verən an evinizdə yatırsınız, bina silkələnir və möcüzəvi şəkildə sağ qalırsınız. Türkiyədə baş verən zəlzələdə sağ qalanlardan biri də "Adana Demirspor" futbol klubunun norveçli futbolçusu Fredrik Gulbradsendir.
Lent.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yaşadığı nəfəskəsən anlar barədə paylaşım edib.
O, deyib ki, 15 mərtəbəli binanın on dördüncü mərtəbəsində yaşayan futbolçu zəlzələ baş verən zaman yatırmış:
"Nə qədər qorxduğumu, yaşadığım dəhşəti izah etməyim mümkün deyil. Yatırdım və silkələnmənin şiddətinə oyandım. Sarsıntı getdikcə gücləndi. Yatağımdan qalxmaq üçün hərəkətləndiyim anda ayaqda dayana bilmədim və yataqdan yıxıldım. Ayağa qalxmaq istədim, amma mümkün olmadı. Zəlzələ bitəndən sonra sağ qalmaq üçün hərəkətə gəldim. Tez bir neçə paltar götürdüm, 14-cü mərtəbədən aşağı düşdüm. Aşağı enəndə hər addımımda "bina indi çökəcək", - deyə, düşünürdüm. Yaxşı ki, yaşadığım binaya heç nə olmayıb. Çölə çıxanda binadan qaçaraq uzaqlaşan insanları gördüm".
Zəlzələnin təsirindən çıxa bilmədiyini deyən Fredrik "Yaxşı ki, həmin an nişanlım mənimlə deyildi. Yaşadıqlarımı yaşamasını istəməzdim. Məndə travma yarandı.Hələ də o anları unutmamışam. Öləcəyimi sandım. Binanın silkələnməsini beynimdən silə bilmirəm. Sanki bir qayıqda idim və böyük fırtına ilə qarşılaşmışdım. Bu bölgədə çoxlu bina yıxılıb. Ağlım zərərçəkən insanlardadır. Çox ağır bir təcrübə oldu. Sağ qalanlarda belə böyük bir travma qalacaq. Həyatın normala dönməsi çox ağır olacaq. Qurtulan, binaları yıxılmayan insanlar necə güvənib yenidən binalarda yaşaya biləcək?", - deyə, yazıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 4258 Tarix: 08 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
11 oktyabrKobaxidze Aİ-nin Gürcüstandakı səfirinə xəbərdarlıq edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinskiyə Kaxetidə keçirilən tədbirdəki davranışına görə xəbərdarlıq edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın hökumət başçısı bu barədə keçirdiyi brifinqdə danışıb. İ.Kobaxidze səfiri
12 oktyabrGömrükdən 67 piton keçirənlər saxlanıldı
Türkiyənin Ədirnə vilayətindəki Kapıkule gömrük-keçid məntəqəsində ölkəyə qanunsuz gətirilməsinə cəhd edilən 67 canlı piton aşkarlanıb. yerli mediaya istinadla xəbər verir ki, şübhəli şəxslərə ümumilikdə 948 min 739 (32 735 manat) lirə inzibati cərimə tətbiq olunub. Bildirilib ki, vəhşi təbiətə təhlük
11 oktyabrTramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində
11 oktyabrİsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
11 oktyabrKiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu
11 oktyabr