Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Türkiyədə zəlzələdən zərərçəkənlərə 1 milyon türk lirəsi məbləğində yardım ayırdı
Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbədənkənar onlayn iclası keçirilmişdir.
İclasda Kollegiyanın sədri Anar Bağırov qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində zərərçəkən insanlar və Türkiyə Vəkillər Kollegiyasının üzvlərinə maddi yardım təşəbbüsü ilə çıxış etmişdir. Sədr baş vermiş fəlakətin və çox sayda insan itkisinin Azərbaycan xalqını dərindən sarsıtdığını bildirmişdir: "Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı bu məsələdə də öz təsdiqini tapmışdır. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göndərilmişdir və bu yardımlar davam edir. Zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. Eyni zamanda vətəndaşlarımız da yardım kampaniyası başlatmışdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan–Türkiyə münasibətləri dünya üçün qardaşlıq nümunəsidir".
Anar Bağırov yardım kampaniyası ilə bağlı vəkillər tərəfindən çoxsaylı müraciətlərin daxil olduğunu diqqətə çatdırmışdır: "Bu baxımdan hesab edirəm ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti olaraq bu məsələyə biganə yanaşmamalı, türkiyəli qardaşlarımızın yanında olmalı və onlara hər cür dəstək göstərməliyik. Təklif edirəm ki, bu məqsədlə Vəkilliyin İnkişaf Fondundan həm zəlzələdən zərərçəkən Türkiyə xalqına, həm də bu ölkənin Vəkillər Kollegiyasına maddi dəstək göstərək. Çünki bu, hər bir Azərbaycan vəkilinin istəyidir. Ona görə də bu yardımda rolu olan, türkiyəli qardaşlarımıza dəstək ifadə edən hər bir vəkilimizə dərin təşəkkürümü bildirirəm".
Təklif Rəyasət Heyəti üzvləri tərəfindən yekdilliklə dəstəklənmişdir. Qərara alınmışdır ki, zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Vəkilliyin İnkişaf Fondundan 1 milyon türk lirəsi ayrılsın. Bu vəsaitin 500 min lirəsi Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD), 500 min lirəsi isə Türkiyə Vəkillər Kollegiyasının hesabına köçürüləcək.
Qeyd edək ki, vəmin vəsait Vəkilliyin İnkişafı Fonduna vəkillərin ödədikləri order markasından (xərcindən) yığılan vəsait hesabına köçürüldüyündən bu aksiyada bütün vəkilllərin iştirakı təmin olunmuşdur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Sabahın havası: Yağış, şimşək, duman...
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto