Zəlzələdən sağ çıxanlarda müşahidə olunan "crush" sindromu nədir?
Bildiyimiz kimi, fevralın 6-da, səhər saatlarında qardaş Türkiyədə 7,7 bal gücündə dəhşətli zəlzələ baş verib. Zəlzələdən Kahramanmaraş, Hatay, Qaziantep və Diyarbəkir də daxil olmaqla 10 vilayət zərər çəkib. Hadisədən dərhal sonra Türkiyənin 81 vilayətindən axtarış-xilasetmə qrupları təbii fəlakət bölgələrinə göndərilib. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb, 62 937 nəfər yaralanıb.
Sağ qalan insanlar da, çox güman ki, bu dəhşətli hadisənin təsirindən hələ uzun müdət çıxa bilməyəcəklər. Mənəvi sarsıntı ilə yanaşı, onlarda "crush" (əzilmə) sindromu da müşahidə olunur. "Crush" (əzilmə) sindromu nədir?
BiG.AZ xəbər verir ki, bu barədə həkim-nefroloq Dr.Taleh Nağdəliyev sosial şəbəkədə məlumat verib.
O vurğulayıb ki, qardaş Türkiyədə baş verən zəlzələdən sonra tibb işçilərinin xilas olmuş yaralılar arasında rast gələ biləcəyi böyük sağlıq problemlərindən biri də "Crush" (əzilmə) sindromudur:
"Başqa adı ilə travmatik rabdomioliz nədir?
İlk dəfə 1909-cü ildə İtaliyanın Messina şəhərində baş vermiş zəlzələdən qurtulan insanlarda ümumi halsızlıq, zəiflik, şişkinlik, sidiyin qəhvə rəngdə olması və s. əlamətlərlə müşayiət olunan sindrom kimi təsvir olunub. Daha sonralar 1-ci və 2-ci Dünya müharibələrində Alman və İngilis həkimlər tərəfindən də tibbi ədəbiyyatlara salınıb.
"Crush" sindromu zamanı əzələ toxumasının uzunmüddətli və dayanıqlı təzyiqə (məsələn, beton lövhə) məruz qalması nəticəsində əzələdə olan mioqlobin, fosfor, kalium, laktik asit və s. maddələr sürətli şəkildə qanda yayılaraq toksik təsirlərini göstərirlər. Beləliklə, yaralılarda şişkinlik, qəhvə rəngli sidik ifrazı, arterial təzyiqin aşağı düşməsi və nəhayət kəskin böyrək çatışmazlığı kimi ciddi fəsadlar rastlana bilər.
Böyrək yetməzliyi ilə nəticələnən rabdomioliz zəlzələdə xəsarət alanların təxminən 1.5%-də rast gəlinsə də, xəsarət alanların çox olması fəlakət zamanı ciddi şəkildə tibbi yükü artıra bilər. Müalicə konservativ dərman müalicəsi və böyrək əvəzedici terapiyalardan istifadə etməklə aparılır.
Müharibə və təbii fəlakətlər coğrafiyasında fəaliyyət göstərən tibb işçilərinin bu kimi fövqəladə hallara öncədən hazır olması üçün bunun vacib bir mövzu olduğunu düşünürəm.
Allahdan qardaş türk xalqına səbir diləyirəm. Ölənlərə rəhmət, sağ qalanlara şəfa arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2836 Tarix: 09 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kobaxidze Aİ-nin Gürcüstandakı səfirinə xəbərdarlıq edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinskiyə Kaxetidə keçirilən tədbirdəki davranışına görə xəbərdarlıq edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın hökumət başçısı bu barədə keçirdiyi brifinqdə danışıb. İ.Kobaxidze səfiri
12 oktyabrCənubi Koreya: KXDR Yapon dənizi istiqamətində bir neçə raket buraxıb
Cənubi Koreya hərbçilərinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) bazar ertəsi Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb. Raketlərin uçuş məsafəsi təxminən 900 kilometr olub. xəbər verir ki, bu barədə "News1" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrini
12 oktyabrİsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
11 oktyabrWSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11 oktyabrRusiya 1 ayda 50 mindən çox hərbçisini itirib
Rusiya ordusu 2026-cı ilin sentyabrında Ukraynada 50 mindən çox hərbçi itirib. Onlardan 28 mininin öldüyü bildirilir. xəbər verir ki, bu barədə "Bloomberg" NATO-nun yüksək vəzifəli hərbi nümayəndəsinə istinadən məlumat yayıb. NATO rəsmisi bildirib ki, Rusiya komandanlığı hərbçiləri dron v
12 oktyabrTramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"
11 oktyabr"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind
12 oktyabr