"Azərbaycan Çernobıl Əlilləri İttifaqı"nın sədri: "Türkiyənin yanındayıq..."
Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı zərərçəkənlərə kömək məqsədilə daha bir təşkilat yardım üçün müraciət ünvanlayıb.
"Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı" sədri Mirhəsən Həsənov bildirib ki, qardaş ölkədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə bu gün Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, qardaş ölkəyə humanitar yardım göndərilir:
"Bu kampaniyaya Azərbaycanda vəzifəli şəxslərdən tutmuş, sıravi vətəndaşları da qoşulub. Artıq Azərbaycanda başladılan yardım kampaniyasında izdiham yaşanır. Bu gün sədri olduğum təşkilatın 6000 mindən çox üzvü var. Onların hər biri Türkiyədə baş verən dəhşətli təbii fəlakətə üzülür, qardaş Türkiyə xalqının yanında olduğunu ifadə edir.
Biz də "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" olaraq hadisədən zərərçəkən qardaş və bacılarımızın yanındayıq, onlara lazımi dəstəyimizi əsirgəməyəcəyik. Hər birimiz faciənin nəticələri aradan qaldırılana kimi öz dəstəyimizi göstərəcəyik".
Sonda ittifaq sədri təşkilatın bütün üzvlərini bu işdə daha fəal olmağa çağırıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1033 Tarix: 08 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12 oktyabrMasazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto
Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl
12 oktyabrBakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl
11 oktyabrVahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri
Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın
11 oktyabrMəktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12 oktyabr