"Bu gün Azərbaycan dünyaya əsil qardaşlıq nümunəsi göstərməkdədir" - DEPUTAT
"Bu gün xalqımız bir yumruq kimi birləşərək öz qardaş və bacılarına yardım göndərir".
Bunu Sonxeber.az-a danışan deputat Cəbi Quliyev deyib.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində ordumuz üçün həmrəy olan soydaşlarımız bu gün dəhşətli zəlzələdən zərərçəkmiş qardaş Türkiyə xalqı üçün birləşib:
"Hər zaman olduğu kimi yenə də qardaşına ilk kömək edən Azərbaycan oldu. Bu gün hər bir vətəndaşımız dəhşətli zəlzələdən ağır günlər yaşayan bacı və qardaşlarımıza yardım etmək üçün səfərbər olub. Xalqımızın yardım toplama məntəqələrinin qarşısındakı izdihamı bir daha dünyaya dostluq-qardaşlığın, insanlığın məsajını verməkdədir. Sosial şəbəkələrdə paylaşılan şəkillərə və videolara baxanda xalqımızla qürur duyuram. Bu gün xalqımız yumruq kimi birləşərək öz qardaş və bacılarına yardım göndərir. Hətta balaca balalarımız belə".
Deputat vurğulayıb ki, zəlzələnin baş verməsi barədə xəbər yayılan kimi Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ilk zəng edən də cənab prezident İlham Əliyev oldu:
"Həmçinin, cənab prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyənin müxtəlif bölgələrində baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanıldı. Eyni zamanda zəlzələdən zərər çəkənlərə humanitar yardımlar çatdırıldı. Dövlətimiz və xalqımız tərəfindən bu yardımlar davam edəcək. İnanıram ki, Türkiyə xalqı tezliklə bu çətin günləri arxada qoyaraq əvvəlki həyatına geri qayıdacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Sabahın havası: Yağış, şimşək, duman...
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto